Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə250/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   244   245   246   247   248   249   250   251   252
AR-Mülki-Məcəlləsi-2

 
§ 7. Faktorinq
 
Maddə 655. Faktorinq müqaviləsi
655.1. 
Faktorinq 
pul 
tələbinin 
güzəşt 
edilməsi 
müqabilində 
maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü 
şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal 
verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn 
pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi 


öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt 
etməyi öhdəsinə götürür.
655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.
655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi 
ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər.
655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün 
mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul 
tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər.
655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır.
655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit 
təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa 
kommersiya təşkilatları bağlaya bilərlər.
Maddə 656. Tələblərin alğı-satqısı haqqında müddəaların faktorinq 
müqaviləsinə tətbiqi
 
Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı 
qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və 
verilməsi haqqında müddəalar tətbiq edilir.
Maddə 
657. 
Faktorinq 
müqaviləsinin 
iştirakçıları 
arasında 
münasibətlərin xüsusiyyətləri
657.1. 
Çıxarılmışdır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə