Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə241/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   237   238   239   240   241   242   243   244   ...   258

 

482


İqlim kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları üçün səciyyəvi olan müalicəvi amillər (dəniz 

suyu, günəş vannaları, isti qum vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin profilaktikası  və müalicəsi 

baxımından əhəmiyyətli hesab olunur. 

Müalicəvi palçıq kurortlarında palçıqdan, əsasən lil palçığından (Masazır və Zığ gölünün palçıqları) və təpə 

(vulkan) palçıqlarından istifadə yolu ilə müalicə aparılır. 

Naftalan nefti kurortunda unikal müalicə amilli olan və yüksək təsirə malik Naftalan nefti ilə müalicə aparılır. 

Coğrafi yerləşməsinə görə Azərbaycanın kurort resursları aşağıdakı zonalara bölünür: 

Böyük Qafqaz zonasında otuzdan artıq termal və soyuq müxtəlif konsentrasiyalı kükürdlü və üzvi maddələr 

tərkibli zəif minerallaşmış mineral su yataqları mövcuddur. Azərbaycanda geniş yayılmış palçıq vulkanları da bu 

zonada yerləşir. 

Kiçik Qafqaz zonası  əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir.  Şəfalı 

iqlimə malikdir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir. 

Xəzər dənizinin sahil zonası iqlim və balneoloji xüsusiyyətlərinə görə üç kurort sahəsinə bölünür. Xudat-

Yalama zolağı (Nabran kurortu) qumlu çimərliklər, meşələr, yod-bromlu su ehtiyatları ilə  zəngindir. Abşeron 

yarımadası Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortlarını əhatə edir. Həmin ərazidə dəniz iqlimi ilə 

yanaşı  Şıx termal sulfidli suyu, çoxsaylı yodlu-bromlu sular kimi müxtəlif mineral sularla müalicə aparılır. 

Suraxanı kükürdlü suları, Masazır və Zığ lil palçıqları da müalicə üçün istifadə olunur. Lənkəran-Astara subtropik 

zolağı termal mineral su bulaqları ilə zəngindir. 

Mineral sularla zəngin bölgədə (150 su bulaqları) kurort müalicəsi üçün əhəmiyyətli olan Naxçıvan Muxtar 

Respublikasının Sirab, Badamlı, Vayxır, Darıdağ və Batabat kurortları yerləşir. 

Kür-Araz çökəkliyində balneoloji kurortlar yerləşir və mövcud olan metanlı, azotlu, yüksək və çox yüksək 

minerallaşmış, silisiumlu, yodlu-bromlu termal su ehtiyatları müalicəvi əhəmiyyətə malikdir. 



1.3. Dövlət Proqramının əsas məqsədi və vəzifələri 

Dövlət Proqramının  əsas məqsədi Azərbaycanda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının 

inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, 

ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir. 

Bu məqsədə nail olmaq üçün aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsi zəruridir: 

- kurort fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi; 

- kurortların inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin görülməsi; 

- kurort müəssisələrinin fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi; 

- kurort sahəsində özəl sektorun fəaliyyətinin dəstəklənməsi

- kurort şəbəkəsinin zəruri infrastrukturla, ilk növbədə elektrik enerjisi, qaz, istilik və içməli su ilə təmin edilməsi, 

kanalizasiya sistemlərinin yenidən qurulması, kurortların yerləşdiyi bölgələrə gedən yolların əsaslı təmir edilməsi; 

- kurort müəssisələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, mövcud mütəxəssislərin ixtisasının artırılması; 

- kurortologiya sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsi; 

- beynəlxalq kurort xidmətləri bazarına çıxışın təmin edilməsi üçün reklam-marketinq və digər işlərin həyata 

keçirilməsi. 

1.4. Dövlət Proqramının həyata keçirilməsinin əsas istiqamətləri və mərhələləri 

Dövlət Proqramının əsas məqsəd və vəzifələrinin həyata keçirilməsinin başlıca istiqamətləri aşağıdakılardır: 

- sanatoriya-kurort şəbəkəsinin maddi, elmi, təbii və kadr bazasının inkişaf etdirilməsi; 

- sanatoriya-kurort və istirahət ocaqlarının müasir standartlara cavab verməsinin və dünya sanatoriya-kurort 

xidmətləri bazarına çıxışının təmin edilməsi; 

- sanatoriya-kurort şəbəkəsinin müasir mütərəqqi üsullarla idarə olunmasının təmin edilməsi; 

- ölkə  əhalisinin yerli kurortlardan istifadəsinin genişləndirilməsi, xarici ölkə  vətəndaşlarının müalicə  və 

istirahət məqsədi ilə Azərbaycan Respublikasına gəlməsinin təmin edilməsi üçün sanatoriya-kurort müalicəsinin 

səmərəliliyinin artırılması, həmçinin göstərilən xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi; 

- ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarının öyrənilməsi və onlardan səmərəli istifadə olunmasının 

təşkil edilməsi; 



 

483


- ölkə  ərazisində mövcud təbii müalicə ehtiyatlarından istifadə olunması  işinə yerli və xarici investorların 

cəlb olunması; 

-  əhalinin, o cümlədən aztəminatlı ailələrin ölkə  ərazisində sanatoriya-kurort və istirahət ocaqlarından 

istifadə imkanlarının genişləndirilməsi. 

Dövlət Proqramının iki mərhələdə həyata keçirilməsi planlaşdırılır: 

birinci mərhələ 2009-2011-ci illəri  əhatə edərək ölkədə sanatoriya-kurort şəbəkəsinin inkişaf etdirilməsi 

sahəsində ilk ən vacib tədbirlərin həyata keçirilməsindən ibarətdir; 

2012-2018-ci illəri əhatə edəcək ikinci mərhələdə digər zəruri tədbirlərin, o cümlədən birinci mərhələ üzrə 

tədbirlərin icrasının nəticələrinə görə müvafiq tədbirlərin həyata keçirilməsi və tamamlanması nəzərdə tutulur. 

1.5. Dövlət Proqramının maliyyə təminatı 

Dövlət Proqramının maliyyə təminatı aşağıdakı maliyyə mənbələri hesabına həyata keçiriləcəkdir: 

- dövlət büdcəsinin vəsaitləri

- dövlət fondlarının vəsaitləri; 

- yerli və xarici investorların maliyyə dəstəyi; 

- qanunvericiliyə zidd olmayan digər mənbələr. 

Dövlət Proqramında nəzərdə tutulmuş  tədbirlərin icrasına yönəldilən dövlət büdcəsi vəsaitlərinin həcmi 

növbəti illər üçün dövlət büdcəsinin tərtibi prosesində müəyyənləşdiriləcəkdir. 



1.6. Gözlənilən nəticələr 

Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində aşağıdakılara nail olunması gözlənilir: 

- Azərbaycan Respublikasının təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 

- ölkənin sanatoriya-kurort və istirahət ocaqlarının beynəlxalq sanatoriya-kurort xidmətləri bazarına çıxışı; 

- ölkənin sanatoriya-kurort şəbəkəsinin cəlbedici imicinin formalaşması  və  nəticədə onun xidmətlərindən 

əhalinin, o cümlədən aztəminatlı şəxslərin, ailələrin və xarici ölkə vətəndaşlarının geniş istifadə etməsi; 

- əhali arasında müvəqqəti və davamlı əmək qabiliyyətinin itirilməsi hallarının azalması; 

- sanatoriya-kurort müəssisələrində profilaktika tədbirlərinin həcmi və keyfiyyətinin artırılması hesabına ürək, 

qan-damar, nevroloji, periferik sinir sistemi, sümük-əzələ, mədə-bağırsaq, vərəm və digər xəstəliklərin azalması; 

- sanatoriya-kurort şəbəkəsinin gəlirliyinin artaraq kurort və sanatoriyalar yerləşən zonalarda, habelə ətrafda 

yaşayan əhalinin məşğulluğuna və sağlamlığına müsbət təsir göstərməsi, sanatoriya-kurort şəbəkəsi ilə əlaqədə olan 

iqtisadiyyatın digər sektorlarının inkişafı. 



2. DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR TƏDBİRLƏR PLANI 

Sıra 

№-si 

Tədbirin adı 

İcra müddəti 

(illər və 

mərhələlər 

üzrə) 

İcraçı qurumlar 

2.1. Kurortların fəaliyyətinin normativ hüquqi bazasının və idarə edilməsinin təkmilləşdirilməsi 

2.1.1. 


Kurort xidmətlərinin sertifikatlaşdırılması 

ilə bağlı təkliflərin hazırlanması 

2009-2011 

Nazirlər Kabineti, İqtisadi  İnkişaf Nazirliyi, 



Səhiyyə Nazirliyi 

2.1.2. 


Sanatoriya-kurort müəssisələri üçün bina 

və qurğuların inşası, infrastruktur təminat, 

qidalanma, sanitar-gigiyenik, ekoloji və 

digər normativlərin hazırlanması və təsdiqi 

2009-2011 

Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, İqtisadi 



İnkişaf Nazirliyi; Fövqəladə Hallar Nazirliyi, 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, Dövlət 

Şəhərsalma və Arxitektura Komitəsi 

(Azərbaycan Həmkarlar 

İttifaqları 

Konfederasiyasının təklifləri nəzərə alınmaqla) 

2.1.3. 

Azərbaycan Respublikasının kurort fondu-



nun (təbii müalicə ehtiyatlarının, müalicə-

sağlamlaşdırma yerlərinin və kurortların) 

dövlət uçotunun təşkili, təbii müalicə 

2009-2018 

I, II 

Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər 



Nazirliyi (Azərbaycan Həmkarlar  İttifaqları 

Konfederasiyasının təklifləri nəzərə alınmaqla) 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə