Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 650. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə249/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   244   245   246   247   248   249   250   251   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 650. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların 
rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-
satqısına tətbiqi
Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara 
daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq 
edilir.
 
§ 6. Tələblərin və digər hüquqların alğı-satqısı
 
Maddə 651. Əşyaların alğı-satqısı haqqında müddəaların tələblərin və 
digər hüquqların alğı-satqısına tətbiqi


Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı 
haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə 
alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu 
Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.
Maddə 652. Hüququn keçirilməsi (tələbin güzəşti)
Hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən 
(tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və 
alıcıya keçirilməsi xərclərini satıcı çəkir.
 
Maddə 653. Əşyaya sahiblik hüquqlarının satılması
Əşyaya sahiblik səlahiyyəti verən hüququn satıldığı halda satıcı alıcıya 
qüsurlardan, habelə üçüncü şəxslərin hüquqlarından və iddialarından azad 
əşya göndərməyə borcludur.
 
Maddə 654. Hüquqların və tələblərin alğı-satqısı zamanı satıcının 
məsuliyyəti
654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin 
və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın 
satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın 
etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır.
654.2. Əgər hər hansı tələbin satıcısı borclunun ödəniş qabiliyyəti üçün 
məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu 
tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə