Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   18   19   20   21   22   23   24   25   26

85 
 
b) aktual sosial informasiyanın toplanılması, hazırlanması və 
vaxtaşırı yayılması üzrə ictimai fəaliyyətdir, ... jurnalist 
fəaliyyətinin məhsuludur, müəyyən elmi bilik və  təhsil 
sahəsidir; 
c)  qəzetlərdə, jurnallarda, radioda, televiziyada, İnternetdə, 
bütövlükdə dövri nəşrlərdə ədəbi-publisistik fəaliyyət; 
ç) kütləvi informasiya vasitəsi, dördüncü hakimiyyət, doğru, 
həm də yalan informasiya, yaradıcılıq, publisistika, 
cəmiyyətin güzgüsü. 
İnsan – informasiya mənbəyi sistemində  əsas halqa, “canlı 
mənbə”dir: a) insan hər zaman hadisələrin  şahidi və ya 
iştirakçısıdır, həmişə bu hadisələr barədə informasiyanın 
saxlayıcısı qismində  çıxış edir; b) insan özü haqqında, 
xüsusilə  də özünün daxili aləmi haqqında informasiyanın 
daşıyıcısı” daşıyıcısıdır (insan barədə faktik məlumatları 
sənədlərdən və aparılan müşahidələrdən əldə etmək olar); c) 
insan başqasından alınan informasiyanın translyasiya 
vasitəsidir; ç) insan çoxçalarlı  və qiymətli informasiya 
təchizatçısıdır. 
İnformasiya – təqdimat formasından asılı olmayaraq şəxslər, 
əşya, fakt, hadisə, təzahür və proseslər haqqında məlumatlar. 
İnformasiya biznesi – informasiyanın  əsas  əmtəə olduğu 
biznes sahəsi. 
İnformasiya cəmiyyəti  - qlobal informasiya mühitinin 
yaradılması, informasiya və kommunikasiya texnologiyala-
rından kütləvi istifadə, sosial və iqtisadi fəaliyyətin yeni 
formalarının yaranması, informasiyanın  əmtəəyə çevrilməsi, 
informasiya və bilik bazalarının yaradılması  və inkişaf 
etdirilməsi, benyəlxalq, milli və regional səviyyədə informa-
siya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi
 
və s. 
bu cəmiyyətin səciyyəvi xüsusiyyətlər edir.  
İnformasiya ehtiyatları – informasiya sistemlərində 
(kitabxana, arxiv, fond, məlumat bankları və s.) olan sənədlər 
və  sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlərvə 
onların massivləri. 


86 
 
İnformasiya xidmətləri – istifadəçilərin informasiya məh-
sulları ilə  təmin edilməsi üzrə subyektlərin (mülkiyyətçilər, 
sahibkarlar və ya vasitəçilərin) fəaliyyəti. 
İnformasiya xidmətləri bazarı – təchizatşılarla istehlakçılar 
arasında aparılan ticarət üzrə iqtisadi, hüquqi və informasiya 
münasibətlərinin  məcmusu. 
 
İnformasiya industriyası – informasiya və bilik resursları-
nın yaradılması  və formalaşdırılması, onların aktual 
vəziyyətdə saxlanılması, informasiyanın emal, rabitə  və 
surətinin çıxarılması vasitələrinin yaradılması ilə bağlı 
fəaliyyət növləri. 
İnformasiya məhsulları – istifadəçilərin tələblərinə  əsasən 
yaradılmış  və onların tələbatlarının ödənilməsi üçün təyin 
olunmuş  və ya tətbiq edilən sənədləşdirilmiş informasiya, 
informasiya sistemləri, texnologiyaları  və onların təminat 
vasitələri. 
İnformasiya potensialı – hesablama texnikası  və rabitənin 
əldə olunmuş hazırkı inkişaf səviyyəsi ilə müəyyən olunan 
maksimum imkanlar səviyyəsində informasiya xidməti 
vəzifələrini yerinə yetirmək bacarığı. 
İnformasiya prosesləri – informasiyanın yaradılması, 
yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması. 
İnformasiya sistemi – informasiya texnologiyaları  və 
sənədlərinin təşkilaki və texniki qaydada, o cümlədən 
hesablama texnikasından istifadə edilməklə, nizamlanmış 
məcmusu. 
 İnformasiya texnologiyaları – informasiya prosesləri 
zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi 
ilə istifadə edilən üsul və vasitələr sistemi. 
İnformasiya təhlükəsizliyi – informasiya sahəsində milli 
təhlükəsizliyin təmin olunması, eleketron cinayətkarlığa qarşı 
mübarizə aparılması; milli maraqları  nəzərə almaqla, 
vətəndaşların və bütün təşkilatların təhlükəsiz olaraq 
informasiya əldə etmək və ondan istifadə etmək hüquqlarının 


87 
 
təmin olunması üçün şəraitin yaradılması; vətəndaşların 
informasiya təhlükəsizliyini təmin edən mühitin yaradılması. 
Kanserogenlər – xərçəng xəstəliklərini  əmələ  gətirən 
maddələr. Bəzi maddələr özlərini dolayısilə konsergenlər 
kimi büruzə verə bilirlər, yəni onlar bədənin hüceyrələrinin 
xərçəng əmələ gətirən digər maddələrə həssaslığını artırırlar. 
Zəhərli maddələr müxtəlif kombinasiyalarda xərçəng 
xəstəliyinin müxtəlif növlərini əmələ gətirirlər.
 
Kütləvi informasiya -  axtarılması,  əldə olunması, 
hazırlanması, ötürülməsi, istehsalı  və yayımı Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə  məhdudlaşdırılmayan, 
ümumi istifadə üçün nəzərdə tutulmuş  mətbu, audio, 
audiovizual xəbər və digər məlumatlar. 
Kütləvi informasiya vasitələri – dövri mətbu nəşrlər, 
teleradio proqramları, informasiya agentlikləri, internet, 
kinoxronika proqramları və digər yayım formaları. 
Qamma şüaları -  
atomun  qeyri-stabil  nüvəsi tərəfidən 
buraxılan, rentgenə  bənzər elektromaqnit şüalarıdır, 
elektromaqnit sahəsində  təcrid  olunmur və  işıq sürətində 
hərəkət edir. Lap dərinə hopmaq qabiliyyətinə malikdir, lakin 
maddələri radioaktiv etmir. Alfa və beta şüalarından xeyli 
dərəcədə artıq hopma qabiliyyətinə malikdir, ancaq həmin 
şüalara nisbətən çox az zərər verir. 
Qamma-radiasiya  şüalanması – təhlükəli tullantıların 
təhlükəsiz hala gətirilməsi üçün istifadə olunan eksperimental 
metod. Bu metodun mahiyyəti tullantıların xəstəlik  əmələ 
gətirən orqanizmlərinin qamma-şüalandırılma yolu ilə 
dezinfikasiya edilmsindən ibarətdir. 
Qlobal problem(lər) - ümumibəşəri xarakter daşıyan, 
bütövlükdə  bəşəriyyətin və ayrı-ayrılıqda Yer kürəsinin 
istənilən nöqtəsində yaşayan hər bir insanın maraqlarını əhatə 
edən problem(lər)dir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə