Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 639. Lazımi keyfiyyətli olmayan malların göndərilməsinin



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə245/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   241   242   243   244   245   246   247   248   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 639. Lazımi keyfiyyətli olmayan malların göndərilməsinin 
nəticələri
639.1. Lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) 
mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan 
tələbləri irəli sürə bilər.
639.2. Göndərilmiş malların pərakəndə satışını həyata keçirən alıcı (mal 
alan) istehlakçının qaytardığı lazımi keyfiyyətli olmayan malın ağlabatan 
müddətdə dəyişdirilməsini tələb edə bilər, bu şərtlə ki, göndərmə 
müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.
 
Maddə 640. Komplektsiz malların göndərilməsinin nəticələri
640.1. Göndərmə müqaviləsinin şərtləri, komplektlik barəsində adətən 
irəli sürülən tələblər pozulmaqla malların göndərildiyi alıcı (mal alan) mal 
göndərənə qarşı bu Məcəllənin 592-ci maddəsində nəzərdə tutulan tələbləri 
irəli sürə bilər.
640.2. Malların pərakəndə satışını həyata keçirən alıcı (mal alan) 
istehlakçının qaytardığı komplektsiz malların ağlabatan müddətdə 
komplektli mallarla əvəz olunmasını tələb edə bilər, bu şərtlə ki, göndərmə 
müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.
 
Maddə 641. Mallar tam göndərilmədikdə, malların qüsurlarının aradan 
qaldırılmasına və ya komplektinin tamamlanmasına dair tələblər yerinə 
yetirilmədikdə alıcının hüquqları
641.1. Əgər mal göndərən göndərmə müqaviləsində nəzərdə tutulan 
miqdarda 
malları 
göndərməzsə 
və 
ya 
pis 
keyfiyyətli 
malların 
dəyişdirilməsinə və ya malların komplektinin tamamlanmasına dair alıcının 
tələblərini müəyyənləşdirilmiş müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı 
var ki, göndərilməmiş malları başqa şəxslərdən əldə edərək buna çəkdiyi 
bütün zəruri və ağlabatan xərcləri mal göndərənə aid etsin.
641.2. Mal göndərən tərəfindən malların tam göndərilmədiyi və ya 
malların qüsurlarının aradan qaldırılmasına və ya malların komplektinin 
tamamlanmasına dair alıcının tələblərinin yerinə yetirilmədiyi hallarda 
alıcının malları başqa şəxslərdən əldə etməyə çəkdiyi xərclər bu Məcəllənin 
645.1-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun hesablanır.


641.3. Malların qüsurları aradan qaldırılanadək və komplekti 
tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi 
keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər
malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə 
bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə