108
giriş və çıxış üçün çoxlu imkanlar yaradan çevikliyi vasitəsilə;
kommunikasiya və dil kimi ixtisaslararası bacarıq və vərdişlərin
inkişafı vasitəsilə; biliyi səfərbər etmək bacarığı, problemləri həll
etmək, komanda ilə işləmək və sosial cəhətdən inkişaf etmək
vasitəsilə.
Mobillik
Tələbələrin, personalın və məzunların sərbəst mobilliyi
Avropa ali təhsil Zonasının mövcudluğunun vacib şərtidir. Avropa
universitetləri böyük mobilliyi həm “üfiqi”, həm də “şaquli”
istiqamətdə inkişaf etdirmək istəyirlər və virtual mobilliyə fiziki
mobilliyin əvəzi kimi baxmırlar. Onlar tanımanın və mobilliyin
mövcud instrumentlərini (AKTS, Lissabon konvensiyasi, Diploma
əlavə, NARĐS/ENĐK şəbəkəsi) müsbət və çevik üsullarla istifadə
etmək istəyirlər. Avropa təcrübəli müəllim heyətinin vacib-
liyindən universitetlər Avropada akademik karyera üçün milli
tələblərin və digər maneələrin aradan götürülməsini istərdilər.
Lakin virtual mobilliyə və transmilli təhsilə ümumi Avropa
yanaşması da zəruridir.
Dərəcəyəqədərki
və
dərəcədənsonraki
səviyyələrdə
uyğunlaşdırıla bilən ixtisaslar
Ali təhsil müəssisələri dərəcəyəqədərki və dərəcədənsonraki
təhsildəki başlıca fərqlərə əsaslanan ixtisasların uyğunlaşdırıl-
masına doğru hərəkəti dəstəkləyirlər. Kifayət qədər ümumi fikir
var ki, birinci dərəcəni almaq üçün 180-240 AKTS krediti
həcmində qiymətləndirilən tədris yükü yerinə yetirilməlidir.
Birinci dərəcələr əmək bazarında iş tapmaq imkanı verməli və ya,
başlıca olaraq, dərəcədən sonrskı səviyyədə təhsili davam
etdirmək üçün hazırlıq mərhələsi olmalıdırlar. Bir sıra hallarda
universitet birbaşa magistr dərəcəsinə aparan birləşdirilmiş tədris
planı tətbiq edə bilər. Belə qərarların qəbul edilməsində
öyrəniləm fənlərin birtipliliyi əsasında yaradılmış şəbəkə vacib rol
oynayır. Universitetlər AKTS-nə əsaslanan qiymətləndirmə-yığım
kreditlərinin xeyrinə və başqa yerlərdə alınmış kreditlərin qəbul
109
edilə bilməsi haqqında qərar çıxarmaq üçün baza hüququnda
əmindirlər.
Cəzbedicilik
Avropanın ali təhsil müəssisələri bütün qitələrin istedadlı
adamları üçün cəzbedici olmaq istəyirlər. Bu institusional, milli və
Avropa səviyyəsində fəaliyyət tələb edir. Spesifik tədbirlərə
proqramların adaptasiyası (həm daxildə, həm də Avropa xaricində
aydın başa düşülən dərəcələr; keyfiyyətin təminatının zəruri
vasitələri; əsas dünya dillərində tədris olunan proqramlar; adekvat
informasiya və marketinq; zarici tələbələr və alimlər üçün yaxşı
xidmət) və şəbəkə çərçivəsində strateji iş daxildir. Müvəffəqiyyət
həmçinin immiqrasiya və əmək bazarına mane olan qaydaların
ləğv olunmasından asılıdır.
Avropa ali təhsil müəssisələri etiraf edirlər ki, onların
tələbələri bütün Avropada öz təhsilləri və karyeraları üçün
səmərəli istifadə edə biləcəkləri ixtisaslara ehtiyacları vardır və
onları tələb edirlər. Đnstitutlar, onların şəbəkələri və təşkilatları
bu mənada öz rol və məsuliyyətlərini təsdiq edirlər və
muxtariyyətləri çərçivəsində işlərini lazımi şəkildə təşkil etməyə
hazır olduqlarını bildirirlər.
Ali təhsil müəssisələri hökumətlərə xahişlə müraciət edirlər
ki, dəyişiklikləri asanlaşdırsınlar və həvəsləndirsinlər, milli və
ümumavropa xüsusiyyətlərini nəzərə almaqla yaxınlaşmanı
əlaqələndirmək və onu idarə etmək çərçivələrini təmin etsinlər.
Onlar birgə təşəbbüslərdə irəliləyişə təkan vermək və dəstəkləmək
bacarıqlarının olduğunu və bunu etməyə hazır olduqlarını təsdiq
edirlər.
- Bütün Avropa üçün ali təhsilin və elmi tədqiqatların
qiymətləndirilməsi;
- Proqramları və ali təhsili yenidən qurmaq və
cavanlaşdırmaq;
- Ali təhsili elmi tədqiqatlar əsasında inkişaf etdirmək;
110
- Keyfiyyəti qiymətləndirmək, təminat vermək və təsdiq
etmək üçün qarşılıqlı qəbul edilən mexanizmlərin qəbulu;
- Avropa ölçülərinin ümumi terminlərinə əsaslanaraq,
müxtəlif institutların, proqramların və dərəcələrin uyğunlaşdırıl-
masını təmin etmək;
- Avropada tələbələrin, personalın mobilliyinə və məzunla-
rın işə düzəlmə imkanına kömək etmək;
- Avropa ali təhsil Zonasına daxil olmağa böyük problemlər
olan ölkələrdə universitetlərin modernləşməsi istiqamətində səy-
lərə dəstək vermək;
- Öz ölkəsində, Avropada və dünyada açıq, cəzbedici və
rəqabət qabiliyyətli olaraq dəyişikliklər həyata keçirmək;
- Ali təhsilin cəmiyyət qarşısında məsuliyyətli olmasını
hesab etməkdə davam etmək.
Salamanka . 29-30 mart 2001-ci il
111
ÖLKƏ QANUNVERĐCĐLĐYĐ
Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitu-
siyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi
sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliy-
yətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin
ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hü-
quqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan
Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla,
vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji
əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublika-
sında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq
müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümum-
bəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə
inteqrasiya olunaraq inkişaf edir.
I fəsil
Ümumi müddəalar
Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
2.1.
Təhsil
haqqında
Azərbaycan
Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,
bu Qanundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində
vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və
qorunmasından,
icra
strukturlarının,
təhsilalanların
və
təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin
düzgün müəyyən edilməsindən, оnlar arasında münasibətlərin
Dostları ilə paylaş: |