Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə251/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   244   245   246   247   248   249   250   251   252
AR-Mülki-Məcəlləsi-2

 
[327]
 
657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən 
hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər 
edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir.
657.3. Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı 
dərəcədə keçməsi də tənzimlənə bilər.
657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan 
güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata 
keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və 
borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru 
kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl 
bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.
657.5. Əgər borclu başqa şəxsin ödənişi həyata keçirməkdə üstünlük 
hüququndan xəbərdardırsa, bu Məcəllənin 657.4-cü maddəsinə uyğun ödənişi 
həyata keçirmək vəzifəsi aradan qalxır.


657.6. Borclunu faktora ödəniş nəticəsində borcdan azad edən digər 
əsaslardan asılı olmayaraq, borcdan azad edilmə o halda ödənişin nəticəsi 
olur ki, həmin ödəniş bu Məcəllənin 657.4-cü maddəsinə uyğun həyata 
keçirilir.
657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə 
məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və 
müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları 
faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi 
məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı 
hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli 
sürə bilər.
657.8. Mal göndərənin alğı-satqı müqaviləsi üzrə öhdəlikləri icra 
etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə 
borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. 
Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını 
tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını 
yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə 
öhdəliyini icra etməsin və ya borclunun ödənişinin aid edildiyi mallar 
barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca 
yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi 
məqamda icra etsin.
657.9. Əgər müştəri faktorinq müqaviləsi əsasında hər hansı tələbi faktora 
güzəşt edirsə, onda əvvələn, faktor tərəfindən tələbin hər hansı növbəti 
güzəştinə və ya hər hansı sonrakı tələb alana bu Məcəllənin 657.4 - 657.8-ci 
maddələri elə tərzdə tətbiq edilir ki, sonrakı tələb alan sanki faktordur, 
ikincisi isə, növbəti güzəşt haqqında borcluya ünvanlanmış bildiriş həm də 
faktora ünvanlanmış bildiriş olur.
657.10. Bu Məcəllənin bu paraqrafının müddəaları faktorinq müqaviləsi 
ilə qadağan olunmuş sonrakı güzəştə tətbiq edilmir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə