Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 626. Satıcının məsuliyyəti və öhdəliyin naturada icrası –



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə241/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   237   238   239   240   241   242   243   244   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 626. Satıcının məsuliyyəti və öhdəliyin naturada icrası –
 
çıxarılmışdır.
[321]
 
 
§ 4. Malların göndərilməsi
 
 
Maddə 627. Göndərmə müqaviləsi
627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq 
fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları 
sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı 


olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş 
müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
627.2. 
Çıxarılmışdır.
 
[322]
 
 
Maddə 628. Göndərmə müqaviləsi bağlanarkən ixtilafların nizama 
salınması – 
çıxarılmışdır.
[323]
 
 
Maddə 629. Malların göndərilməsi dövrləri
 
629.1. Tərəflər göndərmə müqaviləsinin qüvvədə olduğu müddət ərzində 
malların ayrı-ayrı partiyalar ilə göndərilməsini nəzərdə tutduqda və bu 
partiyaların göndərilməsi müddətləri (göndərmə dövrləri) müqavilədə 
müəyyənləşdirilmədikdə, 
mallar, 
əgər 
qanunvericilikdən, 
öhdəliyin 
mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, 
bərabər partiyalar ilə aybaay göndərilməlidir.
629.2. Göndərmə müqaviləsində göndərmə dövrləri ilə yanaşı malların 
göndərilməsi cədvəli də (on günlük, günlük, saatlıq və i.a.) müəyyənləşdirilə 
bilər.
629.3. Mallar alıcının razılığı ilə vaxtından qabaq göndərilə bilər. 
Vaxtından qabaq göndərilmiş və alıcı tərəfindən qəbul edilmiş mallar növbəti 
dövrdə göndərilməli olan malların miqdarına daxil edilir.
 
Maddə 630. Malların göndərilməsi qaydası
630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya 
müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə 
göndərir.
630.2. Göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal 
alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək 
hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama 
sərəncamında göstərilmiş mal alanlara yollayır (verir).
630.3. Yollama sərəncamının məzmunu və alıcı tərəfindən onun mal 
göndərənə verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir. Əgər 
müqavilədə yollama sərəncamının verilməsi müddəti nəzərdə tutulmayıbsa, 
o, mal göndərənə göndərmə dövrünün çatmasına ən geci otuz gün qalmış 
verilməlidir.
630.4. Alıcının yollama sərəncamını müəyyənləşdirilmiş müddətdə 
verməməsi mal göndərənə ya göndərmə müqaviləsinin icrasından imtina 
etmək, ya da alıcıdan malları ödəməyi tələb etmək hüququ verir. Bundan 


başqa, mal göndərən yollama sərəncamının verilməməsi ilə əlaqədar dəyən 
zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə