84
təsəvvür etmək çətin deyildir. Ölkələrin ictimai-iqtisadi inkişaf
səviyyəsində olan müxtəliflik, onlarda mövcud olan çoxsaylı
obyektiv və subyektiv səbəbdən irəli gələn problemlər,
qanunvericilikdə olan fərqlər təhsilin keyfiyyətinə mənfi təsir
göstərən amillərdir. Ümumi sənədə imza ataraq ümumi ali təhsil
məkanına qoşulmağı bəyan etmək azdır və bu işin yalnız
başlanğıcıdır. Đnkişaf etmiş bir ölkənin və ya ölkələr qrupunun ali
təhsil müəssisələri ilə əməkdaşlıq etmək, onlarla eyni hüquqa
malik olaraq birgə proqram çərçivəsində fəaliyyət göstərmək üçün
keyfiyyət göstəricilərinə görə ən azı ona yaxın bir vəziyyətdə
olmaq lazımdır. Ali təhsilində fərqli keyfiyyət səviyyəsinə malik
olan ölkələr arasında, şübhəsiz bərabər səviyyəli tələbə
mobilliyindən, birgə proqramların həyata keçirilməsindən söhbət
gedə bilməz.
Avropanın özündə də öz sambalına, maddi texniki imkan-
larına, elmi potensialına görə zəif olan ali təhsil müəssisələri də az
deyildir. Əslində Boloniya prosesinin hədəflərindən biri də həmin
ali məktəblərə kömək edərək müvafiq yüksək səviyyəyə
qaldırmaqdır. Tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi
, onların birgə proqramlara cəlb edilməsi güclü bir vasitə kimi
istifadə olunur. Lakin bu məsələdə də keyfiyyət meyarlarının və
standartlarının
müəyyən
edilməsi,
keyfiyyətə
nəzarət
mexanizmlərinin işlənib hazırlanması aktual problem olaraq
qalmaqdadır. Bu mənada müxtəlif variantlar irəli sürülür və birgə
iclaslarda müzakirə edilir. Onlardan bir neçəsinin üzərində
dayanmaq məqsədəuyğun olardı. Mövcud variantlardan birində
dövlətin təhsilə məsul olan orqanlarına keyfiyyətə nəzarət etmək
səlahiyyətləri verilməsidir. Bir sıra ölkələrin təhsil nazirliyi
nəzdində bu işlərə nəzarət edən attestasiya qurumları fəaliyyət
göstərir. Lakin Avropada bu formanın tərəfdarları o qədər də çox
deyildir. Çünki bu cür nəzarətin ali təhsil müəssisələrinin
müstəqilliyinə təhlükə olduğu güman edilir.
Digər bir varianta görə keyfiyyətə nəzarət funksiyasının
xüsusi
ictimai
təşkilatlara
–
müvafiq
sahənin
peşəkar
85
mütəxəssislərindən təşkil edilmiş agentliklər, şuralar, assosiasi-
yalara verilməsi təklif olunur. Bəziləri isə bu işin dövlət orqanları
ilə ictimai təşkilatların birgə nəzarətinə verilməsini təklif edirlər.
Hər bir halda bütün ideyalar onun üzərində cəmləşir ki, son
məqsəd
keyfiyyətin
səviyyəsinə
olan
mövcud
tələbatın
ödənilməsinə yönəlməlidir. Bu məqsədə yönəlmiş fəaliyyət son
nəticəni gözləməməli, təhsilin bütün mərhələlərində keyfiyyətə
nəzarətin təmin olunmasına nail olmalıdır.
Keyfiyyətə nəzarətin təmin edilməsinin dəyərli mexanizm-
lərindən biri də daxili və xarici qiymətləndirmənin tətbiq
edilməsidir. Belə ki, ali təhsil müəssisələrinin fəaliyyətini təkcə
kənardan qiymətləndirməklə keyfiyyət problemini tam həll etmək
olmaz, bunun üçün hər bir ali təhsil müəssisəsini özünün öz
fəaliyyətinin keyfiyyətinə qiymət verməsi və bu iki qiymətlən-
dirmənin əlaqələndirilməsi nəzarət və idarəetmə mexanizmlərinin
daha effektli nəticələr əldə etməsinə kömək edir.
Keyfiyyətə nəzarət zamanı proqramların məzmunu və onun
necə həyata keçirilməsinə, məzunların fərdi hazırlıq səviyyəsinə.
Onların işlə təmin edilməsindəki nailiyyətlərinə diqqət yetirilməsi
əhəmiyyətlidir. Bütün bu məsələlər YUNESKO-nun 1995-ci ildə
qəbul etdiyi “Ali təhsilin islahatı və onun inkişafı” sənədində öz
əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Avropada bir sıra
qurumlar yaranmışdır ki, onlar ali təhsildə keyfiyyətin yüksəldil-
məsi işində Boloniya prosesi qurumları ilə əməkdaşlıq edirlər.
Onlardan ali təhsildə keyfiyyətin təmin edilməsinin Avropa
şəbəkəsini (ENQA) xüsusi göstərmək lazımdır. Bu şəbəkəyə
Avropa ölkələrində müxtəlif sahələr üzrə ali təhsilin keyfiyyətini
qiymətləndirməklə məşğul olan 42 agentlik (assosiasiya) daxildir.
Ali təhsil sahəsində keyfiyyətin təmin edilməsində akkredi-
tasiya proseduralarının xüsusi yeri vardır. Akkreditasiya səlahiy-
yətli orqan tərəfindən ali təhsil müəssisəsində tədris edilən
proqram üzrə hazırlığın tələb olunan keyfiyyət səviyyəsinə
uyğunluğunun təsdiq edilməsidir.
86
Rəsmi sənədlərin qarşılıqlı tanınma məsələləri
Boloniya prosesində vacib məqamlardan biri vahid məkana
daxil olan ölkələrin və onların ali təhsil müəssisələrinin qarşılıqlı
şəkildə ali təhsil ixtisaslarının, dərəcələrinin və tədris dövr və
mərhələlərinin, digər vacib sənədlərin tanınmasıdır. Məsələ
bundadır ki, bu məsələ Boloniya prosesinin tələbi kimi üzə
çıxmamışdır. Tanınmaya ehtiyac ictimai-iqtisadi inteqrasiyası
prosesinin gedişində və onun inkişaf qanunauyğunluqlarının
diktəsi ilə hələ xeyli əvvəllər mövcud olmuş və müxtəlif
beynəlxalq görüşlərin və müqavilələrin predmeti olmuşdur.
Təsadüfi deyildir ki, Boloniya prosesinin vacib sənədlərindən biri
olan və ali təhsil ixtisaslarının, dərəcələrinin və digər mühüm
sənədlərin Avropa dövlətlərinin və onların ali təhsil müəssisələri
tərəfindən tanınması haqqında Lissabon konvensiyası Boloniya
Deklarasiyasının qəbul edilməsindən bir il əvvəl – 1998-ci ildə 43
Avropa dövləti tərəfindən qəbul edilmişdi. Lakin ilk vaxtlar
Lissabon konvensiyasının ali təhsil sənədlərinin qarşılıqlı şəkildə
tanınması çərçivə sənədi olaraq yalnız tövsiyə xarakteri
daşıyırdısa, Boloniya prosesinin başlaması ilə onun digər
normativ sənədlərlə dəstəklənməsi onu gücləndirdi. Xüsusilə
2002-ci ildə Lissabonda Boloniya prosesi çərçivəsində keçirilən
seminarda qəbul edilmiş bir sıra tövsiyələr daha sanballı gücə və
təsirə malik idi. Lakin bu sahədə nə qədər irəliləyiş əldə edilsə də,
təcrübədə onun problemləri kəskin məsələlərdən biri kimi
qalmaqda davam edir. Bu problemlərin həlli üçün uzun müddətli
əməkdaşlığın dərinləşməsi vacibdir və onlar tədricən həll oluna
bilər. Vahid ali təhsil məkanına daxil olan Avropa ali təhsil
müəssisələrinin ali təhsil ixtisasları və sənədlərinin qarşılıqlı
olaraq tanımaları məqamında qarşıya çıxan problemlər əsasən
keyfiyyət səviyyələrinin, tədris müddətlərini və mərhələlərinin,
proqramların
və
bir
sözlə,
təhsilə
aid
standartların
müxtəlifliyindən irəli gəlir.
Dostları ilə paylaş: |