Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə247/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   244   245   246   247   248   249   250   251   252
AR-Mülki-Məcəlləsi-2

çıxarılmışdır.
[325]
 


 
Maddə 645. Müqavilə ləğv edilərkən zərərin hesablanması
645.1. Əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv 
edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın 
əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa
müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə 
qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya 
qarşı irəli sürə bilər.
645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv 
edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə 
tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, 
müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə 
qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya 
qarşı irəli sürə bilər.
645.3. Əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə 
tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd 
bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə 
müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari 
qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə 
bilər.
645.4. Malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn 
şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari 
qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari 
qiymət, malın nəql edilməsi xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq edilə 
bilər.
645.5. Bu Məcəllənin 645.1.-645.4-cü maddələrində nəzərdə tutulan 
tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş və ya lazımınca icra 
etməmiş tərəfi digər tərəfə vurulmuş başqa zərərin əvəzini ödəməkdən azad 
etmir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə