102
təhsil bölməsini “Avropa məzmunlu” kurs və proqrqamların bütün
səviyyələrində modulların, istiqamətlərin və ya təşkilatların
inkişafının artırılmasına çağırdılar. Bu, xüsusilə, müxtəlif
ölkələrin əməkdaşlıq edən institutların təklif etdikləri və
dərəcələrin birgə tanınmasına aparan modul, kurs və proqramlara
aiddir.
Bundan başqa nazirlər aşağıdakı bəndləri (nöqtələri) qeyd
etdilər:
Ömür boyu təhsil
Ömür boyu təhsil Avropa ali təhsil Zonasının mühüm
elementidir. Biliklərə əsaslanan cəmiyyət və iqtisadiyyat kimi
qurulan gələcək Avropada ömür boyu təhsil strategiyası üzünü
rəqabətqabiliyyətlilik və yeni texnologiyalardan istifadə, sosial
birliyin,
bərabər
imkanların
və
həyatın
keyfiyyətinin
yaxşılaşdırılması problemlərinə çevirməlidir.
Ali təhsil müəssisəsi və tələbələr
Nazirlər universitetlərin, digər ali təhsil müəssisələrinin və
tələbələrin səriştəli, fəal və konstruktiv tərəfdaşları kimi Avropa
ali təhsil Zonasının formalaşmasına cəlb olunmasının zəruriliyini
qeyd etdilər. Đnstitutlar birgə və effektiv, lakin yenə də müxtəlif
və uyğunlaşan Avropa ali təhsil Zonasının yaradılmasına mühüm
əhəmiyyət verdiklərini nümayiş etdirdilər. Nazirlər həmçinin qeyd
etdilər ki, keyfiyyət inam, münasiblik, mobillik, uyğunluq və
cəzbedicilik üçün Avropa ali təhsil Zonasının əsas şərtidir.
Nazirlər ali təhsil müəssisələrinin akademik keyfiyyəti uzun-
müddətli işədüzəlmə imkanları ilə birləşdirən tədris proqramının
inkişafına töhfələrini qiymətləndirdi və onları bu istiqamətdə aktiv
fəaliyyətlərini davam etdirməyə çağırdı.
Nazirlər təsdiq etdilər ki, tələbələr universitetlərdə və digər
ali təhsil müəssisələrində təhsilin təşkilində və məzmununda
iştirak etməli və təsir etməlidirlər. Nazirlər həmçinin tələbələrin
qeyd etdiyi Boloniya prosesində sosial məsələləri diqqətdə
saxlamağın zəruriliyini bir daha təsdiq etdilər.
103
Avropa ali təhsil Zonasının cəzbediciliyinin təmin
edilməsinə kömək
Nazirlər Avropadan və dünyanın digər hissələrindən olan
məktəblilər arasında Avropa ali təhsilinin cəzbediciliyinin
genişlənməsinin vacibliyi ilə razılaşdılar. Ali təhsilin Avropa
dərəcələrinin bütün dünyada başa düşülməsi və müqayisə edilə
bilməsi ixtisasların ümumi çərçivəsinin inkişafı, habelə keyfiy-
yətin və akreditasiya/sertifikatlaşdırma mexanizminin razılaş-
dırılmış təminatı və informasiya səylərinin artırılması ilə genişlən-
məlidir. Nazirlər xüsusi olaraq qeyd etdilər ki, ali təhsilin və elmi
tədqiqatların keyfiyyəti Avropanın beynəlxalq cəzbediciliyi və
rəqabət qabiliyyətliliyinin vacib müəyyənləşdirici amilidir və belə
də olmalıdır. Nazirlər razılaşdılar ki, Avropa ali təhsil Zonasının
müxtəlif konfiqurasiyalı institut və proqramların mövcudluğundan
faydalanmasına xüsusi diqqət ayrılmalıdır. Onlar transmilli
təhsilin əhəmiyyəti və perspektivləri məsələlərində Avropa
dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə çağırdılar.
Qətiyyətli davam etmə
Nazirlər öz üzərilərinə Boloniya bəyannaməsində ifadə
olunmuş məqsədlərə əsaslanan və mədəniyyətlərin, dillərin və
hökumətlərarası əməkdaşlığın və Avropa universitetləri, digər ali
təhsil müəssisələri, tələbə təşkilatları, habelə Birliyin proqramları
ilə davam edən dialoqun bütün imkanlarını özündə birləşdirən
milli sistemlərin oxşarlığı və fayda verən fərqi üzərində qurulan
əməkdaşlığı davam etdirmək öhdəliyi götürdülər.
Avropa Birliyinin Sokrates, Leonardo da Vinçi proqramları
və ya Tempus alt proqramının onlar üçün açıq olduğu ölkələri
təmsil edən nazirlərin bəyanatından sonra nazirlər Boloniya
prosesinə qoşulmuş yeni üzvləri salamladılar. Onlar Kipr, Türkiyə
və Xorvatiyanın ərizəsini qəbul etdilər.
Nazirlər qərara gəldilər ki, irəliləyişin icmalının verilməli
olduğu və Avropada ali təhsil Zonasına doğru prosesin növbəti
mərhələsinin fəaliyyət istiqamətləri və prioritetlərinin müəyyən-
ləşdiriləcəyi yeni dəstək görüşü 2003-cü ilin ikinci yarısında
104
Berlində olacaqdır. Onlar işi axıra çatdırmaq üçün yardım qrupu
və hazırlıq qrupundan ibarət quruma olan tələbatı təsdiq etdilər.
Yardım qrupu müvafiq sənədləri imzalamış bütün ölkələrin, yeni
üzvlərin və Avropa Komissiyasının nümayəndələrindən təşkil
edilməlidir. Ona rəhbərliyi bu zaman Avropa Đttifaqına sədrlik
edən ölkənin nümayəndəsi etməlidir. Hazırlıq qrupu Nazirlər
səviyyəsində keçirilən əvvəlki və növbəti görüşlərdə qəbul edən
qismində çıxış edən ölkələrin - Avropa Đttifaqı üzvü olan iki
ölkənin və Đttifaqa daxil olmayan iki ölkənin nümayəndələrindən
təşkil edilməlidir. Sonuncu dörd nümayəndə yardım qrupu
tərəfindən
seçiləcək.
Avropa
Đttifaqında
və
Avropa
Komissiyasında sədrlik edən ölkələrin nümayəndələri də hazırlıq
qrupuna daxil olacaq. Hazırlıq qrupuna rəhbərliyi nazirlər
səviyyəsində növbəti görüşü qəbul edən ölkənin nümayəndəsi
edəcək
Avropa universitetlər assosiasiyası, Avropa ali təhsil
müəssisələri assosiasiyası, Avropada tələbələrin milli ittifaqları
assosiasiyası və Avropa Şurasına prosesin inkişafının gedişi üzrə
məsləhətləşmələr vacibdir.
Prosesin irəli getməsi üçün nazirlər yardım qrupundan
aşağıdakı sahələrdə tədqiqatlar aparmaq üçün seminarları qaydaya
salmağı xahiş etdilər:
- akkreditasiya və keyfiyyətin təmin edilməsinə aid sahədə
əməkdaşlıq;
- tədrisin nəticələrinin tanınması və Boloniya prosesində
kreditlərdən istifadə edilməsi;
- birgə dərəcələrin inkişaf etdirilməsi;
- mobilliyə olan maneələrə xüsusi diqqət yetirməklə sosial
məsələlər, həmçinin Boloniya prosesinin genişləndiril-
məsi, ömür boyu təhsil və təhsil alanların müzakirələrə
cəlb olunması.
Dostları ilə paylaş: |