78
kifayət qədər maneə və çətinliklərlə üzləşir və onların aradan
qaldırılması istiqamətində fasiləsiz iş gedir. Onun əsasən 2010-cu
ildə başa çatdırılması planlaşdırılır.
Boloniya posesinə aid olan sənədələrin qəbulu
1987-ci il – Erasmus proqramının qəbulu;
1988-ci il – Boloniya Magna Charta Universitatum –un
qəbulu.
1995-1999 –cu illər - Soktates proqramı;
1998-ci il – Sorbonna Bəyannaməsi;
1997-ci il – Lissabon konvensiyası;
1998-ci il – Sorbonna Bəyannaməsinin qəbulu;
1999-cu il – Boloniya Bəyannaməsinin qəbulu;
2001-ci il – Salamanka Konqresinin qərarları;
2001 –ci il – Praqa Konqresinin qərarları
2003-cü il – Qras Konqresinin qərarları
2003-cü il – Berlin Konqresinin qərarları
2005-ci il – Bergen Konqresinin qərarları
Diploma Avropa əlavəsi
Diploma
Avropa
əlavəsi
vahid
təhsil
məkanının
formalaşmasının məntiqindən doğan amillərdən biridir. Bu sənəd
ümumiləşməkdə və bütövləşməkdə olan Avropa ali təhsilinin
yekun sənədi olmaqla bir növ təhsilin yekunu kimi ortaya çıxır.
Əgər tədris prosesinin gedişində proqramların, qiymətləndirmə
sisteminin, təhsil müddətinin və onun dövrlərinin, keyfiyyət
səviyyəsinin hamı tərəfindən məqbul hesab edilən forma və
məzmuna gətirilməsindən söhbət gedirsə, Diploma Avropa əlavəsi
bütün bu keyfiyyətlərin ümumi nəticəsini özündə əks etdirən
vahid sənəd kimi çıxış edir.
Diploma əlavə adlanan sənədə ehtiyac mobillik, sənədlərin
qarşılıqlı tanınması və nəhayət, məzunların Avropanın ümumi
əmək bazarında işə düzəlməsi məqamlarında daha kəskin şəkildə
hiss olunmağa başlamışdı. Buna görə də vahid formalı sənədlərə
79
tələbat hələ xeyli əvvəl təkcə Avropada deyil, dünyanın hər
yerində aktuallıq kəsb edirdi. Diploma əlavə sənədinin qəbul
edilməsi və bütün Ümumavropa məkanında tanınması günün
tələbi idi və bir sıra problemlərin həllinə yol açırdı. Məhz bu
səbəbdən diploma əlavələrə Boloniya prosesinin gedişində böyük
önəm verilmiş, YUNESKO tərəfindən onun vahid forması
hazırlanaraq təqdim edilmişdir.
Diploma əlavə Avropa ali təhsil Zonasına daxil olan
ölkələrin hər birinin ali təhsil müəssisəsinin məzununa diplomla
bir yerdə verilən sənəddir.
Diploma Avropa əlavəsi iki dildə: diplomu verən ölkənin
dilində və Avropada ümumiliyi qəbul edilən dillərin birində
(əsasən ingilis dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət
olması nəzərdə tutulmuşdur.
1. Diplom sahibi haqqında məlumat (adı, soyadı, atasının
adı)
2. Məzunun ixtisası haqqında məlumat
3. Đxtisas səviyyəsi
4. Tədrisin məzmunu və alınan nəticələr
5. Alınan ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat
6. Əlavənin həmin ölkədə sertifikatlaşdırılması haqqında
məlumat
7. Ölkə ali təhsil sisteminin təsviri
8. Əlavə məlumat
Sonuncu bölmədən başqa qalan bölmələrin doldurulması
məcburidir.
Əlavələrdə qiymətlər haqqında məlumat verilmir. Diploma
əlavənin YUNESKO tərəfindən təsdiq edilmiş vahid formada və
xüsusi çap edilmiş blanklarda verilməsi nəzərdə tutulmuşdur.
Kredit sistemi nədir və əvvəlki sistemdən nə ilə
fərqlənir?
Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali
təhsil məkanında Avropa Kredit Transfer Sistemi (AKTS)
80
əsasında
kredit
vahidlərinin
tətbiq
edilməsidir.
Tədrisin
nəticələrinin asan başa düşülən və müqayisə olunan olması üçün
onların vahid sistem çərçivəsində qiymətləndirilməsi lazımdır.
Kredit vahidləri sistemi iki başlıca funksiyanı yerinə yetirir.
Birincisi – alınan kursun qiymətləndirilməsi (dərs yükünün
ölçülməsi). Bu tələbənin aldığı dərs yükünün onun digər ali təhsil
müəssisəsi tərəfindən müqayisə edilə və tanına bilməsi üçün
vacibdir.
Đkinci funksiya yığım funksiyasıdır. Tələbənin ali məktəbi
bitirərək hər hansı ali təhsil ixtisasını almaq üçün müəyyən
olunmuş miqdarda kreditləri toplayır. O, müxtəlif səbəblər
üzündən təhsili hissələrlə və ayrı-ayrı təhsil müəssisələrində ala
bilər. Əgər alınan bilik köhnəlməyibsə, kreditlər lazım olan
miqdar olana qədər yığıla bilər və nəticədə tələbə həmin akademik
dərəcəni (bakalavr, magistr) ala bilir. Lakin bu zaman ayrı-ayrı
ali məktəblərdə toplanan kreditlərin hesaba alınması yenə də ali
məktəblər arasındakı qarşılıqlı inama, akademik dərəcələrin
düzəliş əmsalı tətbiq etməklə, mühazirələrin, seminarların,
laboratoriya işlərinin, tələbənin sərbəst işinin xüsusi çəkisini
nəzərə almaq şərtilə uyğunlaşdırıla bilmək imkanına söykənir.
Kreditlərin konkret fənlər üçün müəyyənləşdirilməsi zamanı onun
həmin ixtisas dərəcəsinin alınmasında rolu və yeri əhəmiyyət kəsb
edir. Lakin bu anda da ümumi ali təhsil məkanında onun
razılaşdırılmasına ehtiyac nəzərə alınmalıdır.
Kredit sisteminə keçilməsi ali təhsilin təkcə formasında
deyil, mahiyyətində də köklü dəyişikliklərin baş verməsini labüd
edir. Tələbələrin rolu bu proseslərdə əhəmiyyətli dərəcədə artır.
Bütövlükdə isə təhsilin fəlsəfəsi tamamilə dəyişərək əsasən son
məhsula istiqamətlənir. Bu isə təhsilin keyfiyyətinin yüksəldil-
məsini, onun daha məqsədyönlü olmasını stimullaşdırır. Seçim
imkanı genişlənmiş tələbə özü seçdiyi ixtisas üzrə fənlərin, dərs
deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu eyni
zamanda müəllimlərin məsuliyyətini artırır və keyfiyyətin
yüksəlməsinə kömək edir. Lakin bu o demək deyildir ki, bu proses
Dostları ilə paylaş: |