Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 642. Malların tam göndərilməməsi və ya göndərilməsinin



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə246/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   242   243   244   245   246   247   248   249   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 642. Malların tam göndərilməməsi və ya göndərilməsinin 
gecikdirilməsi üçün dəbbə pulu
Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün 
qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal 
göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin 
sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini 
faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə 
pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın.
 
Maddə 643. Bir neçə göndərmə müqaviləsi üzrə eyni növlü 
öhdəliklərin icrası
643.1. Mal göndərən eyni vaxtda bir neçə göndərmə müqaviləsi üzrə 
alıcıya eyni adlı mallar göndərdikdə və göndərilmiş malların miqdarı mal 
göndərənin bütün müqavilələr üzrə öhdəliklərinin icrası üçün yetərli 
olmadıqda göndərilmiş mallar mal göndərənin göndərmə zamanı və ya 
göndərmədən sonra dərhal göstərdiyi müqavilənin icrası hesabına daxil 
edilməlidir.
643.2. Əgər alıcı bir neçə göndərmə müqaviləsi üzrə aldığı eyni adlı 
malları mal göndərənə ödəmişsə və ödəniş məbləği alıcının bütün 
müqavilələr üzrə öhdəliklərinin icrası üçün yetərli deyilsə, ödənilmiş məbləğ 
alıcının malları ödəyərkən göstərdiyi müqavilənin icrası hesabına daxil 
edilməlidir.
643.3. Əgər mal göndərən və ya alıcı bu Məcəllənin 643.1 və 643.2-ci 
maddələrinə uyğun onlara verilmiş hüquqlardan istifadə etməzlərsə
öhdəliyin icrası icra müddəti daha tez çatan müqavilə üzrə öhdəliklərin icrası 
hesabına daxil edilir. Əgər bir neçə müqavilə üzrə öhdəliklərin icrası müddəti 
eyni vaxtda çatarsa, həyata keçirilmiş icra bütün müqavilələr üzrə 
öhdəliklərin icrası hesabına mütənasib surətdə daxil edilir.
 
Maddə 644. Göndərmə müqaviləsinin birtərəfli dəyişdirilməsi və ya 
onun icrasından birtərəfli imtina – 

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə