Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


§ 5. Daşınmaz əşyaların alğı-satqısı



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə248/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   244   245   246   247   248   249   250   251   252
AR-Mülki-Məcəlləsi-2

 
§ 5. Daşınmaz əşyaların alğı-satqısı
 
Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi
646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq 
sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının 
mülkiyyətinə verməyi öhdəsinə götürür.


646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından 
ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-
satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Maddə 
647 . Daşınmaz 
əşyaların 
alğı-satqısı 
müqaviləsinin 
rəsmiləşdirilməsi xərcləri
Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz 
əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.
[326]
 
 
Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi
648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri 
mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət 
reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata 
keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında 
alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. 
Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla 
əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
 
Maddə 649. Satılmış daşınmaz əşyanın uyğun olmaması
Satılmış 
daşınmaz 
əşyanın 
uyğunsuzluğu 
müqaviləyə 
uyğun 
olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların 
daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə