Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   18   19   20   21   22   23   24   25   26

88 
 
Qrunt suları - daim mövcud olan və Yer səthindən aşağıya 
dogru birinci suyadavamlı qatda yerləşən, təzyiqsiz və ya 
yerli təzyiqə malik yeraltı sular. 
Lillənmə - su obyektlərində (su anbarları, göl, gölməçələr və 
s.) sahillərin dağılması, su flora və faunasının məhv olması 
prosesində üst qat axınları ilə  gətirilən torpaq yığını  və 
çöküntülərin toplanması. Lillənmə su hövzələrinin faydalı 
tutumunun azalmasına və onların istismar göstəricilərinin 
aşağı düşməsinə, son həddə isə bataqlaşmaya gətirib çıxarır. 
Maddi-cismani mühit – bizi əhatə edən aləm. Maddələr və 
əşyalar (cisim, şey) hadisələr barədə heç də insandan az 
məlumat vermir, həm də onlar yanlış informasiya verə 
bilmirlər. Sadəcə, vacib olan informasiyanı almaq üçün 
“müşahidə” metodundan bacarıqla istifadə etmək lazımdır. 
Maltus Tomas - XIX əsr irland alimi, demoqrafiya elminin 
banisi. “Əhali qanunu haqqında təcrübə”  kitabının müəllifi.  
Meşələşdirmə  - xam və ya əkilib-becərilən torpaqların 
meşələrə çevrilməsi (bax: meşələrin bərpa olunması). 
Meşəsizləşdirmə - odun tədarükü, istehsalat məqsədi ilə 
ağacların qırılması, yol çəkilməsi, mal-qaranın otarılması, 
yataqların işlənib hazırlanması  və yanğınlar nəticəsində 
meşələrin itirilməsi. Torpağın eroziyasına, daşqınlara səbəb 
olur və  təbii məskunlaşma yerlərinin dağılmasına görə 
heyvan və bitki növlərinin mövcud olmalarını təhlükə altında 
qoyur. 
Mərcan riflərinin dağılması – təbii proseslər və insan 
fəaliyyəti nəticəsində (vulkanlar, tufanlar, zəlzələ, dəniz 
orqanizmlərinin dağıdıcı təsiri, suyun lillənməsi, tullantıların 
dənizə atılması, kimyəvi və pestisidlərlə çirklənmə, məsaməli 
süxur və  mərcanların, bəzi balıqyetişdirmə növlərinin 
ovlanılması (toplanılması) baş verir.  
Mutagenlər – (yunanca, doğuluram) DNK spermasına və ya 
toxum hüceyrəsinə  təsir edərək irsi dəyişikliklərə - 
mutasiyaya, yəni genlərin strukturunda, xromosomların isə 
strukturunda və  kəmiyyətində  dəyişikliklərə  gətirib çıxaran 
kimyəvi və fiziki amillər. 


89 
 
Növlərin kökünün kəsilməsi - növlərin və digər 
taksononmik qrup orqanizmlərinin sayının əkamül prosesində 
və ya insan fəaliyyəti nəticəsində köklərinin kəsilməsi 
həddinə qədər azalması. 
Nüvə silahının yayılmaması haqqında Müqavilə - 1968-ci 
il iyulun 1-də Moskvada SSRİ, ABŞ  və  İngiltərə arasında 
imzalanmışdır. Müqaviləyə görə, bu ölkələr öz üzərlərinə 
nüvə silahını  və ya onun komponentlərini, həmçinin onun 
istehsal texnologiyalarını digər dövlətlərə verməmək barədə 
öhdəliklər götürmüşlər. 
Orta və yaxın mənzilli raketlər haqqında Müqavilə - 
1987-ci il dekabrın 7-də SSRİ  və ABŞ  rəhbərləri tərəfindən 
imzalanmışdır. İlk dəfə olaraq hücum silahları dərəcəsinə aid 
olan xeyli miqdarda raketin real məhvinə yol açmışdır.
 
Ozon deşikləri – atmosferin ozon təbəqəsində ozonun 
miqdarının xeyli aşağı düşdüyü (50 %-ə  qədər) böyük 
sahələr. Ozon deşikləri orqanizmə  zərərli təsr göstərən 
ultrabənövşəyi  şüalanmanın səviyyəsinin qalxmasına səbəb 
olur. 
Ozon təbəqəsi
 – 
stratosferin oksigenin xüsusi formasından –
ozondan (O
3
) ibarət təbəqəsidir. Ozon yer səthindən 10 km.-
dən - 60 km.-ə  qədər yüksəklikdə ultrabənövşəyi  şüalar 
oksigenin mollekullarını oksigenin atomlarına parçaladıqda 
və bu atomların sonradan oksigenin molekullarına birləşməsi 
nəticəsində  əmələ  gəlir. Ozon təbəqəsinin dağılması  dəri 
xərçəngi xəstəliyinin yaranmasına səbəb olur. Ozonla bağlı 
digər bir problem atmosferin aşağı qatlarında – troposferdə 
ozonun  əmələ  gəlməsidir.  Şəhər nəqliyyatının günün işıqlı 
vaxtı havaya buraxdığı qazlar havada toplaşaraq günəş 
şüasının təsiri ilə boz-qırmızımtıl rəngdə qarışıq – 
“fotokimyəvi duman” əmələ  gətirir. Məişət səviyyəsində 
“smoq” adlandırılan bu duman bitkilərə  məhvedici təsir 
göstərir və insanın yuxarı  tənəffüs yollarında müxtəlif 
xəstəliklər əmələ gətirir. 
Parnik (istilik) effekti – qazıntı yolu ilə  əldə olunan 
yanacağın yandırılmasının davam etdirilməsi nəticəsində 
atmosferdə karbon qazının miqdarının artmasını  təsdiq edən 
nəzəriyyə  həm də bunun atmosferdə istiliyin və  nəmişliyin 
yığılıb qalmasına gətirib çıxardığını göstərir. Alimlər bunun 


90 
 
istilikxana effekti yaratmasını ehtimal edirlər. Son həddə Yer 
kürəsinin səthində temperatur artır və bu, buzların əriməsinə 
və dünya okeanlarının səviyyəsinin qalxmasına gətirib çıxara 
bilər. 
Populyasiya - 
a) (Poroqamiya) (yun. «poros» – dəlik, «qamos» - nigah) - 
örtülütoxumlu bitkilərdə mayalanma zamanı tozcuq 
borusunun toxum rüşeyminə – mikropile vasitəsilə adi (sadə) 
yolla keçirilməsi; 
b) bir növə  mənsub orqanizmlərin qrupu olub müəyyən 
ərazidə yerləşən, bir-biri ilə qarşılıqlı  əlaqə  şəraitində uzun 
müddət sayını  tənzimləyən fərdlər. Populyasiya növün 
quruluş vahidi, təkamül vahidi və yaşama forması sayılır; 
c) növün mühüm bioloji xüsusiyyətlərindən biri – onun 
yerdəyişmə qabiliyyətinə  əsaslanır. Hər bir populyasiyada 
fərdlərin bir hissəsi müntəzəm olaraq onu tərk edir, qonşu 
sahədəki populyasiyanı doldurur və ya həmin növ olmayan 
yeni  əraziyə köçür. Bu prosesə populyasiyanın dispersiyası 
deyirlər. 
Potensial areal – növün həyatilik imkanlarına uyğun ekoloji 
şəraiti olan ərazi. 
Postindustrial cəmiyyət – iqtisadi həyatın davamlı surətdə 
texnolojiləşməsi nəticəsində industrial sektorun özünün 
aparıcı rolunu itirdiyi sosium. 
Publisistika -  ədəbiyyatın ictimai fikrə birbaşa təsir etmək 
məqsədi ilə mühüm sosial məsələlərin müzakirəsinə  həsr 
olunmuş növü, bu növdə yazılan əsərlər (məqalələr, oçerklər, 
pamfletlər, felyetonlar və s.). 
Radiasiya - korpuskulyar (alfa-, beta-, qamma- şüaları, 
neytron axını) və/və ya elektromaqnit enerjisinin axını.  İki 
göstərici üzrə ölçülür: şüalanma mənbəyində aktivliyinə  və 
udulan dozaya görə. Parçalanan maddənin atomlarının daha 
sabit formaya keçdiyi vaxt vahidi ərzində  mənbədə nüvə 
çevrilmələrinin sayı bekkerel və küri ilə ölçülür. Qazda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə