Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə244/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   240   241   242   243   244   245   246   247   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 636. Malların seçilməsi
636.1. Göndərmə müqaviləsində alıcı (mal alan) tərəfindən malların mal 
göndərənin olduğu yerdə seçilməsi nəzərdə tutulduqda, əgər öhdəliyin 
mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malları onların verildiyi yerdə 
gözdən keçirməyə borcludur.
636.2. Alıcının (mal alanın) göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş 
müddətdə, belə müddət olmadıqda isə malların hazır olduğu barədə mal 
göndərənin bildirişini aldıqdan sonra ağlabatan müddətdə malları seçməməsi 
mal göndərənə müqavilənin icrasından imtina etmək və ya alıcıdan malları 
ödəməyi tələb etmək hüququ verir.
Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar
637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan 
hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin 
razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, 
hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən 
ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya 
malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal 
göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı 
hissələrlə göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə 
ayrı qayda nəzərdə tutulmayıbsa, komplektə daxil olan sonuncu hissə 
yollandıqdan (seçildikdən) sonra ödəyir.
Maddə 638. Göndərmə zamanı tara və qab
638.1. Əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, 
alıcı (mal alan) malın göndərildiyi çoxdəfəlik taranı və paketləmə vasitələrini 
müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətlərdə qaytarmağa 
borcludur.
638.2. Malın digər tarası, habelə qabı mal göndərənə yalnız müqavilədə 
nəzərdə tutulmuş hallarda qaytarılmalıdır.



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə