Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə245/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   241   242   243   244   245   246   247   248   ...   258

 

490


2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci 

bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin. 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən 

Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Kuba Respublikası 

tərəfini xəbərdar etsin. 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 24 iyun 2009-cu il 

№ 344 

 

 



 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi 

arasında əməkdaşlıq haqqında 

SAZİŞ 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və 

Kuba Respublikasının Mədəniyyət Nazirliyi

öz aralarında dostluq və  həmrəylik  əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək arzularını ifadə 

edərək, 

Tərəflər arasında mədəniyyətlərarası dialoqun və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin 

əhəmiyyətinə diqqət yönəldərək, 

aşağıdakılar barədə razılığa gəldilər: 

M a d d ə   1  

Tərəflər hazırkı  mədəniyyət siyasəti və bu Sazişdən irəli gələn digər məsələlərlə bağlı informasiya 

mübadiləsi aparacaq və hər bir tərəfin daxili qanunvericiliyinə müvafiq olaraq hazırkı Sazişin fəaliyyətinin təşviq 

və tətbiq edilməsinə birlikdə köməklik göstərəcəklər. 

M a d d ə   2  

Tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlıq edəcəklər: 

 

Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi; 



 

Tələbələr, pedaqoqlar və elmi əməkdaşlar arasında bədii təhsil üzrə  təcrübə mübadiləsi məqsədilə 



konfransların, simpoziumların və kollokviumların keçirilməsi; 

 



Azərbaycan və Kuba təşkilatlarının hər iki ölkədə keçirilən beynəlxalq musiqi, incəsənət, teatr və kino 

festivallarında iştirakı. Dəvətlər hazırkı tədbir təşkilatçıları komitəsinin şərtlərinə müvafiq olaraq həyata keçiriləcək; 

 

İncəsənət, dekorativ-tətbiqi sənət və kulinariya sərgilərinin təşkili; 



 

Hər iki tərəf üçün qarşılıqlı maraq doğuran və əməkdaşlığa yönəldilmiş digər fəaliyyətlər. 



M a d d ə   3  

Tərəflər öz ölkələrinin mədəniyyət təsisatları arasında əməkdaşlığa şərait yaradacaq və bu məqsədlə hər iki 

ölkənin muzey, kitabxana və teatrları arasında müqavilələrin bağlanılması imkanlarını araşdıracaqlar. 

M a d d ə   4  

Tərəflər mədəniyyət abidələrinin qorunması, bərpası, regenerasiyası  və konservasiyası sahəsində 

əməkdaşlıq edəcəklər. 

M a d d ə   5  

Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı  təqdirdə, onları 

danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər. 

 



 

491


M a d d ə   6  

Tərəflərin qarşılıqlı razılığı  əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və 7-ci maddəsində  nəzərdə 

tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər. 

M a d d ə   7  

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə 

Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. 

Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı 6 (altı) 

ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı  şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə  məlumat 

verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılacaqdır. 

Bu Saziş Bakı şəhərində 18 may 2009-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, ispan və ingilis 

dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir aynlığı yarandığı  təqdirdə 

ingilis dilindəki mətnə üstünlük veriləcəkdir 



 

 

187    

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və 

maddi-texniki təminatı barədə 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları 

üzərində inşa olunmuş və hazırda YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilmiş “Atəşgah məbədi” 

Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, 

respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.  

“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki 

təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:  

1. Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun 

konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması 

və “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat 

Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində 

vəsait ayrılsın.  

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində  nəzərdə 

tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.  

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  



İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri , 1 iyul 2009-cu il. 

№ 365 

 

 

 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə