Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 634. Alıcı tərəfindən malların qəbul edilməsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə243/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   239   240   241   242   243   244   245   246   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 634. Alıcı tərəfindən malların qəbul edilməsi
634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş 
malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə 
borcludur.
634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün 
olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş 
hesab edilir.
[324]
 
634.3. Göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) 
malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara 
uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları 
nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan 
qaydaları gözləməklə qəbul etməlidir.
 
Maddə 635. Alıcı tərəfindən qəbul edilməmiş malın məsuliyyətlə 
saxlanması
635.1. Göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal 
göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin 
etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş 
göndərməyə borcludur.
635.2. Mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul 
etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə 
borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, 
alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər.
635.3. Malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya 
satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal 
göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya 
çatan məbləğ çıxılmaqla mal göndərənə verilir.


635.4. Müqavilədə müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal 
göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə 
mal göndərən alıcıdan malı ödəməyi tələb edə bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə