93
mədəniyyəti yaradır, tənqidi surətdə araşdırır və yayır. Müasir
dünyanın tələblərinə cavab vermək üçün universitet özünün tədris
və tədqiqat fəaliyyətində əxlaqi və intellektual cəhətdən siyasi və
iqtisadi hakimiyyətdən asılı olmamalıdır.
2. Universitetlərdə tədris prosesi tədqiqat fəaliyyətindən
ayrılmaz olmalıdır ki, dərslər dəyişən cəmiyyətin tələblərinə
cavab versin və elmi biliklərin inkişaf səviyyəsinə uyğun olsun.
3. Tədqiqatların, təlimin və tədrisin azadlığı universitet
həyatının təməl prinsipi olduğundan, dövlət və universitetlər öz
səlahiyyətləri çərçivəsində bu önəmli tələbə əməl edilməsinə
təminat verməlidirlər. Dözümsüzlüyü rədd edən və dialoq üçün
daim açıq olan universitet bilik vermək qabiliyyətinə malik olan
və onu tədqiqatlar vasitəsi ilə dərinləşdirməyə hazır olan
müəllimlərlə özünü bu biliklərlə zənginləşdirmək hüququ,
qabiliyyəti və arzusu olan tələbələrin ideal görüş yeridir.
4. Avropa humanizminin ənənələrinin mühafizəçisi kimi
universitet universal biliklər əldə etməyə daima can atmaqla öz
funksiyasını yerinə yetirərək siyasi və coğrafi sərhədləri dəf edir
və müxtəlif mədəniyyətlərin qarşılıqlı dərk olunması və təsirinin
həyati zərurət olduğunu təsdiq edir.
Məqsədə çatmaq vasitələri
Yuxarıda verilən prinsiplər nöqteyi-nəzərindən bu məqsəd-
lərin reallaşması müasir tələblərə cavab verən təsirli vasitələrin
olmasını tələb edir.
1. Tədqiqat və tədris azadlığını təmin etmək üçün universitet
cəmiyyətinin bütün üzvlərinə bu məqsədə çatmağın zəruri
vasitələri verilməlidir.
2.
Müəllimlərin
seçilməsi
və
onların
statusunun
nizamlanması müəllim və tədqiqatçı fəaliyyətlərinin bölünməzliyi
prinsipinə uyğun olmalıdır.
3. Hər bir universitet, konkret şəraiti nəzərə almaqla, öz
tələbələrinin azadlığına təminat verməli və onların məqsəd kimi
94
qarşılarına qoyduqları mədəni və təhsil səviyyəsinə çatmalarına
lazımi şərait yaratmalıdır.
4. Universitetlər - xüsusən Avropa universitetləri –
informasiyaların və sənədlərin qarşılıqlı mübadiləsinə, habelə
birgə layihələrin sayının artmasına biliklərin tərəqqisinin daimi
əsası kimi baxırlar
Buna görə də öz tarixinin erkən illərində olduğu kimi,
universitetlər müəllim və tələbələrin mobilliyini rəğbətləndirir və
hesab edirlər ki, təqaüd verilməsində ümumi siyasət və statusların,
elmi adların və imtahanların eyniliyinin qəbul edilməsi (milli
diplomlara qərəzli münasibətsiz) indiki şəraitdə onların missiya-
sının həyata keçirilməsinin vacib şərtidir.
Aşağıda imza etmiş rektorlar öz universitetləri adından öz
üzərilərinə öhdəlik götürürlər ki, onlardan asılı olan hər şeyi
edəcəklər ki, bütün dövlətlər və əlaqədar milli təşkilatlar öz
siyasətlərində hər bir universitetin azad müəyyənləşmiş və bəyan
edilmiş iradəsinin yekdil ifadəsi olan bu xartiyanın müddəalarına
əsaslansınlar.
BOLONĐYA BƏYANNAMƏSĐ
AVROPA ALĐ TƏHSĐL ZONASI
Avropa təhsil nazirlərinin birgə bəyanatı
Boloniya ş. 19 iyun 1999-cu il
Son bir neçə ildə əldə olunmuş müstəsna nailiyyətlər
sayəsində Avropada gedən proseslər daha konkret xarakter alaraq
Avropa ittifaqı ölkələrinin və onların vətəndaşlarının reallıqlarına
daha tam cavab verməyə başladı. Bununla əlaqədar açılan
perspektivlər Avropanın digər ölkələri ilə münasibətlərin
dərinləşməsi ilə yanaşı, daha böyük inkişaf imkanlarını təmin edir.
Bununla əlaqədar açılan perspektivlər Avropanın digər ölkələri
ilə münasibətlərin dərinləşməsi ilə yanaşı, daha böyük inkişaf
imkanlarını təmin edir.
95
Đndi artıq “Bilik Avropası” sosial və humanitar inkişafın
əvəzolunmaz amili, habelə Avropa vətəndaşlığının birləşməsi və
zənginləşməsinin vacib komponenti kimi, onun vətəndaşlarına
dəyərlərin ümumiliyini və onların ümumi sosial və mədəni
məkana mənsub olması anlamı ilə yanaşı yeni minilliyin
diktələrinə qarşı dura bilmək imkanı yaradan zəruri məlumatları
verə bilən amil kimi geniş şəkildə qəbul edilmişdir.
Dayanıqlı, dinc və demokratik cəmiyyətlərin inkişafında və
möhkəmlənməsində təhsilin və təhsil sahəsində əməkdaşlığın
vacibliyi universaldır və onun, xüsusilə, Cənubi-şərqi Avropadakı
vəziyyətlə bağlı birinci dərəcəli olması təsdiq edilir. Bu fikirdən
çıxış edilərək irəli sürülmüş 25 may 1998-ci il Sorbon
bəyannaməsi Avropanın mədəni dəyərlərinin inkişafında univer-
sitetlərin mərkəzi rolunu qeyd etmişdir. O, Avropa ali təhsil
Zonasının yaradılmasını qitənin ümumi inkişafı üçün vətən-
daşların işə düzəlmək imkan olmaqla mobilliyinin artırılmasının
əsas yolu kimi əsaslandırdı.
Avropa ölkələrinin çoxu bəyannamədə ifadə olunmuş
məqsədlərlə razılaşdılar, onu imzaladılar və ya prinsipcə bəyən-
diklərin bildirdilər. Hazırda Avropada bir neçə ali təhsil
sistemində başlamış islahatlarının yönümü sübut etdi ki, çox
hökumətlər məhz bu istiqamətdə fəaliyyət göstərmək niyyətin-
dədirlər.
Avropanın ali təhsil müəssisələri 1988-ci ildə Boloniyada
qəbul olunmuş “Magna Charta Universitatum” universitet
xartiyasında formalaşdırılmış fundamental prinsiplərə əməl edə-
rək, onlara aid olan sahədə çağırışı qəbul etdilər və Avropa ali təh-
sil zonasının qurulmasında əsas rolu oynamağa başladılar. Bu, çox
böyük əhəmiyyətə malikdir, belə ki, universitetlərin müstəqilliyi
və muxtariyyəti inam verir ki, ali təhsil və elmi tədqiqatlar
sistemləri fasiləsiz olaraq cəmiyyətin dəyişən ehtiyac və tələbat-
larına və elmi biliklərin inkişafı zərurətinə fasiləsiz olaraq adap-
tasiya olunacaqlar.
Dostları ilə paylaş: |