Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə246/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   242   243   244   245   246   247   248   249   ...   258

 

492


188    

“Azərbaycan Respublikasının  ərazisində yerləşən monumental 

heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi 

görkəminin qorunub saxlanılması  və  ətrafının abadlaşdırılmasına dair Tədbirlər 

planı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

“Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq 

kompleksləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 aprel tarixli 2079 nömrəli Sərən-

camının icrasını təmin etmək məqsədi ilə qərara alıram:  

1. “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və 

memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər 

planı” təsdiq edilsin (əlavə olunur).  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 19 avqust 2009-cu il.  

                       № 444 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 avqust 

tarixli 444 nömrəli Sərəncamı ilə  

TƏSDİQ EDİLMİŞDİR 

 Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və 

memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair 

TƏDBİRLƏR PLANI 

 



 

Tədbirlər

 

İcra 

müddəti

 

İcraya məsul qurumlar

 

1.

 



Azərbaycan Respublikasının ərazisində 

bədii əhəmiyyət kəsb edən monumental 

heykəltəraşlıq abidələrinin, xatirə-

memorial və memarlıq komplekslərinin 

Dövlət reyestrinin tərtibi

 

2009-cu il



Azərbaycan Respublikasının Mədəniyyət 

və Turizm Nazirliyi, Bakı Şəhər İcra 

Hakimiyyəti və digər müvafiq yerli icra 

hakimiyyəti orqanları

 

2.

 



Heykəltəraşlıq abidələrinin, xatirə-

memorial və memarlıq komplekslərinin 

ucaldılması və demontajı üzrə ekspert 

komissiyasının yaradılması və 

fəaliyyətinin təşkili

 

2009-cu il



Azərbaycan Respublikasının Mədəniyyət 

və Turizm Nazirliyi, Dövlət Şəhərsalma 

və Arxitektura Komitəsi, Azərbaycan 

Milli Elmlər Akademiyası (Azərbaycan 

Rəssamlar İttifaqı və Memarlar 

İttifaqının təklifləri nəzərə alınmaqla)

 

3.

 



Təmir-bərpa işləri tələb olunan 

heykəltəraşlıq abidələrinin, xatirə-

memorial və memarlıq komplekslərinin 

müəyyən edilməsi və müvafiq 

təkliflərin hazırlanması

 

2009-cu il



Azərbaycan Respublikasının Mədəniyyət 

və Turizm Nazirliyi, Dövlət Şəhərsalma 

və Arxitektura Komitəsi, Bakı Şəhər İcra 

Hakimiyyəti və digər müvafiq yerli icra 

hakimiyyəti orqanları

 

4.



 

Heykəltəraşlıq abidələrində, xatirə-

memorial və memarlıq komplekslərində 

təmir-bərpa və abadlıq işlərinin 

aparılması

 

2009-2010-



cu illər

 

Azərbaycan Respublikasının Dövlət 



Şəhərsalma və Arxitektura Komitəsi, 

Bakı Şəhər İcra Hakimiyyəti və digər 

müvafiq yerli icra hakimiyyəti orqanları

 



 

493


5.

 

Azərbaycançılıq məfkurəsinin 



tələblərinə uyğun ucaldılması nəzərdə 

tutulan heykəltəraşlıq abidələrinin, 

xatirə-memorial komplekslərinin 

eskizlərinin və layihə-smeta 

sənədlərinin hazırlanması

 

2010-cu 



ilin birinci 

rübü


 

Azərbaycan Respublikasının Mədəniyyət 

və Turizm Nazirliyi, Dövlət Şəhərsalma 

və Arxitektura Komitəsi, Bakı Şəhər İcra 

Hakimiyyəti və digər yerli icra 

hakimiyyəti orqanları

 

6.

 



Bədii əhəmiyyət daşıyan, demontaj 

edilməli heykəltəraşlıq abidələrinin 

saxlanılması üçün Bakı şəhəri ətrafında 

ləğv edilmiş və rekultivasiya olunacaq 

sənaye zonaları sahələrində regional 

heykəllər xiyabanının yaradılacağı 

müvafiq ərazilərin müəyyənləşdirilməsi 

və ilkin təkliflərin hazırlanması

 

2010-cu 


ilin birinci 

rübü


 

Bakı Şəhər İcra Hakimiyyəti, 

Azərbaycan Respublikasının Dövlət 

Şəhərsalma və Arxitektura Komitəsi, 

Azərbaycan Milli Elmlər Akademiyası, 

digər müvafiq yerli icra hakimiyyəti 

orqanları (Azərbaycan Rəssamlar İttifaqı 

və Memarlar İttifaqının təklifləri nəzərə 

alınmaqla)

 

 



 

 

 



189    

Azərbaycan Respublikasının paytaxtı Bakı  şəhərində xalq qəhrəmanı 

Koroğlunun abidəsinin ucaldılması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Xalqımızın milli mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş böyük tarixi şəxsiyyətlərin və  qəhrəmanların 

xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunması işində 

müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:  

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılsın.  

2. Bakı  Şəhər  İcra Hakimiyyəti Koroğlunun abidəsinin ucaldılması ilə bağlı  təkliflərini bir ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.  

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 3 dekabr 2009-cu il. 

 № 608 

 

 

190    

“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına 

dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafını  təmin etmək və turizmin ölkə 

iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə qərara alıram:  

1. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq 

edilsin (əlavə olunur).  




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə