Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   18   19   20   21   22   23   24   25   26

77 
 
VII.  YEKUN YOXLAMA FORMASI VƏ 
QİYMƏTLƏNDİRMƏ 
 
Yekun yoxlama forması test üsulu ilə  və ya yazılı 
formada verilən imtahandır. 
 
7.1. QİYMƏT ŞKALASI. YEKUN QİYMƏT 
(QİYMƏTLƏNDİRMƏNİN METODİKASI) 
 
Bakı Dövlət Universitetində  tətbiq edilən çoxballı 
qiymətləndirmə sistemi tələbənin tədris prosesindəki 
fəaliyyətinin,  əldə etdiyi bilik və bacarıqların aşağıdakı 
istiqamətlər üzrə qiymətləndirilməsini və ona fənnin 
öyrənilməsi üzrə differensiallaşdırılmış yekun qiymətlərinin 
verilməsini nəzərdə tutur. Bu zaman tələbənin semestr 
ərzində mühazirə  dərslərinə davamiyyəti, seminar (məşğələ) 
dərslərində  fəal iştirakı, həmçinin sərbəst işin yekunları bal 
strukturuna daxil edilir. Tələbənin “Jurnalistika və müasir 
dövrün qlobal problemləri” fənni üzrə toplaya biləcəyi balın 
maksimum miqdarı 100-ə bərabərdir: 
-  Imtahanın nəticəsi – 50 bala qədər
-  semestr ərzində dərsə davamiyyət – 10 bala qədər; 
-  semestr  ərzində seminar məşğələlərində  fəal 
iştirak – 30 bala qədər; 
-  mühazirə dəftəri – 5 bala qədər; 
-  sərbəst  iş – 5 bala qədər. 
Cəmi – 100 bal. 
 
 
 


78 
 
Qiymət şkalası 
 
Qeyri-
kafi 
Qənaət-
bəxş 
Kafi Yaxşı Çox 
yaxşı 
Əla 
F E D C B A 
51 
baldan 
aşağı 
51-60 
bal 
61-70 
bal 
71-80 
bal 
81-90 
bal 
91-100 
bal 
 
Qiymətlərin izahı: 
A -      əla nəticə; 
B -  
çox yaxşı nəticə; 
C -  
yaxşı nəticə; 
D -  
kafi nəticə; 
E -  
kafi qiymətin minimal tələblərinə cavab verir; 
F -  
qeyri-kafi  nəticə, ya müəyyən olunmuş qaydada 
kursun təkrar keçilməsini, ya da tələbənin təhsil 
müəssisəsindən xaric olunması üçün təqdimat 
verilməsini nəzərdə tutur. 
 
7.2.  AKADEMİK ETİKA 
 
Yazı  işlərində (müstəqil və ya yaradıcı) olan bütün 
sitat və istinadlar diqqətlə yoxlanılır.  İstifadə olunan sitatlar 
orijinalın məzmunu ilə tam üst-üstə düşməlidir: qramatik 
formanın dəyişdirilməsinə yol verilmir, boş yerlər işarə 
olunur. Yazı işlərinin köməkçi aparatı (biblioqrafik siyahılar, 
haşiyələr, istinadlar, əlavələr, cədvəllər, sxemlər və s.) 


79 
 
mövcud standartlara uyğun tərtib edilir (bax, məsələn: 
Hüseynov Ş.A. Mətbu irsimizdən səhifələr. “Çənlibel” NPM, 
2007, 484 s.; Əhmədli N. Con Milton və onun 
“Areopagitika”  əsəri //Azərbaycan, 2009, № 2, s. 54-72; 
Mehdiyev R. Azərbaycanın efir məkanı: problemlər və 
vəzifələr. “Azərbaycan” qəzeti, 2 oktyabr 2009; ABŞ-da 
şəbəkə neytrallığı haqqında yeni qaydalar qəbul olunub.  
http://www.rabita.az/view.php?lang=az&menu=118&id=503
2).  İşin sonunda bütün istifadə olunan mənbələrin tam 
siyahısı (əlifba sırası ilə) verilir. 
Müəllifin öz işinə başqa müəllifin işindən müəyyən 
parçaları ona istinad etmədən daxil etməsi, başqa müəlliflərin 
fikir və ideyalarını  mənbəni göstərmədən təqdim etməsi 
yolverilməzdir. Bu qayda İnternetdən götürülmüş  mənbələrə 
də aiddir -  saytın tam ünvanı göstərilməlidir. Bütün plagiat 
halları istisna olmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


80 
 
VIII.  KURSUN TƏDRİS-METODİK 
TƏMİNATI 
 
8.1. QLOBAL PROBLEMLƏRƏ AİD TERMİN 
VƏ ANLAYIŞLARIN İZAHLI LÜĞƏTİ 
 
Alfa şüaları - helium nüvəsindən ibarət olur və müsbət enerji 
daşıyır. Lap dərinə hopmaq və canlı toxumanın açıq hissəsinə 
həddən artıq çox ziyan vurmaq qabiliyyətinə malikdir (bax 
“Radiasiya”). 
Areal - müxtəlif növlərin və ekosistemlərin yayılma sahəsi. 
Təbiətin mühafizəsi problemi hər  şeydən  əvvəl arealların və 
təbii ekosistemlərin qorunub saxlanılması problemidir. 
Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı 
sınağının qadağan edilməsi haqqında müqavilə - 1963-cü 
il mayın 5-də Moskvada imzalanmışdır, üç mühitdə nüvə 
silahının sınaqdan keçirilməsini qadağan edir. 
Bataqlıqlaşma - daimi həddən ziyadə nəmlilik və qızdırlma-
nın təsiri ilə, son nəticədə bataqlığın əmələ gəlməsinə gətirib 
çıxaran, torpağın və landşaftın dəyişilməsi prosesi. 
BER – canlı toxumalarda bədənin qəbul etdiyi enerjinin və 
bu enerjinin təsirini gücləndirən və ya azaldan digər 
faktorlarla qarşılıqlı  təsirini nəzərdə tutan ekvivalent doza 
vahidi. 600 ber-lik doza adətən altmış gün ərzində ölümlə 
nəticələnən sonuca gətirib çıxarır. 
Beta  şüaları - atom nüvəsindən ayrılan elektrondur və bir 
mənfi enerji daşıyır. Hopma qabiliyyəti alfa şüalarına 
nisbətən çox, qamma şüalarına nisbətən isə azdır. Dəriyə 
düşdükdə yanıq, opqanizmə düşdükdə isə  xərçəng  əmələ 
gətirir. 
Biliyin iqtisadiyyatı – bilik sektorunun həlledici, bilik 
istehsalının isə iqtisadi inkişafın mənbəyi rolunu oynadığı 
iqtisadiyyat. 


81 
 
Bioakkumulyasiya - orqanizmdə udulan maddələrin miqdarı 
çıxan maddələrin miqdarından çox olduğu zaman canlı 
orqanizmdə kimyəvi maddələrin olması.  Bu,  toxumalarda 
maddələrin sıxlığının artmasına gətirib çıxarır. 
Biokütlə  - yanacaq qismində istifadə oluna bilən istənilən 
üzvi material - odun, quru bitkilər, orqanik tullantılar. 
Biomüxtəliflik - heyvanların və bitkilərin növlərarası 
müxtəlifliyi. Ekosistemdə növlərin zənginliyi və müxtəlifliyi 
onların normal yaşamaları, mövcud olmaları üçün vacibdir, 
bioloji zənginliyin və uyğunlaşmanın  əsasıdır.  İnsan 
fəaliyyəti heyvanların və bitkilərin təbii məskunlaşma 
sahələrinin itirilməsinə, təbii resursların həddən artıq 
istismarına, həmçinin yerli və  gətirilmə heyvan və bitki 
növləri arasında özünü qoruyub saxlamaq uğrunda 
mübarizənin güclənməsinə gətirib çıxarır. Bütün bunlar vəhşi 
təbiətin mənzərə  və genetik müxtəlifliyinə  mənfi təsir 
göstərir. Tropik meşələr və  mərcan rifləri (sualtı qayalar) 
kimi zəngin növlərin məskunlaşdıqları arealların sahəcə 
azalması  vəhşi təbiətin genofondunun tükənməsinə, inkişaf 
sisteminin və  ətraf mühitdə baş verən dəyişikliklərə 
uyğunlaşmanın zəifləməsinə səbəb olur. 
 Biotexnologiya  -  ərzaq istehsalı  və ya ərzağın növünün 
dəyişdirilməsi, bitkilərin və heyvanların cinsinin yaxşılaşdı-
rılması  və ya da xüsusi məqsədlərlə mikroorqanizmlərin 
yaradılması üçün canlı orqanizmlərdən və ya həyati 
proseslərdən istifadə olunan istənilən texnika. 
Biotəhlükəli tullantılar - qida tullantıları istisna olmaqla, 
patoqen orqanizmlərin mənbəyi və ya daşıyıcısı ola bilən və 
utilizasiyası vacib olan insan və heyvan mənşəli istənilən 
maddə. Bu cür tullantılara toxuma və orqanlar, qan 
elementləri, iltihablar, sarğı  və ya bunabənzər materiallar 
aiddir.  
Boloniya konvensiyası – Avropa İttifaqı üzvləri, təhsil 
sahəsində Avropa ölkələrinin  əldə etdikləri nailiyyətlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə