Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə247/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   243   244   245   246   247   248   249   250   ...   258

 

494


2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş  tədbirlərin icrasının 

əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin.  

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 6 aprel 2010-cu il 

№ 838 

 

Azərbaycan Respublikası Prezidentinin 



2010-cu il 6 aprel tarixli 838 nömrəli 

Sərəncamı ilə təsdiq edilmişdir



 

Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramı 

1. Ümumi əsaslar

 

         1.1. Mövcud vəziyyət 



Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qar-

şıda duran mühüm vəzifədir. Çoxsaylı  tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri 

arasında aparıcı mövqelərdən birini tutur. 

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli 

məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri 

beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və 

onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. 

Zəngin mədəni-tarixi irsə  və  əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf 

perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, 

kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.      

Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata 

keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın 

təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. 

Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət gös-

tərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə 

artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. 

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması  məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu 

yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, 

Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim 

proqramları həyata keçirilməkdədir. 

2002-ci ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin 

əhəmiyyətini artırmaq, turizm potensialını  təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi 

tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın 

müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və 

elanlar verilir, bu istiqamətdə internet imkanlarından və digər elektron daşıyıcı vasitələrindən də geniş istifadə edilir. 

Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə  gələn turistlərin sayı ilbəil artır, ölkədə  fəaliyyət göstərən 

turizm  şirkətləri  şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət 

göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artmışdır. 

Bununla yanaşı, turizmin inkişafı  və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə 

çevrilməsi bu gün Azərbaycanda  ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda  əldə olunmuş 

sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. 

“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” (bundan sonra 

– Dövlət Proqramı) ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm  sahəsinin daha da inkişaf 

etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. 




 

495


 1.2. Məqsəd və vəzifələr 

Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən 

müasir turizm sahəsinin formalaşdırılması  və onun ölkə iqtisadiyyatının  əsas inkişaf dayaqlarından birinə 

çevrilməsinin təmin edilməsidir. 

Bu məqsədə nail olunması aşağıdakı əsas vəzifələrin həllini nəzərdə tutur: 

- ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş 

məqsədyönlü fəaliyyətin həyata keçirilməsi; 

- daxili  və xarici investisiyaların turizm sahəsinə  cəlb edilməsi məqsədi ilə bu sahədə  təşviqləndirici 

investisiya və biznes mühitinin formalaşdırılması; 

- turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə 

edilməsi mexanizmlərinin yaradılması; 

- ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara 

uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması. 

1.3. Dövlət Proqramının fəaliyyət istiqamətləri 

Dövlət Proqramı aşağıdakı istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 

- turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; 

 – turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması; 

- ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi

- ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması; 

- turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi; 

- turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması; 

- turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütərəqqi üsulların və standartların hazırlanması 

və tətbiq edilməsi; 

- mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi; 

- turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli 

təhsil üzrə layihələrin həyata keçirilməsi; 

- Azərbaycanın milli-tarixi, mədəni və  mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı 

regionların və  şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və 

kommunikasiya texnologiyalarının tətbiq edilməsi; 

- milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının təşviqi; 

- turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi. 



1.4. Dövlət Proqramının maliyyələşdirilməsi 

Dövlət Proqramında nəzərdə tutulmuş  tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, o 

cümlədən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş 

vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.         



 

2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı 

  

№ 



Tədbirlərin adı 

 

İcra müddəti 

(illər üzrə) 

İcraçılar 

 

1 2 

3 4 

  

2.1. Turizm haqqında qanunvericiliyin 

təkmilləşdirilməsi 

  

  



2.1.1. 

Turizm sahəsində idarəetmənin yaxşılaşdırılması və 

sahənin səmərəliliyinin artırılması məqsədi ilə 

2010 – 2011 

Nazirlər Kabineti, Mədəniyyət və Turizm 

Nazirliyi, Ədliyyə Nazirliyi 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə