87
Elmi tədqiqatlar Boloniya prosesi şəraitində
Tarix boyu ali təhsil müəssisələrində tədrisin bilavasitə elmi
tədqiqatlarla vəhdəti hamı tərəfindən şərtsiz qəbul edilən bir
reallıq olmuşdur. Yalnız müəyyən olunmuş bilik və bacarıqlar
toplusunu şagirdlərə öyrətməklə məşğul olan orta məktəblərdən
fərqli olaraq ali təhsilin vəzifələrindən biri də tələbələrə elmi
tədqiqat vərdişlərinin aşılanması və onlarda elmi təfəkkürün
formalaşmasına nail olmaqdır. Digər tərəfdən isə ali təhsil
müəssisələri, xüsusən, kafedralar, laboratoriyalar və digər elmi
strukturlar cəmiyyətin elmi potensialını özündə cəmləşdirən və
ona istiqamət verən mərkəzlər olmuşlar. Buna görə də, Avropa ali
təhsil sistemində əsaslı dəyişiklikləri nəzərdə tutan Boloniya
prosesinin elmə, onun daşıyıcıları olan strukturların bu prosesdə
oynadığı rola təsiri mühüm əhəmiyyətə malikdir. Boloniya
prosesinə qoşulan hər bir ölkəni də maraqlandıran və narahat edən
sualların xeyli hissəsi bu məsələlərlə bağlı olmuşdur. Xüsusən də,
postsovet məkanına daxil olan ölkələrdə elm bölməsinin fərqli
struktura malik olması ümumi standartların qəbul edilməsi anında
çoxsaylı suallar doğurması təbiidir.
Məsələ bundadır ki, ümumilikdə ali təhsilin özü harada
olmasından asılı olmayaraq tədrisin yüksək elmi səviyyədə
olmasını tələb edir. Elmi təminatın təşkili isə bir birindən fərqlənə
bilər. Boloniya prosesi müəllimlərin seçilməsi, fənlərin seçilməsi,
tədrisin keyfiyyətinin müəyyənləşdirilməsi məsələlərini rəqabət
zəmininə qoyduğundan yeni sistem nəinki elmi cəhətin
azalmasına təhlükə yaratmır, əksinə, onun daha da gücləndirilməsi
üçün şərait yaradır. Digər tərəfdən tələbələrin mobilliyi ilə yanaşı
müəllim və tədqiqatçıların sərbəst hərəkətinin təmin edilməsi və
onun stimullaşdırılması vahid elmi-tədqiqat məkanının formalaş-
masına, onun çərçivəsində informasiya və təcrübə mübadiləsinin
intensivləşdirilməsi
bu
sahədə
geniş
perspektivlər
açır.
Azərbaycanda, eləcə də digər postsovet ölkələrində ali təhsildə
elmi təminatın kafedralar tərəfindən həyata keçirilməsi formal
cəhətdən çətinlik yaratmır. Əsas diqqət isə elmi tədqiqatların
88
keyfiyyətinin yüksəldilməsi, onun praktik məhsuldarlığının
artırılmasına yönəldilməlidir.
Boloniya prosesinin çərçivəsində mobilliyin təmin edilməsi,
tələbələrin seçim hüququnun
genişlənməsi, elmi-pedaqoji
kadrların rəqabət mühitinin formalaşdırılması ümumilikdə elmin
inkişafını stimullaşdıran amillərdir. Eyni zamanda keyfiyyətin
yüksəldilməsinə xüsusi diqqətin yetirilməsi və onun təmin
edilməsi mexanizmlərinin işlənib hazırlanması bu prosesdə elmin,
alimlərin əhəmiyyətini artırmaqla yanaşı onun məsuliyyətini də
artırır. Təsadüfi deyildir ki, elm və alimlərin əsasən
universitetlərdə cəmləşdiyi Avropada Boloniya prosesinin özünün
təkamülü təhsil məkanını təhsil və tədqiqat məkanına çevirmək
ideyasının formalaşmasına gətirib çıxardı.
Təhsilin obyekti və subyekti problemi
Yuxarıda qeyd olunduğu kimi Avropada ali təhsil sistemində
Boloniya
prosesi
çərçivəsində
aparılan
islahatlar
tələbə
kontingentinin tutduğu yerə, oynadığı rola əhəmiyyətli dərəcədə
təsir etmişdir. Bu sahədə görülən işlər hər şeydən öncə tələbənin
hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. Bu anda tələbə
təhsil prosesinin obyekti kimi çıxış edir. Lakin onun daha aktiv
elementə çevrilməsi prosesi uzun bir tarixə malikdir və müasir
dövrdə onlar təhsilin ən aktiv subyektlərindən biri olduqlarını
günbəgün daha çox sübut edirlər. Hamı üçün artıq aydındır ki,
tələbələrin aktiv mövqeyi və iştirakı olmadan bu sahədə heç bir
ciddi islahatdan söhbət gedə bilməz. Bu reallıq tədricən ölkələrin
təhsil qanunvericiliyində də öz əksini tapmaqdadır. Təsadüfi
deyildir ki, təhsili müasir dövrün tələbləri səviyyəsinə qaldırmaq
məqsədinə yönəlmiş Boloniya prosesində də tələbə amilinin
gücləndirilməsi bütün qəbul edilən qərarlarda öz əksini
tapmaqdadır. Bu prosesin vacib komponenti kimi tələbə mobil-
liyinin ön plana çəkilməsi, ixtisasların formalaşdırılması üçün
fənlərin və onu tədris edən müəllimlərin seçilməsində tələbənin
fikrinin əsas amillərdən biri kimi qəbul edilməsi, hər bir digər
89
məsələlərdə tələbənin istəklərinin nəzərə alınması və s. müəllim
yönümlü ali məktəbdən tələbə yönümlü ali məktəbə keçidin
göstəricisi kimi dəyərləndirilməlidir. Xüsusən, onların ali
məktəblərin Elmi Şuralarında təmsil olunması, tədrisin keyfiy-
yətinin və hər bir müəllimlərin fərdi keyfiyyətlərinin qiymətlən-
dirilməsində tələbələrin rəyinin əsas kimi götürülməsi bu istiqa-
mətdə gedən tendensiyanı nümayiş etdirir. Prosesə qoşulmuş hər
bir ölkənin təhsilə məsul olan orqanları nəzərə almalıdırlar ki, bu
istiqamətdə görülən işlərin taleyi həm də tələbələrin və
müəllimlərin onların dərindən dərk edilməsindən və aktiv şəkildə
onu dəstəkləməsindən asılıdır.
Tələbələrin Boloniya prosesinin uğurlarında maraqlı
olmaları özünü onda da göstərir ki, Avropada ona dəstək verən
tələbə təşkilatları təşəkkül tapmaqda və güclənməkdədir. Hətta
onların bütün Avropanı əhatə edən ittifaqları da fəaliyyət göstərir.
«Avropa tələbələrinin Milli Đttifaqı» (ESĐB) bu gün 37 ölkənin 50-
dən çox milli tələbə təşkilatını özündə birləşdirir və Boloniya
prosesi üzrə keçirilən görüşlərdə, mühüm sənədlərin qəbul
edilməsində aktiv iştirak edirlər. Boloniya prosesinin üzvü olan
Azərbaycanda da tələbələrin bu məqsəd ətrafında təşkilatlanması
qarşıda duran vacib məsələlərdən biridir.
Ali təhsil müəssisəsinin müstəqilliyi və muxtariyyəti
Ali təhsil müəssisəsinin müstəqilliyi onun muxtar hüquqlara
malik olması ideyasında öz əksini tapmışdır. Muxtariyyət ali təhsil
müəssisəsinin bir sıra başlıca problemlərin həllində sərbəst
olmasını nəzərdə tutur. Boloniya prosesində bu məsələyə xüsusi
diqqət ayrılır. Belə ki, onlar bu prosesin başlıca subyektləri olaraq
sərbəst qərar çıxarmaq səlahiyyəti olmadan üzərilərinə düşən
vəzifələri yerinə yetirmək imkanından məhrum olardılar. Düzdür,
bu sərbəstliyi hüdudsuz hesab etmək də düzgün deyildir. Buna
görə də onun çərçivələri hər bir ölkənin qanunvericiliyi ilə
müəyyənləşdirilir
və
tənzimlənir.
Boloniyanın
normativ
sənədlərində də ali təhsil müəssisələrinin öz funksiyalarını uğurla
Dostları ilə paylaş: |