75
ümumdünya miqyasında yeritdiyi qlobal strategiyanın bir
hissəsidir. O özündə çoxşaxəli fəaliyyət və tədbirlər kompleksini
nəzərdə tutur ki, onlar haqqında danışılan ümumi məqsədə xidmət
edir. Boloniya deklarasiyasında regionda vahid ali təhsil
məkanının formalaşdırılması və qoyulan məqsədlərə çatılması
üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Bu vəzifələr birinci növbədə ümumi standartların tətbiqinə aiddir.
Asan başa düşülən və müqayisə oluna bilən ixtisasların, ikipilləli
dərəcə sistemlərinin tətbiqi, tələbənin biliyinin ölçülməsi və tədris
yükünün zəruri həcminin müəyyənləşdirilməsi üçün kreditlərin
tətbiqi, diplomlara Avropa əlavəsinin verilməsi, tələbələrin,
müəllimlərin və tədqiqatçıların mobilliyinə nail olunması, təhsilin
keyfiyyətinin
təmin
edilməsi,
ali
təhsil
müəssisələrinin
muxtariyyətinin qorunması, üçüncü dərəcənin – doktoranturanın
ali təhsil sisteminə daxil edilməsi, ali təhsilə Avropa ölçülərinin
(Avropa dəyərləri) üstünlüyünün təmin edilməsi, Avropa ali
təhsilinin rəqabət qabiliyyətinin və cəzbediciliyinin artırılması, ali
təhsilin sosial rolunun reallaşmasına dönüş, ömür boyu təhsil. Son
illərdə daha çox qaldırılan məsələlərdən biri ümumavropa təhsil
və tədqiqat məkanlarının ayrılmazlığıdır.
Boloniya prosesinə qoşulmuş dövlətlər və beynəlxalq
təşkilatlar
1999-cu
ildə
Boloniya
Bəyannaməsini
29
dövlət
imzalamışdır. Onlar Boyük Britaniya, Almaniya, Đtaliya, Fransa,
Avstriya,
Belçika,
Bolqariya,
Macarıstan,
Yunanıstan,
Danimarka, Đrlandiya, Đslandiya, Đspaniya, Latviya, Litva,
Lüksemburq, Malta, Niderland, Norvegiya, Polşa, Portuqaliya,
Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Çexiya, Đsveçrə,
Đsveç və Estoniyadır.
2001-ci ildə - Cənubi Kipr, Lixtenşteyn, Türkiyə, Xorvatiya;
2003-cü ildə - Albaniya, Andorra, Bosniya və Hersoqovina,
Vatikan, Makedoniya, Rusiya, Serbiya və Çernoqoriya;
76
2005-ci ildə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova,
Ukrayna.
Beynəlxalq təşkilatlar;
• Avropa Komissiyası;
• Avropa Şurası – məşvərətçi üzv;
• Avropa Universitetlər Birliyi– məşvərətçi üzv;
• EURASHE– məşvərətçi üzv;
• ESĐB – Avropa Tələbələri Milli birliyi– məşvərətçi üzv;
• YUNESKO-CEPES– məşvərətçi üzv;
• ENQA– məşvərətçi üzv;
• Edication Đnternational Pan-Europea Strukture– məşvərətçi
üzv;
• UNĐCE– məşvərətçi üzv;
Boloniya prosesinin mərhələləri. Boloniya prosesinin
xronologiyası
Boloniya prosesinin tarixini şərti olaraq iki mərhələyə
bölmək olar. Birinci mərhələ bilavasitə Boloniya deklarasiyasının
qəbul edilməsinə qədərki dövrü əhatə edir. Hələ ötən əsrin 80-ci
illərində vahid ümumavropa ali təhsil məkanının yaranmasına
olan ehtiyac sosial-iqtisadi inkişafın məntiqindən irəli gələrək
daha çox hiss olunmağa başlayır. Bunun nəticəsi olaraq, bu
ehtiyacı qismən ödəyə bilən ayrı-ayrı proqramlar həyata
keçirilməyə başlayır. 1980-ci illərdə fəaliyyətə başlamış
“Erasmus” və “Sokratesd” tipli proqramlar zamanın tələbindən
meydana çıxmış, lakin gördüyü işdən daha çox problemin
aktuallığını nümayiş etdirən reallıqlar idi.
1986-cı ildə Boloniya Universiteti öz 900 illik yubileyinə
hazırlaşarkən Universitetlərin Böyük Xartiyasını qəbul etməyi
təklif edir və bu ideya Avropa universitetləri tərəfindən ruh
yüksəkliyi ilə qarşılanır. Nəhayət 1988-ci ildə bu Magna Charta
Universitarum adlanan bu sənəd 80 ali məktəb rektoru tərəfindən
77
imzalanır. Bu sənəddə universitet təhsilinin başlıca dəyərləri
vurğulanır və onlar arasında sıx əlaqələrin vacibliyi qeyd olunur.
Universitetlərin
Böyük
Xartiyasından
Boloniya
Bəyannaməsinin imzalanmasına qədərki dövrü böyük axtarışlar və
dəqiqləşdirmələr dövrü kimi qiymətləndirmək olar. Bu dövrdə bir-
birinin ardınca keçirdilən görüşlər və qəbul olunmuş sənədlər
Boloniya prosesinin mükəmməl bir proqram kimi yetişdirilməsinə
xidmət etmişdir.
1998-ci ildə Paris görüşündə imzalanmış “Avropa ali təhsil
sisteminin arxitekturasının hormonizasiyası haqqında” Sorbon
Bəyannaməsi Avropa ali təhsil Zonasının yaradılması
strategiyasını hərtərəfli əsaslandırdı və hazırlıq işlərinin
sürətlənməsinə təkan verdi. Hazırlıq mərhələsinin zirvəsi 1999-cu
ildə Boloniya şəhərində 30 Avropa dövlətinin təhsilə məsul olan
nazirinin Boloniya Bəyannaməsinin imzalanması oldu. Bu sənəd
həmin vaxta qədər görülmüş işləri yekunlaşdıraraq vahid Avropa
ali təhsil Zonası yaradılmasını təsdiq edərək prosesə yeni impuls
vermiş oldu. Bəyannamədə prosesin məqsədləri, gözləntiləri,
başlıca prinsipləri və digər vacib məqamlar öz əksini tapdı.
Bəyannamənin 1999-cu ildə qəbulundan sonra vaxtaşırı
keçirilən görüşlər və onlarda qəbul edilmiş qərarlar prosesin
gedişində
maneələri
aradan
qaldırmağa,
strateji
planda
dəyişikliklər və düzəlişlər etməyə, Avropa ali təhsil Zonasına yeni
üzvlər qəbul etməklə onun əhatə dairəsini və təsirini artırmağa
xidmət etmişdir.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Boloniya
prosesi Avropada asanlıqla gedən və heç bir problemi olmayan bir
proses deyildir, o davam etdikcə dəqiqləşdirilir, mübahisəli,
ziddiyyətli məqamlar işin gedişində aradan qaldırılır, hətta əsalı
dəyişikliklər də edilir. Məsələn, prosesin əvvəllərində iki dərəcəli
ali təhsil sisteminin qurulması məqbul sayılırdısa, sonradan
dəqiqləşdirmələr və müzakirələr nəticəsində üçpilləli ali təhsilin
tətbiq edilməsi qərara alınmışdır. Bu faktı diqqətə çatdıraraq onu
qeyd etmək istərdik ki, Avropanın özündə boloniya prosesi
Dostları ilə paylaş: |