90
həyata keçirməsi üçün onun kifayət qədər hüquqi və maliyyə
müstəqilliyinə malik olmasının vacibliyi vurğulanır. Bir sözlə,
ideal olaraq ali təhsil müəssisələri lazım olan maliyyə və digər
təminatlarını alaraq, tədrisin keyfiyyəti, proqramların məzmunu,
daxili idarəçilik və sair məsələlərdə tam sərbəstlik əldə edir.
Şübhəsiz, totalitar sovet rejimindən çıxmış ölkələrdə bu işləri qısa
müddətdə həll etmək mümkün deyildir, bunun üçün müəyyən
zaman tələb olunur. Lakin onu da unutmaq olmaz ki, bu
məsələlərin obyektiv səbəbdən də olsa, ləngiməsi çox böyük zərər
verə bilər.
Đlk baxışda ali təhsil müəssisələrinin müstəqilləşməsi, fərdi
tədris proqramlarına üstünlük verilməsi ilə onların vahid ali təhsil
məkanında bir araya gəlməsi, ümumi standartların qəbul edilməsi
arasında ziddiyyətin olduğu müşahidə oluna bilər. Əslində isə
sərbəstlik bu ümumi məkan çərçivəsində onların sərbəstliyi
tədrisin təşkilinə, proqramlara, idarəetmə formalarına daha
yaradıcı yanaşaraq ümumi məkana daha optimal təkliflərlə
çıxmaq, trəcrübələrlə bölüşmək imkanı verir.
Təhsil proqramının modul prinsipi əsasında qurulması yalnız
Boloniya prosesi ilə bağlı deyildir. Lakin onun əhəmiyyəti bu
prosesdə ali təhsil müəssisələrinin tədrisin məzmununun
müəyyənləşdirilməsində muxtar hüquqlarının, təhsilin fərdiləş-
dirilməsi nəzərə alındığı proqramlarda daha mühüm əhəmiyyət
kəsb etməyə başladı. Modul proqram tərkibində müəyyən
qarşılıqlı əlaqəyə malik fənlər bloku nəzərdə tutulur və proqramın
ümumi strukturunda məntiqi alt struktur kimi qiymətləndirilə
bilər. Təhsil modulunun müstəqilliyi onun nisbi qapalılığı ilə
müəyyən olunur.
Boloniya
prosesində
diqqət
mərkəzinə
gətirilmiş
məsələlərdən biri də ali təhsilin əhalinin bütün kateqoriyaları,
xüsusən maddi cəhətdən imkansız hissəsinin əhatə olunması
məsələsidir. Ali təhsil müəssisələri təkcə tədris prosesi ilə
məşğul olmur, onların gördüyü iş cəmiyyətin bütün cəhətlərinə
təsir edir və onun yaşamasında, təkamülündə, onun yüksək ziyalı
91
kadrlarının yetişdirilməsində əvəzsiz rol oynayır. Buna görə də
cəmiyyət bütün təbəqələri üçün ali təhsilin əlyetən olması
Boloniya prosesinin normativ sənədlərində öz əksini tapmışdır.
Bunun üçün hər bir dövlətin beynəlxalq donor təşkilatlarının
imkanlarından istifadə edilməsi aktual bir problem kimi dəfələrlə
müzakirə olunmuşdur.
Boloniya prosesinin idarə sistemi
Boloniya prosesinin bütün məsələlər üzrə qərar qəbul edən
ali orqanı ayda bir dəfə yığılan iştirakçı ölkələrin təhsil
nazirlərinin müşavirəsidir. Nazirlərin Müşavirələr arasında
Boloniya prosesinin rəhbər orqanı Boloniya işçi qrupudur
(Bologna Follow Group). Hər ölkədən 2-3 nümayəndənin daxil
olduğu, adətən biri müvafiq nazilikdən, biri isə akademik
birlikdən. Boloniya işçi qrupuna sədrliyi Avropa Đttifaqına sədrlik
edən ölkənin nümayəndəsi edir. Işçi qrupu Boloniya prosesi
problemləri üzrə beynəlxalq tematik seminarlarının qrafikini
təsdiq edir, nazirlərin növbəti seminarı üçün materialları toplayır,
iştirakçı dövlətlərin müşavirədən qabaq məruzələrini müzakirə
edir və s.
Boloniya qrupunun üzvlərindən - sədrdən, vitse sədrdən və
növbəti müşavirənin keçiriləcəyi ölkənin nümayəndəsindən və bir
sıra digər nünayədələrdən ibarət Şura (Board) seçilir. Bundan
əlavə olaraq yaradılmış katiblik Qrupun və Şuranın işini texniki
cəhətdən təşkil edir.
92
SƏNƏDLƏR
UNĐVERSĐTETLƏRĐN ÜMUMĐ XARTĐYASI
(Boloniya şəhəri, Đtaliya, 18 sentyabr 1998-ci il)
Preambula
Avropanın ən qədim universitetinin doqquzyüzilliyi ilə
əlaqədar Boloniyada toplaşmış Avropa universitetlərinin aşağıda
imza etmiş rektorları Birlik ölkələri arasında sərhədlərin qəti
olaraq ləğv edilməsindən dörd il əvvəl bütün Avropa xalqları
arasında geniş əməkdaşlığın perspektivlərini nəzərə alaraq və
hesab edərək ki, xalqlar və dövlətlər universitetlərin bu dəyişən və
internasionallaşan cəmiyyətdə oynamalı olduğu rolu həmişə
olduğundan daha yaxşı başa düşməlidirlər, öz əminliklərini ifadə
edirlər ki:
1) Üçüncü minilliyin astanasında bəşəriyyətin gələcəyi çox
dərəcədə mədəni və elmi-texniki inkişafdan asılıdır, hansı ki,
bilik, tədqiqat və mədəniyyət mərkəzləri olan universitetlərdə
gedir.
2) universitetlərin qarşısında duran yeni nəsillər arasında
biliklər yaymaq vəzifəsi o deməkdir ki, bugünkü dünyada onlar
bütün cəmiyyətə xidmət etməlidirlər, hansının ki mədəni, sosial və
iqtisadi gələcəyi təhsil sisteminə də ciddi investisiyalar tələb
edir.
3) universitetlər gələcək nəsilləri elə təhsil və tərbiyə ilə
təmin etməlidirlər ki, onlar ətraf aləmin və həyatın özünün böyük
harmoniyasına hörmətlə yanaşmağı öyrənsinlər.
Avropa universitetlərinin imza etmiş rektorları bütün
dövlətlər və xalqlar qarşısında bundan sonra və həmişə univer-
sitetlərin əldə rəhbər tutmalı olduqları əsas prinsipləri bəyan edir.
Əsas prinsiplər
1. Universitet muxtar institutdur ki, o coğrafi və tarixi
şəraitin müxtəlifliyi səbəbindən fərqli təşkil olunmuş cəmiy-
yətlərin daxilində fəaliyyət göstərir və tədqiqat və tədris yolu ilə
Dostları ilə paylaş: |