91
müsbət və ya mənfi ionlar əmələ gətirən rentgen və və
qamma-şüalanmanı rentgen və kulonla ölçürlər.
Radioaktiv tullantılar (RAT) – radioaktiv və tərkibində
radioaktiv izotoplar olan maddələrlə işləyərkən əmələ gələn
və radiasiya aktivliyi normadan artıq olan məhsullar. Maye
və bərk halda olurlar. Maye RAT-lara aktivliyi zəif (xüsusi
aktivliyi 1x10-5 Ki/l-dən az), orta (xüsusi aktivliyi 1x10-5-1
Ki/l-dən az) və yüksəksəviyyəli (xüsusi aktivliyi 1 Ki/l-dən
az) olurlar. Bərk RAT-lar xüsusi aktivliyi a) 2x10-7 Ki/kq
alfa-şüalanma üçün, b) 1x10-8 Ki/kq transuran elementlər
üçün, c) 2x10-8 Ki/kq beta-şüalanma üçün, ç) qamma-
şüalanma üçün 1x10-8q-ekv radium.
Raketdən Müdafiə Sistemlərinin (RMS) məhdudlaş-
dırılması haqqında Müqavilə - 1972-ci il mayın 26-da
Moskvada SSRİ ilə ABŞ rəhbərləri tərəfindən imzalanmış
müqavilə. 30 ildən artıq bir müddətdə dünya strateji
sabitliyinin əsası olmuşdur.
Roma klubu – müasir dövrün qlobal problemlərinin
müzakirə edilməsi üçün Aurelio Peççeinin şəxsi təşəbbüsü və
təşkilatçılığı ilə 1968-ci ildə yaradılmış ilk beynəlxalq qeyri-
hökumət təşkilatı.
Səhralaşma – meşələrin qırılması, bataqlaşma, torpağın
şoranlaşması və münbit qatının dağılması, torpaqdan qeyri-
səmərəli istifadə edilməsi (örüşlərin həddən artıq otarılması,
qeyri-səmərəli becərilmə) və s. nəticəsində torpağın
məhsuldarlığının aşağı düşməsi prosesi.
Sənəd – iki mənada işlədilir: dar mənada – hər hansı bir faktı
hüquqi cəhətdən təsdiq edən işgüzar kağız; geniş mənada –
zaman və məkan içində ötürülmək məqsədi ilə
informasiyanın qeydə alındığı yazının maddi daşıyıcısı (bu,
kağız, kino və fotolent, maqnit yazısı, perfokart, disket, disk,
istənilən informasiyadaşıyıcı konteyner və s.).
Səth suları axını – atmosfer mənşəli suların ağırlıq
qüvvəsinin təsiri altında Yerin səthi ilə hərəkəti prosesi.
92
Siyasi qlobalistika – politoloji elmi biliyin qlobal
təhlükəsizlik siyasətinin formalaşmasını, qlobal sferanın
tənzimlənməsinin imkan və vasitələrini tədqiq edən sahəsi.
Sosium – 1) geniş mənada, insanların tarixən yaranmış bütün
qarşılıqlı fəaliyyət növlərinin və birlik formalarının
məcmusudur; 2) dar mənada, sosial sistemin tarixən konkret
tipi, sosial münasibətlərin müəyyən formasıdır; 3) ümumi
əxlaqi-etik normalar ətrafında birləşmiş şəxslərdən ibarət
qrupdur; 4) insanların elə bir birliyidir ki, bu birlik,
cəmiyyətin bütün mümkün sahələri ictimailəşir, yəni bu
insanlar və onların varisləri üçün ümumi olur, qalan bütün
birliklər isə başa çatmamış, yəni axıradək formalaşmamış
cəmiyyət hesab olunurlar.
Strateji hücum silahları (SHS-1) haqqında Saziş - 1991-ci
il iyulun 31-də Moskvada imzalanmışdır. SSRİ/Rusiya və
ABŞ-ın strateji hücum potensiallarının iki dəfə azalmasına
gətirib çıxarmışdır.
Strateji hücum silahlarının (SHS) azaldılması və məh-
dudlaşdırılması ilə bağlı tədbirlər haqqında Müqavilə -
2011-ci il aprelin 8-də Praqada Rusiya və ABŞ arasında
imzalanmışdır. Müqavilə paritet əsasda bağlanıb. 2002-ci ildə
qəbul olunmuş Moskva müqaviləsindən fərqli olaraq, tərəflər
döyüş başlıqlarının sayını 3 dəfə azaltmaq barədə razılığa
gəliblər. Moskva müqaviləsində döyüş başlıqlarının sayı hər
ölkə üçün 1700-2000 ədəd müəyyənləşmişdi. Bundan əlavə,
müqaviləyə əsasən, Rusiya və ABŞ öz üzərlərinə strateji nüvə
başlığı daşıyıcılarının sayını iki dəfə azaltmaq barədə öhdəlik
götürmüşlər.
Strateji hücum potensialları (SHP) haqqında Saziş - 2002-
ci il mayın 24-də Rusiya ilə ABŞ arasında imzalanmışdır.
2013-cü ilədək nüvə potensiallarının xeyli sayda
azaldılmasını nəzərdə tutur.
Strateji silahların məhdudlaşdırılması (SSM-1) haqqında
müvəqqəti Saziş – 1972-ci il mayın 26-da Moskvada
93
imzalanmışdır. İki ölkə arasında qarşılıqlı strateji qarşıdurma
səviyyəsinin kəmiyyətcə artım prosesinə ilk məhdudiyyətlər
qoymuşdur.
Strateji silahların məhdudlaşdırılması (SSM-2) haqqında
sovet-amerika Sazişi – 1979-ci ilin iyununda Vyanada
imzalanmışdır. Nüvə silahının və onun çatdırılması
vasitələrinin keyfiyyətcə
təkmilləşdirilməsi yolunda
məhdudiyyətlər tətbiq etmişdir.
Strateji silahların məhdudlaşdırılması (SSM-2) haqqında
sovet-amerika Sazişi –
1993-cü ilin yanvarında Rusiya və
ABŞ prezidentləri SSM-2 Sazişini imzalamışlar. Bu Sazişə
görə, hər iki dövlət nüvə raketləri ehtiyatlarının üçdə iki
hissəsini ləğv etmək barədə razılığa gəlmişlər.
Su layı – mədən suxurlarının, məsamələrin, çatların və digər
boşluqların susızdıran qatı və ya qatları.
Teleradio proqramları – daimi adı olan və ildə azı bir dəfə
efirə buraxılan audio, audiovizual xəbər və materialların
(verilişlərin) məcmusu.
Teratogenlər
–
orqanizmə təsir edərkən teratogenezin
(orqanizmin inkişafında eybəcərlik və digər anomaliyalar)
əmələ gəlməsi.
Terrorizm – aksiyanı icra edənin şəxsiyyəti və ya icra etdiyi
işin mahiyyəti ilə deyil, aksiyanın xarakteri ilə müəyyən
olunur. Bütün terror aksiyaları zorakılığın tətbiqi və
zorakılıqla hədələməklə bağlı olur, əksər hallarda konkret
tələblərin irəli sürülməsi ilə müşayiət olunur. Zorakılıqlar
əsasən mülki obyektlərə yönəldilir, aksiyanın motivləri isə
siyasi xarakter daşıyır. Aksiyalar daha geniş ictimai diqqəti
cəlb edən bir tərzdə həyata keçirilir. İcraçılar, adətən,
mütəşəkkil qrupların üzvləri olurlar və digər cinayətkar
qruplardan fərqli olaraq həyata keçirdikləri aksiyaya görə
məsuliyyəti öz üzərlərinə götürürlər. Nəhayət, aksiyanın özü
bilavasitə vurulan fiziki zərərin çərçivəsindən kənara çıxan
təsir göstərmək imkanına malik olur. Terror aktlarının
Dostları ilə paylaş: |