Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə240/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   236   237   238   239   240   241   242   243   ...   252
AR-Mülki-Məcəlləsi-2

[319]
 
624.5. 
Çıxarılmışdır.
 
[320]
 


 
Maddə 625. Mal dəyişdirilərkən, alış qiyməti azalarkən və lazımi 
keyfiyyətli olmayan mal qaytarılarkən qiymət fərqinin ödənilməsi
 
625.1. Pis keyfiyyətli mal pərakəndə alğı-satqı müqaviləsinə uyğun gələn 
lazımi keyfiyyətli malla əvəz edilərkən satıcı malın müqavilədə 
müəyyənləşdirilmiş qiyməti ilə onun dəyişdirildiyi və ya dəyişdirilməsinə 
dair məhkəmə qərarının çıxarıldığı an mövcud olmuş qiyməti arasındakı 
fərqin ödənilməsini tələb edə bilməz.
625.2. Pis keyfiyyətli mal oxşar, lakin ölçüsünə, fasonuna, növünə və ya 
digər əlamətlərinə görə başqa olan lazımi keyfiyyətli malla əvəz edilərkən 
dəyişdirilən malın dəyişdirilmə anındakı qiyməti ilə lazımi keyfiyyətli 
olmayan malın əvəzinə verilən malın qiyməti arasındakı fərq ödənilməlidir. 
Əgər satıcı alıcının tələbini yerinə yetirmirsə, dəyişdirilən malın qiyməti və 
onun əvəzinə verilən malın qiyməti məhkəmə tərəfindən malın 
dəyişdirilməsinə dair qərarın çıxarıldığı gün üçün müəyyənləşdirilir.
625.3. Malın alış qiymətinin mütənasib surətdə azaldılması tələbinin irəli 
sürüldüyü halda malın həmin tələbin irəli sürüldüyü an üçün qiyməti
alıcının tələbi könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə tərəfindən 
qiymətin mütənasib surətdə azaldılmasına dair qərarın çıxarıldığı gün üçün 
qiyməti hesaba alınır.
625.4. Lazımi keyfiyyətli olmayan malı satıcıya qaytararkən alıcı malın 
pərakəndə alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş qiyməti ilə onun 
tələbinin könüllü surətdə yerinə yetirildiyi an üçün, tələb könüllü surətdə 
yerinə yetirilmədikdə isə məhkəmə qərarının çıxarıldığı gün üçün müvafiq 
malın qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə