69
məktəblərini öz güclərini birləşdirmək üçün yaxınlaşmağa,
bütövləşməyə məcbur edirdi. Əgər XX əsrin 50-70-ci illərində ali
təhsil sahəsində yaxınlaşma prosesi o qədər də gözə çarpmırdısa,
artıq 80-90-cı illərdə onun konkret cizgiləri və əlamətləri açıq-
aşkar üzə çıxır. Đlk əvvəl universitetlər arasında əməkdaşlığın
artırılması, onların ölkələrin hakimiyyətlərindən nisbi sərbəstliyini
təmin edən muxtariyyət tələblərinin qoyulması, öyrədənlərin və
öyrənənlərin ölkələr arasında sərbəst hərəkətinin təmin edilməsi
kimi məsələlər qaldırılır və çoxsaylı görüşlərdə razılaşdırıldı.
1980-ci illərdə üzə çıxan “Erasmus” və ”Sokrates”
proqramları bu ehtiyacları qismən təmin edirdi. Lakin bütün
bunlar kifayət deyildi. Buna görə də daha ciddi addımların
atılması vacib idi. 1988-ci ildə Boloniyada Avropanın ən qədim
universitetinin 900 illik yubileyində “Boloniya xartiyası”-nın
qəbul edilməsi bu işin rəsmiləşdirilməsindən xəbər verirdi. 1999-
cu ilin 19 iyununda 29 Avropa dövlətinin nümayəndəsinin
Boloniya deklarasiyasını imzalanması ilə bu proses rəsmi olaraq
başlandı. O, öz adını da imzalandığı yerin adından götürərək
“Boloniya prosesi” adlanmağa başladı.
Başlanğıcda 29 Avropa dövlətinin qoşulduğu bu prosesin
üzvlərinin sayı ilbəil artır. 2005-ci ildə Norveçdə Bergen
toplantısında Azərbaycan Respublikası Boloniya prosesinə
qoşulur. O zaman bu prosesə qoşulan dövlətlərin sayı 45-ə çatır.
Üzvlərin sayının artması ümumavropa ali təhsil məkanının
genişlənməsindən xəbər verirdi. Azərbaycanın atdığı bu addım
onu qabaqcıl Avropanın təhsil sistemində tam hüquqlu üzvə
çevirilmək istiqamətində gördüyü işlərin məntiqi davamı idi.
Prosesinin birinci mərhələsinin 2010-cu ildə başa çatacağı
planlaşdırılırdı. Hazırda bu proses yeni fazaya daxil olmuşdur.
Bəzən bu prosesi Avropa Kredit Transfer Sistemi (AKTS) ilə
eyniləşdirirlər ki, bu da düzgün deyildir. Əslində Boloniya prosesi
daha geniş bir anlayışdır və o özündə Avropa Kredit Transfer
Sistemi ilə yanaşı bir sıra məsələləri əhatə edir. Yalnız həmin
məsələlərə kompleks yanaşma yolu ilə onun əsl mahiyyətini dərk
70
etmək, məqsədlərini görmək mümkündür. Boloniya prosesi
özündə bir sıra elementləri birləşdirir.
• Prosesə qoşulan hər bir dövlətin ali məktəbləri tərəfindən
asan və müqayisə edilə bilən kredit sisteminin tətbiq edilməsi;
• Universitetlərin və digər ali təhsil müəssisələrinin sərbəst-
liyini və məsuliyyətini təmin edən muxtariyyət hüquqlarının veril-
məsi;
• Tələbələrin, müəllimlərin və tədqiqatçıların vahid ümum-
avropa təhsil məkanında mobilliyinin təmin edilməsi;
• Bakalavr, magistr və doktorantura pillələrinin daxil olduğu
üç pilləli təhsil sisteminin qəbul edilməsi;
• Ali təhsilin ümumavropa məkanının vahid standartlarının
qəbul edilmədi;
• Yüksək keyfiyyətin təmin edilməsi üçün onu müəyyən
edən vahid mexanizmin işlənib hazırlanması;
• Prosesə qoşulmuş ölkələrdə bütün ali təhsil müəssisələri
və iş verənlər tərəfindən tanınan diploma Avropa əlavəsini qəbul
edilməsi.
• Ömür boyu təhsil və onun hər bir ölkə vətəndaşı üçün
əlyetən olması konsepsiyasının qəbul edilməsi;
• Tələbələrin təhsilin obyektindən subyektinə çevrilməsi
istiqamətində işin aparılması və s.
Nəzərdə tutulan bütün bu işlərin görülməsi günbəgün artan
inkişafı elmi cəhətdən və yüksək səviyyəli kadrlarla təmin etmək-
lə yanaşı, dünya miqyasında Avropa ali təhsilinin rəqabət qabiliy-
yəti təmin etmək və daha da gücləndirmək, yeni-yeni ərazilərdə
Avropa təhsilinin yayılmasına nail olmaq, bütün dünya ölkələrin-
dən Avropa ali məktəblərinə daha çox tələbələr cəlb etmək və
sairə məqsədlərə xidmət edir. Son onilliklərdə dünyanın inkişafı-
nın reallığına çevrilmiş qloballaşma prosesi Avropa məkanında
gedən Boloniya prosesinə təkan verir və onun aktuallığını artırır.
Daim bütövləşməkdə olan dünyanın hər hansı bir nöqtəsində
baş verən hər bir ictimai hadisə və proseslər bütün ölkə və
xalqların həyatına təsir edir. Dünyada formalaşmış vahid ictimai-
71
iqtisadi, siyasi və mədəni məkan bu günün reallığıdır və bütün
bəşəriyyət bu reallıqla hesablaşmalı, bütün sahələrdə bu reallığı
nəzərə almaq zərurəti ilə qarşılaşır. Bununla yanaşı dünya
miqyasında ali təhsil sistemləri arasında rəqabətin güclənməsi
Avropa
ali
təhsil
sisteminin
rəqabət
qabiliyyətinin
və
cəzbediciliyinin gücləndirilməsi tələbini günbəgün daha kəskin
şəkildə qoyurdu. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki,
haqqında danışılan proseslər bütövlükdə dünya miqyasında
gedirdi və Avropa bu ümumi prosesdə ən güclü regionlardan biri
kimi çıxış edərək yeni regionlarda, o cümlədən postsovet
məkanında öz ali təhsil standartları və dəyərlərinin təsdiq
edilməsi, bu regionun təhsil məkanını öz təsir dairəsinə almaq
aktiv mübarizəyə qoşulmuşdur. Buna görə də, nəzərə almaq
lazımdır ki, Avropada Boloniya prosesinin məqsədlərindən biri də
yeni ölkələrdə, o cümlədən Azərbaycanda təsdiq olunmaq, onu öz
məkanına cəlb etməkdir. Lakin qeyd etmək vacibdir ki, Avropa
onun təhsil standartlarının yeni ölkələrdə, o cümlədən
Azərbaycanın da aid olduğu postsovet ölkələrində yayılmasına və
onların Ümumavropa Ali təhsil Zonasına cəlb edilməsində
maraqlı olduğundan daha çox bu ölkələr həmin prosesin daha
uğurla və daha sürətlə getməsində maraqlıdırlar. Belə ki,
qloballaşma prosesinin sürətləndiyi və dərinləşdiyi bir vaxtda
onların daha qabaqcıl və daha mükəmməl bir sistemə daxil olaraq
özlərinin bu sahədəki problemlərini onların ümumi dəstəyi və
təcrübəsi əsasında həll etmək imkanı əldə etməsi şans verir ki,
qloballaşmanın gətirdiyi təhlükələrə daha çox davam gətirmək
imkanı formalaşdırılsın.
XX əsrin axırlarında müstəqillik əldə etmiş yeni dövlətlər
Avropa təhsil məkanının maraq dairəsinə daxil olmuşdur. Köhnə
Sovet təhsil standartlarından uzaqlaşan müstəqil Azərbaycan
Respublikası da Boloniya prosesinə qoşulmaqla bütövlüdə təhsil
sahəsində, konkret olaraq ali təhsil sahəsində öz önəmli
maraqlarını qəti olaraq ortaya qoymuşdur. Lakin Azərbaycanın bu
prosesə meyli 2005-ci ildən başlamamışdır. Hələ ondan xeyli
Dostları ilə paylaş: |