88
Qrunt suları - daim mövcud olan və Yer səthindən aşağıya
dogru birinci suyadavamlı qatda yerləşən, təzyiqsiz və ya
yerli təzyiqə malik yeraltı sular.
Lillənmə - su obyektlərində (su anbarları, göl, gölməçələr və
s.) sahillərin dağılması, su flora və faunasının məhv olması
prosesində üst qat axınları ilə gətirilən torpaq yığını və
çöküntülərin toplanması. Lillənmə su hövzələrinin faydalı
tutumunun azalmasına və onların istismar göstəricilərinin
aşağı düşməsinə, son həddə isə bataqlaşmaya gətirib çıxarır.
Maddi-cismani mühit – bizi əhatə edən aləm. Maddələr və
əşyalar (cisim, şey) hadisələr barədə heç də insandan az
məlumat vermir, həm də onlar yanlış informasiya verə
bilmirlər. Sadəcə, vacib olan informasiyanı almaq üçün
“müşahidə” metodundan bacarıqla istifadə etmək lazımdır.
Maltus Tomas - XIX əsr irland alimi, demoqrafiya elminin
banisi. “Əhali qanunu haqqında təcrübə” kitabının müəllifi.
Meşələşdirmə - xam və ya əkilib-becərilən torpaqların
meşələrə çevrilməsi (bax: meşələrin bərpa olunması).
Meşəsizləşdirmə - odun tədarükü, istehsalat məqsədi ilə
ağacların qırılması, yol çəkilməsi, mal-qaranın otarılması,
yataqların işlənib hazırlanması və yanğınlar nəticəsində
meşələrin itirilməsi. Torpağın eroziyasına, daşqınlara səbəb
olur və təbii məskunlaşma yerlərinin dağılmasına görə
heyvan və bitki növlərinin mövcud olmalarını təhlükə altında
qoyur.
Mərcan riflərinin dağılması – təbii proseslər və insan
fəaliyyəti nəticəsində (vulkanlar, tufanlar, zəlzələ, dəniz
orqanizmlərinin dağıdıcı təsiri, suyun lillənməsi, tullantıların
dənizə atılması, kimyəvi və pestisidlərlə çirklənmə, məsaməli
süxur və mərcanların, bəzi balıqyetişdirmə növlərinin
ovlanılması (toplanılması) baş verir.
Mutagenlər – (yunanca, doğuluram) DNK spermasına və ya
toxum hüceyrəsinə təsir edərək irsi dəyişikliklərə -
mutasiyaya, yəni genlərin strukturunda, xromosomların isə
strukturunda və kəmiyyətində dəyişikliklərə gətirib çıxaran
kimyəvi və fiziki amillər.
89
Növlərin kökünün kəsilməsi - növlərin və digər
taksononmik qrup orqanizmlərinin sayının əkamül prosesində
və ya insan fəaliyyəti nəticəsində köklərinin kəsilməsi
həddinə qədər azalması.
Nüvə silahının yayılmaması haqqında Müqavilə - 1968-ci
il iyulun 1-də Moskvada SSRİ, ABŞ və İngiltərə arasında
imzalanmışdır. Müqaviləyə görə, bu ölkələr öz üzərlərinə
nüvə silahını və ya onun komponentlərini, həmçinin onun
istehsal texnologiyalarını digər dövlətlərə verməmək barədə
öhdəliklər götürmüşlər.
Orta və yaxın mənzilli raketlər haqqında Müqavilə -
1987-ci il dekabrın 7-də SSRİ və ABŞ rəhbərləri tərəfindən
imzalanmışdır. İlk dəfə olaraq hücum silahları dərəcəsinə aid
olan xeyli miqdarda raketin real məhvinə yol açmışdır.
Ozon deşikləri – atmosferin ozon təbəqəsində ozonun
miqdarının xeyli aşağı düşdüyü (50 %-ə qədər) böyük
sahələr. Ozon deşikləri orqanizmə zərərli təsr göstərən
ultrabənövşəyi şüalanmanın səviyyəsinin qalxmasına səbəb
olur.
Ozon təbəqəsi
–
stratosferin oksigenin xüsusi formasından –
ozondan (O
3
) ibarət təbəqəsidir. Ozon yer səthindən 10 km.-
dən - 60 km.-ə qədər yüksəklikdə ultrabənövşəyi şüalar
oksigenin mollekullarını oksigenin atomlarına parçaladıqda
və bu atomların sonradan oksigenin molekullarına birləşməsi
nəticəsində əmələ gəlir. Ozon təbəqəsinin dağılması dəri
xərçəngi xəstəliyinin yaranmasına səbəb olur. Ozonla bağlı
digər bir problem atmosferin aşağı qatlarında – troposferdə
ozonun əmələ gəlməsidir. Şəhər nəqliyyatının günün işıqlı
vaxtı havaya buraxdığı qazlar havada toplaşaraq günəş
şüasının təsiri ilə boz-qırmızımtıl rəngdə qarışıq –
“fotokimyəvi duman” əmələ gətirir. Məişət səviyyəsində
“smoq” adlandırılan bu duman bitkilərə məhvedici təsir
göstərir və insanın yuxarı tənəffüs yollarında müxtəlif
xəstəliklər əmələ gətirir.
Parnik (istilik) effekti – qazıntı yolu ilə əldə olunan
yanacağın yandırılmasının davam etdirilməsi nəticəsində
atmosferdə karbon qazının miqdarının artmasını təsdiq edən
nəzəriyyə həm də bunun atmosferdə istiliyin və nəmişliyin
yığılıb qalmasına gətirib çıxardığını göstərir. Alimlər bunun
90
istilikxana effekti yaratmasını ehtimal edirlər. Son həddə Yer
kürəsinin səthində temperatur artır və bu, buzların əriməsinə
və dünya okeanlarının səviyyəsinin qalxmasına gətirib çıxara
bilər.
Populyasiya -
a) (Poroqamiya) (yun. «poros» – dəlik, «qamos» - nigah) -
örtülütoxumlu bitkilərdə mayalanma zamanı tozcuq
borusunun toxum rüşeyminə – mikropile vasitəsilə adi (sadə)
yolla keçirilməsi;
b) bir növə mənsub orqanizmlərin qrupu olub müəyyən
ərazidə yerləşən, bir-biri ilə qarşılıqlı əlaqə şəraitində uzun
müddət sayını tənzimləyən fərdlər. Populyasiya növün
quruluş vahidi, təkamül vahidi və yaşama forması sayılır;
c) növün mühüm bioloji xüsusiyyətlərindən biri – onun
yerdəyişmə qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada
fərdlərin bir hissəsi müntəzəm olaraq onu tərk edir, qonşu
sahədəki populyasiyanı doldurur və ya həmin növ olmayan
yeni əraziyə köçür. Bu prosesə populyasiyanın dispersiyası
deyirlər.
Potensial areal – növün həyatilik imkanlarına uyğun ekoloji
şəraiti olan ərazi.
Postindustrial cəmiyyət – iqtisadi həyatın davamlı surətdə
texnolojiləşməsi nəticəsində industrial sektorun özünün
aparıcı rolunu itirdiyi sosium.
Publisistika - ədəbiyyatın ictimai fikrə birbaşa təsir etmək
məqsədi ilə mühüm sosial məsələlərin müzakirəsinə həsr
olunmuş növü, bu növdə yazılan əsərlər (məqalələr, oçerklər,
pamfletlər, felyetonlar və s.).
Radiasiya - korpuskulyar (alfa-, beta-, qamma- şüaları,
neytron axını) və/və ya elektromaqnit enerjisinin axını. İki
göstərici üzrə ölçülür: şüalanma mənbəyində aktivliyinə və
udulan dozaya görə. Parçalanan maddənin atomlarının daha
sabit formaya keçdiyi vaxt vahidi ərzində mənbədə nüvə
çevrilmələrinin sayı bekkerel və küri ilə ölçülür. Qazda
Dostları ilə paylaş: |