Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə240/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   236   237   238   239   240   241   242   243   ...   258

 

480


 

Mövcud elektron kataloq və elektron kitabxana sistemlərinin təkmil-

ləşdirilməsi  

2008 – 


2009 

MdTN 


 

Kitabxana fondunun, oxu zallarının, xidmət bölmələrinin və mətbəənin 

müasir tipli inventar və avadanlıqlarla təchizatı    

2008 – 


2009  

MdTN 


 

Zəruri nəqliyyat vasitələri ilə təchizat  

2009- 2010 

MdTN 


 Kitabxana 

binasının müasir standartlar səviyyəsində yenidən qurulması 2008- 

2010  MdTN 

 Kitab 


fondlarının bərpası və konservasiyasının həyata keçirilməsi    

2008- 2010 

MdTN 

 

AKRONİMLƏR  



AQUPDK-        Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 

AMEA-            Azərbaycan Milli Elmlər Akademiyası 

AO                   Aidiyyəti orqanlar 

AYB                Azərbaycan Yazıçılar Birliyi 

DSK                 Dövlət Statistika Komitəsi 

ETSN               Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

ƏƏSMN 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 



ƏN           Ədliyyə Nazirliyi 

XİN          Xarici İşlər Nazirliyi 

DİDK      Diasporla 

İFLA        Beynəlxalq Kitabxana Assosiasiyası 

İİN            İqtisadi İnkişaf Nazirliyi 

MdTN      Mədəniyyət və turizm nazirliyi  



 

 

183    

“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı 

üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

“Azərbaycan kurortları” Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 

fevral tarixli 2002 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram: 

1. “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq 

edilsin (əlavə olunur).  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 



İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 6 fevral 2009-cu il 

№ 125 

 

 




 

481


Azərbaycan Respublikası Prezidentinin  

2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı ilə  

TƏSDİQ EDİLMİŞDİR 

1. ÜMUMİ ƏSASLAR 

1.1. Mövcud vəziyyət 

Kurort işi Azərbaycan Respublikasında  ənənəvi olaraq dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib 

hissəsini təşkil etmişdir. Bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş  və kütləvi tələbatı ödəyən 

kurort kompleksi yaradılmışdır. Kurort işinin təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq ölkənin bir çox 

regionlarının inkişafını, infrastrukturunun yaradılmasını,  əhalinin məşğulluğunu, xidmət sahələrinin inkişafını 

təmin etmişdir. Ölkədə yaradılmış sanatoriya-kurort sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və 

müalicəsinin təşkili baxımından olduqca vacib ümummilli sosial-iqtisadi funksiyaları da yerinə yetirmişdir. 

Keçən  əsrin 80-ci illərinin sonunda – 90-cı illərin  əvvəllərində, Azərbaycanın siyasi, iqtisadi və sosial 

həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların 

istirahətinin, müalicəsinin və sağlamlaşdırılmasının təşkili, kurort texnologiyalarının tətbiqi, kadr təminatı sahəsinə 

təsirsiz ötüşməmiş, nəticədə mərkəzləşdirilmiş kurort kompleksinin və sanatoriya-kurort xidmətlərinin ümumdövlət 

sisteminin ahəngdar fəaliyyəti pozulmuşdur. 

Bu kompleksə olduqca böyük zərər Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində 

vurulmuşdur. Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və  məcburi 

köçkün vəziyyətinə düşmüş, həmin  ərazilərdə unikal təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmış, daimi 

yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımız yaşayış yerləri ilə təmin edilmək məqsədi ilə sovet dövründə 

inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər 

ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində məskunlaşdırılmışdır. 

Hazırda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə  təsdiq 

edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” 

çərçivəsində ayrı-ayrı bölgələrdə kurortların dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, aparılan 

işlərin səviyyəsinin müasir tələblərə uyğunlaşdırılmasına ehtiyac vardır. 

Təcrübə göstərir ki, sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm 

yer tutur. Bu sağlamlıq ocaqlarında aparılan müalicə  nəticəsində  xəstələrdə reabilitasiya prosesi sürətlənir

xəstəliklərin kəskinləşməsi prosesinin qarşısı alınır və  xəstələr normal həyata qayıtmaq imkanı  əldə edirlər. 

Səmərəli sanatoriya-kurort müalicəsi böyüklərdə  və  uşaqlarda xəstəliklərin kəskinləşməsi hallarını, habelə 

sanatoriyalarda reabilitasiya keçmiş xəstələrdə əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi hallarının sayını 

dəfələrlə azaldır. 

Sanatoriya-kurort müalicəsinə əlillərin, xəstələrin, ekoloji cəhətdən çirkli zonalarda yaşayanların, uşaqların 

xüsusilə böyük ehtiyacı vardır.  Əhalinin bu kateqoriyalarının sanatoriya-kurort müalicəsinə  tələbatı sanatoriya-

kurort  şəbəkəsinin inkişafında nəzərə alınmalı, uşaq sanatoriyaları  və istirahət düşərgələri  şəbəkəsi 

genişləndirilməli, mövcud uşaq sanatoriyaları müasir avadanlıqlarla təmin olunmalı, onların maddi-texniki bazası 

sanitar norma və qaydalara uyğunlaşdırılmalı, xəstə  və sağlamlıq imkanları  məhdud uşaqların tibbi, psixoloji və 

sosial reabilitasiyası üçün optimal şərait yaradılmalıdır. 

Azərbaycan Respublikasında mövcud sanatoriya-kurort şəbəkəsinin yenidən təşkili və yaradılacaq 

müəssisələrin fəaliyyətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması mühüm vəzifələrdəndir. 

“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nda (bundan sonra – 

Dövlət Proqramı) həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuşdur. 



1.2. Azərbaycan kurortlarının təsnifatı 

Kurort təbii müalicə ehtiyatlarına malik olan və həmin ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi 

ilə istifadə etmək üçün zəruri şəraiti olan ərazi hesab olunur. Azərbaycanın ərazisi kurortlarla zəngindir. 

Belə  ərazilərdə istirahət və müalicəni təmin edən müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, 

balneoloji və palçıq müalicə ocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri və s.), sanitariya mühafizə zonaları və 

digər kurort infrastrukturu təşkil olunur. 

Təbii müalicə ehtiyatlarına görə Azərbaycanda kurortların balneoloji, iqlim, müalicəvi palçıq kurortları  və 

Naftalan nefti kurortu kimi növləri mövcuddur. 

Balneoloji kurortlara əsasən təbii mineral sulardan istifadə olunan kurortlar aiddir. Azərbaycanın ərazisində 

müalicəvi xüsusiyyətlərinə görə dünyada qəbul olunan səkkiz qrup mineral suyun hər biri mövcuddur. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə