72
əvvəl köhnəlmiş Sovet təhsil standartlarından azad olmağa və yeni
dəyərlər əsasında onu yenidən qurmağa çalışan Azərbaycanda bu
istiqamətdə
işlər
görülürdü.
2005-ci
ildən
xeyli
əvvəl
Azərbaycanda ali təhsilin bakalavr və magistr hazırlanması
pillələrinin qəbul edilməsi, bir sıra dövlət və özəl universitetlərdə
təhsilin Qərb standartları əsasında qurulması buna sübutdur. 2005-
ci ildə isə Azərbaycan Respublikasının rəsmi olaraq Boloniya
prosesinə qoşulması ölkənin bütün ali təhsil müəssisələrinin
tədricən Boloniya standartları əsasında qurulmasına götürülmüş
xəttin qətiləşdirilməsi idi.
Özlərinin ali təhsil sistemlərində islahatlar keçirərək Avropa
dövlətləri müvafiq addımlar atanda ilk növbədə öz maraqlarından
çıxış edir. Bu prosesə qoşulan hər bir dövlət, xüsusən də
ümumavropa məkanından kənarda olan və bu məkana can atan
postsovet ölkəsi bilməlidir ki, özünün imkanlarından, inkişaf
səviyyəsindən asılı olaraq orada müxtəlif rollarda təmsil oluna
bilərlər. Bu prosesin tam hüquqlu iştirakçısına və ya təsir
obyektinə çevrilmək olar. Bunun üçün ölkənin ali məktəblərinin
səviyyəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin gücləndirilməsi
istiqamətində köklü dəyişikliklərin edilməsi, onların maddi-
texniki bazasının tam təmin edilməsi tələb olunur. Ən başlıca
tələb isə tədrisin və aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin,
uyğun olaraq, hazırlanan mütəxəssislərin peşəkarlıq səviyyəsinin
Avropa standartları səviyyəsinə qaldırılmasıdır. Yalnız bundan
sonra standartları yüksək olan ümumavropa ali təhsil məkanına
tam dəyərli qoşulmaqdan söhbət gedə bilər. Əks halda ölkə bu
sahədə həmin məkanın periferiyasına çevrilmək, daim geridə
qalmaq təhlükəsi ilə üzləşə bilər. Azərbaycan Boloniya prosesinə
qoşulması ilə belə ağır vəzifələrin öhdəsindən çox qısa müddətdə
gəlmək zərurəti qarşısındadır. Eyni zamanda bizim başqa çıxış
yolumuz da yoxdur. Belə ki günbəgün ictimai həyatın bütün
sahələrində özünü daha aşkar şəkildə büruzə verən qloballaşma
prosesi bütün dünyanı vahid rəqabət meydanına çevirməkdədir.
Bu meydanda hər bir dövlət öz imkanları, inkişaf səviyyəsi,
73
yeniləşmək əzminin yüksəkliyi, öz maraqlarını qoruya bilmək
qabiliyyətinə uyğun təmsil olunurlar. Həmin keyfiyyətlərin təmin
edilməsi üçün birinci növbədə bu problemlərin ciddiliyinin
cəmiyyət tərəfindən dərk olunması, onun gücünün birləşdirilərək
məqsədyönlü şəkildə istiqamətlənməsi lazımdır.
Avropada Boloniya prosesi çərçivəsində aparılan
islahatların məqsədləri
Avropada Boloniya prosesi təsadüfən ortalığa çıxmış bir
ideya deyildir və obyektiv tarixi inkişafın diktəsi ilə şərtlənmiş bir
reallıqdır. Buna görə də onun məqsədlərindən danışarkən həmin
obyektiv reallıqdan çıxış etmək zəruridir. Deklarasiyanın özündə
prosesin taktiki məqsədləri öz əksini tapmışdır. Məqsədlər sırasına
daxil olan məsələlər aşağıdakılardır:
Avropa vətəndaşlarının işə düzəlmək imkanı ilə təmin
edilməsi və Avropa ali təhsil sisteminin beynəlxalq rəqabət
qabiliyyətinin artırılması üçün asan başa düşülən və müqayisə
edilə bilən dərəcələr sisteminin qəbul edilməsi, habelə diploma
Əlavənin tətbiq edilməsi.
Đki əsas mərhələ - dərəcəyəqədərki və dərəcədənsonrakı -
əsaslanan sistemin qəbul edilməsi. Đkinci mərhələyə keçmək üçün
tədrisin üç ildən az olmayaraq davam edən birinci mərhələnin
müvəffəqiyyətlə başa vurulması tələb olunur. Birinci mərhələdən
sonra verilən dərəcəyə müvafiq səviyyəli ixtisas kimi Avropa
əmək bazarında tələbat olmalıdır. Đkinci mərhələ Avropa
ölkələrinin çoxunda qəbul olunduğu kimi magistr və ya doktor
dərəcəsinin alınmasına gətirib çıxarmalıdır.
Tələbələrin geniş miqyaslı mobilliyini təmin edən vasitə
kimi dərslərin tutumluğunun ölçülməsinin Avropa sisteminin -
AKTS tipli kredit sisteminin tətbiqi. Kreditlər ali olmayan təhsil, o
cümlədən ömür boyu təhsil çərçivəsində də alına bilər, o şərtlə ki,
qəbul edən maraqlı olan universitetlər onunla razılaşsınlar
Aşağıdakılara diqqət yetirməklə sərbəst yerdəyişmənin
səmərəli şəkildə həyata keçirilməsinə mane olan əngəllərin aradan
74
qaldırılması yolu ilə mobilliyə kömək etmək: tələbələrin təhsil
almağa və praktik hazırlığa, habelə uyğun xidmətlərdən istifadə
imkanına malik olmaları təmin edilməlidir. Müəllimlərə,
tədqiqatçılara və inzibati heyətinə Avropa regionunda aparılan
tədqiqatların, dərslərin və stajirovkasının vaxtının qanunla
müəyyən edilmiş hüquqlarını pozmadan hesaba alınması təmin
edilməlidir
Təhsilin keyfiyyətinin təmin edilməsi məqsədi ilə
müqayisə oluna bilən meyar və metodologiyasının hazırlanması
işində Avropa əməkdaşlığına kömək etmək.
Ali təhsildə, xüsusilə tədris planlarının, institutlararası
əməkdaşlığın, mobillik sxemlərinin, birgə tədris proqramlarının,
praktik hazırlığın və elmi-tədqiqatların aparılmasının inkişaf
etdirilməsi məsələlərində zəruri Avropa baxışlarına dəstək
vermək.
Boloniya prosesinin Azərbaycanda tətbiqinin ən böyük
problemlərindən biri onun mahiyyətinin axıra kimi dərk edilməsi,
mahiyyətinin aşkarlanması, məqsəd və vəzifələrinə aydınlıq
gətirilməsində olan çatışmazlıqlarla bağlıdır. Buna görə də onların
hər biri üzərində dayanmaq və bu sahədə olan boşluqları aradan
qaldırmaq lazımdır. Hər şeydən öncə diqqəti Boloniya prosesinin
əhatə etdiyi məsələlərə yönəltmək istərdik.
Boloniya prosesi Avropada ali təhsili müasir dövrün
tələbləri səviyyəsinə qaldırmaq, onu dövrün mürəkkəb sosial-
iqtisadi, siyasi, mədəni və digər problemlərinin həllində öz
funksiyalarını yerinə yetirə bilmək qabiliyyətini təmin etmək üçün
onu yeniləşdirmək, ən başlıcası isə bu işlərdə Avropa potensialını
səfərbər edərək bütün ölkələrin imkanlarından tam istifadə etmək
məqsədi daşıyır. Digər tərəfdən bu sahədə Avropa ali təhsilinin
dünya miqyasında rəqabət qabiliyyətini artırmaq və cəzbedici-
liyini artıraraq Avropanın hegemonluğunu təmin etmək məqsədi
güdür. Buna istinadən demək lazımdır ki, Boloniya prosesi
Avropa ali təhsil sistemini əhatə edən və yalnız bu sahənin
çərçivəsində məhdudlaşan tədbirlər toplusu deyildir, o Avropanın
Dostları ilə paylaş: |