Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə242/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   238   239   240   241   242   243   244   245   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 631. Malların çatdırılması
631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan 
nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.
631.2. Müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə 
çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və 
ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər 
qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə 
adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur.
631.3. Göndərmə müqaviləsində alıcının (mal alanın) malları mal 
göndərənin olduğu yerdə alması (malların seçilməsi) nəzərdə tutula bilər. 
Əgər müqavilədə malların seçilməsi müddəti nəzərdə tutulmayıbsa, alıcı (mal 
alan) malları onların hazır olduğu barədə mal göndərəndən bildiriş aldıqdan 
sonra ağlabatan müddətdə seçməlidir.
 
Maddə 632. Malların tam göndərilməməsinin tamamlanması
632.1. Ayrıca göndərmə dövründə malları tam göndərməmiş mal 
göndərən malların göndərilməmiş miqdarını, əgər müqavilədə ayrı qayda 
nəzərdə tutulmayıbsa, göndərmə müqaviləsinin qüvvədə olduğu müddət 
ərzində növbəti dövrdə (dövrlərdə) göndərməlidir.
632.2. Mal göndərən malları göndərmə müqaviləsində və ya alıcının 
yollama sərəncamında göstərilmiş bir neçə mal alana yolladığı halda bir mal 
alana müqavilədə və ya yollama sərəncamında nəzərdə tutulan miqdardan 
artıq göndərilmiş mallar, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, 
digər mal alanlara tam göndərilməmənin tamamlanması hesabına daxil 
edilmir.
632.3. Əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, 
alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş 
verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək 
göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur.
 
Maddə 633. Tam göndərilməmə tamamlanarkən malların çeşidi
633.1. Tam göndərilməməsi tamamlanmalı olan malların çeşidi tərəflərin 
razılaşması ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda mal göndərən 


malların göndərilməmiş miqdarını buna yol verildiyi dövr üçün 
müəyyənləşdirilmiş çeşiddə tamamlamağa borcludur.
633.2. Bir addan olan malların göndərmə müqaviləsində nəzərdə 
tutulduğundan artıq miqdarda göndərilməsi eyni çeşidə daxil olan digər adlı 
malların tam göndərilməməsinin tamamlanması hesabına daxil edilmir. Bu 
cür göndərmənin alıcının qabaqcadan yazılı razılığı ilə həyata keçirildiyi hal 
istisna olmaqla, tam göndərilməmə tamamlanmalıdır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə