Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə243/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   239   240   241   242   243   244   245   246   ...   258

 

486


184    

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın təsdiq 

edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq  ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin 

təbliği və dünya mədəniyyətinə inteqrasiyasını  təmin etmək, milli teatr sənətinin davamlı inkişafını  dəstəkləmək 

məqsədi ilə qərara alıram:  

1. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur). 

2. Bu sərəncamın 1-ci bəndində qeyd olunan dövlət proqramında nəzərdə tutulmuş  tədbirlərin icrasının 

əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin.  

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.  

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.  



İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 18 may 2009-cu il 

                № 277 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin 

2009-cu il 18 may tarixli 277 nömrəli Sərəncamı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

Azərbaycan teatrı 2009-2019-cu illərdə” 

DÖVLƏT PROQRAMI 

1. Ümumi əsaslar 

1.1. Mövcud vəziyyət 

           XIX  əsrin 70-ci illərində  təşəkkül tapmış Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-mənəvi 

dəyərlərinin qorunması, təbliği, estetik zövqün və dünyagörüşünün formalaşması, realist ənənələrin davam və 

inkişaf etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi yolunda mütərəqqi ideyalar tribunasına çevrilmişdir. 

         Hazırda respublikada fəaliyyət göstərən 26 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların 

müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından 

istifadə edilir. Dövlət sifarişi yolu ilə  hər il teatrlarda 50-dən çox yeni tamaşa hazırlanır ki, bu tamaşaların da 

əsasını klassik və müasir Azərbaycan, eləcə də dünya dramaturqlarının əsərləri təşkil edir. 

          Dövlətlərarası  mədəni  əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici 

ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. 

          Qeyd  edilənlərlə yanaşı, teatr sənətinin inkişafı ilə bağlı bir sıra problemlər də mövcuddur. Ölkəmizə 

Ermənistanın hərbi təcavüzü nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət dram 

teatrları qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərirlər.  

          “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 

19 fevral tarixli 1964 nömrəli Sərəncamına  əsasən Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli 

mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının 

möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması 

məqsədi ilə tədbirlərin həyata keçirilməsi və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının (bundan 

sonra – Dövlət Proqramı) hazırlanması nəzərdə tutulmuşdur. 

1.2. Məqsəd və vəzifələr 

            Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı 

öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin 



 

487


qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və 

maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması 

məqsədlərinə xidmət edəcəkdir. 

         Dövlət Proqramı aşağıdakı vəzifələrin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini 

nəzərdə tutur: 

         – yeni   teatr   siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində 

islahatların aparılması; 

         – ümumbəşəri və milli mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə 

Azərbaycan teatr sənətinin inkişafı;         

          – teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi;  

          – kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək 

layihələrin keçirilməsi; 

          – teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi; 

          – teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi; 

          – teatr mədəniyyətinin təbliğ olunması. 

1.3. Dövlət Proqramının maliyyələşdirilməsi 

            Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, o 

cümlədən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş 

vəsaitlər, habelə Azərbaycan Respublikasının qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına 

maliyyələşdirilir. 

1.4. Gözlənilən nəticələr 

         Dövlət Proqramının yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir: 

        – milli teatr sənəti qorunub saxlanılacaq və inkişaf etdiriləcək; 

        – yüksək bədii dəyərli tamaşaların hazırlanması təmin ediləcək;  

        – teatr fəaliyyəti sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək; 

        – teatr müəssisələrinin maddi-texniki bazası möhkəmləndiriləcək; 

        – teatr şəbəkəsinin müasir tələblərə uyğun qurulması və əhalinin teatra olan tələbatının ödənilməsi üçün şərait 

yaradılacaq; 

        – teatr sahəsinə gənc, istedadlı və peşəkar kadrlar cəlb ediləcək;     

        – teatr sahəsində regionlararası, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına nail olunacaq; 

        – Azərbaycan teatr sənətinin dünyada layiqincə təmsil və təbliğ edilməsinə imkanlar yaradılacaq. 

2. Dövlət Proqramının həyata keçirilməsi üzrə  

TƏDBİRLƏR PLANI 

 



 

Tədbirlərin adı

 

İcraçılar

 

İcra 

müddəti 

(illər üzrə)

 

2.1.


 

Teatr sahəsində idarəetmənin və maliyyə-iqtisadi 

mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutan 

islahatların aparılması

 

Nazirlər Kabineti, 



Mədəniyyət və Turizm 

Nazirliyi  Azərbaycan Teatr 

Xadimləri İttifaqını cəlb 

etməklə


 

2009-2019

 

2.2.


 

Teatr fəaliyyətinin normativ hüquqi bazasının 

möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata 

keçirilməsi

 

Nazirlər Kabineti, 



Mədəniyyət və Turizm 

Nazirliyi, Ədliyyə Nazirliyi

 

2009-2013



 

2.3.


 

Respublika ərazisində fəaliyyət göstərən dövlət 

teatrlarının maddi-texniki bazasının 

Mədəniyyət və Turizm 

2009-2019

 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə