Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə31/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

 
93
mədəniyyəti  yaradır,  tənqidi  surətdə  araşdırır  və  yayır.  Müasir 
dünyanın tələblərinə cavab vermək üçün universitet özünün tədris 
və tədqiqat fəaliyyətində əxlaqi və intellektual cəhətdən siyasi və 
iqtisadi hakimiyyətdən asılı olmamalıdır.  
2.  Universitetlərdə  tədris  prosesi  tədqiqat  fəaliyyətindən 
ayrılmaz  olmalıdır  ki,  dərslər  dəyişən  cəmiyyətin  tələblərinə 
cavab versin və elmi biliklərin inkişaf səviyyəsinə uyğun olsun.  
3.  Tədqiqatların,  təlimin  və  tədrisin  azadlığı  universitet 
həyatının  təməl  prinsipi  olduğundan,  dövlət  və  universitetlər  öz  
səlahiyyətləri  çərçivəsində  bu  önəmli  tələbə  əməl  edilməsinə 
təminat  verməlidirlər.  Dözümsüzlüyü  rədd  edən  və  dialoq  üçün 
daim  açıq  olan  universitet  bilik  vermək  qabiliyyətinə  malik  olan 
və  onu  tədqiqatlar  vasitəsi  ilə  dərinləşdirməyə  hazır  olan 
müəllimlərlə  özünü  bu  biliklərlə  zənginləşdirmək  hüququ, 
qabiliyyəti və arzusu olan tələbələrin ideal görüş yeridir.  
4.  Avropa  humanizminin  ənənələrinin  mühafizəçisi  kimi 
universitet    universal  biliklər  əldə  etməyə  daima  can  atmaqla  öz 
funksiyasını  yerinə  yetirərək  siyasi  və  coğrafi  sərhədləri  dəf  edir 
və  müxtəlif  mədəniyyətlərin  qarşılıqlı  dərk  olunması  və  təsirinin 
həyati zərurət olduğunu təsdiq edir.   
 
Məqsədə çatmaq vasitələri 
Yuxarıda  verilən  prinsiplər  nöqteyi-nəzərindən  bu  məqsəd-
lərin  reallaşması  müasir  tələblərə  cavab  verən  təsirli  vasitələrin 
olmasını tələb edir. 
1. Tədqiqat və tədris azadlığını təmin etmək üçün universitet 
cəmiyyətinin  bütün  üzvlərinə  bu  məqsədə  çatmağın    zəruri 
vasitələri  verilməlidir.  
2. 
Müəllimlərin 
seçilməsi 
və 
onların 
statusunun 
nizamlanması müəllim və tədqiqatçı fəaliyyətlərinin bölünməzliyi 
prinsipinə uyğun olmalıdır.  
3.  Hər  bir  universitet,  konkret  şəraiti  nəzərə  almaqla,  öz 
tələbələrinin  azadlığına  təminat  verməli  və  onların  məqsəd  kimi 


 
94
qarşılarına  qoyduqları    mədəni  və  təhsil  səviyyəsinə  çatmalarına 
lazımi şərait yaratmalıdır.   
4.  Universitetlər  -  xüsusən  Avropa  universitetləri  – 
informasiyaların  və  sənədlərin  qarşılıqlı  mübadiləsinə,  habelə 
birgə  layihələrin  sayının  artmasına  biliklərin  tərəqqisinin  daimi 
əsası kimi baxırlar   
Buna  görə  də  öz  tarixinin  erkən  illərində  olduğu  kimi, 
universitetlər müəllim və tələbələrin mobilliyini  rəğbətləndirir və 
hesab edirlər ki, təqaüd verilməsində ümumi siyasət və statusların, 
elmi  adların  və  imtahanların  eyniliyinin  qəbul  edilməsi  (milli 
diplomlara  qərəzli  münasibətsiz)  indiki  şəraitdə  onların  missiya-
sının həyata keçirilməsinin vacib şərtidir.  
Aşağıda  imza  etmiş  rektorlar  öz  universitetləri  adından  öz 
üzərilərinə  öhdəlik  götürürlər  ki,  onlardan  asılı  olan  hər  şeyi 
edəcəklər  ki,  bütün  dövlətlər  və  əlaqədar  milli  təşkilatlar  öz 
siyasətlərində  hər  bir  universitetin  azad  müəyyənləşmiş  və  bəyan 
edilmiş iradəsinin yekdil ifadəsi olan  bu xartiyanın müddəalarına 
əsaslansınlar.  
 
BOLONĐYA BƏYANNAMƏSĐ 
 
AVROPA ALĐ TƏHSĐL ZONASI 
Avropa təhsil nazirlərinin birgə bəyanatı 
Boloniya ş. 19 iyun 1999-cu il 
 
Son  bir  neçə  ildə  əldə  olunmuş    müstəsna    nailiyyətlər 
sayəsində Avropada gedən proseslər daha konkret xarakter alaraq 
Avropa ittifaqı ölkələrinin və onların vətəndaşlarının reallıqlarına 
daha  tam  cavab  verməyə  başladı.  Bununla  əlaqədar  açılan 
perspektivlər  Avropanın  digər  ölkələri  ilə  münasibətlərin 
dərinləşməsi ilə yanaşı, daha böyük inkişaf imkanlarını təmin edir. 
Bununla  əlaqədar  açılan  perspektivlər  Avropanın    digər  ölkələri 
ilə  münasibətlərin  dərinləşməsi  ilə  yanaşı,  daha  böyük  inkişaf 
imkanlarını təmin edir. 


 
95
Đndi  artıq  “Bilik  Avropası”  sosial  və  humanitar  inkişafın 
əvəzolunmaz amili, habelə Avropa vətəndaşlığının  birləşməsi və 
zənginləşməsinin  vacib  komponenti  kimi,  onun  vətəndaşlarına   
dəyərlərin  ümumiliyini  və  onların  ümumi  sosial  və  mədəni 
məkana  mənsub  olması  anlamı  ilə  yanaşı  yeni  minilliyin 
diktələrinə    qarşı  dura  bilmək  imkanı  yaradan  zəruri  məlumatları 
verə  bilən  amil  kimi  geniş  şəkildə  qəbul  edilmişdir.            
Dayanıqlı,  dinc  və  demokratik  cəmiyyətlərin  inkişafında  və 
möhkəmlənməsində  təhsilin  və  təhsil  sahəsində  əməkdaşlığın 
vacibliyi universaldır və onun, xüsusilə, Cənubi-şərqi Avropadakı 
vəziyyətlə  bağlı  birinci  dərəcəli  olması  təsdiq  edilir.  Bu  fikirdən 
çıxış  edilərək  irəli  sürülmüş  25  may  1998-ci  il  Sorbon 
bəyannaməsi  Avropanın  mədəni  dəyərlərinin  inkişafında  univer-
sitetlərin  mərkəzi    rolunu  qeyd    etmişdir.  O,  Avropa  ali  təhsil 
Zonasının  yaradılmasını  qitənin  ümumi  inkişafı  üçün  vətən-
daşların  işə  düzəlmək  imkan  olmaqla  mobilliyinin  artırılmasının  
əsas yolu kimi əsaslandırdı.  
Avropa  ölkələrinin  çoxu  bəyannamədə  ifadə  olunmuş 
məqsədlərlə  razılaşdılar,  onu  imzaladılar  və  ya  prinsipcə  bəyən-
diklərin  bildirdilər.  Hazırda  Avropada    bir  neçə  ali  təhsil 
sistemində  başlamış    islahatlarının  yönümü    sübut  etdi  ki,  çox  
hökumətlər  məhz  bu  istiqamətdə  fəaliyyət  göstərmək  niyyətin-
dədirlər.                           
Avropanın  ali  təhsil  müəssisələri  1988-ci  ildə  Boloniyada 
qəbul  olunmuş  “Magna  Charta  Universitatum”  universitet 
xartiyasında  formalaşdırılmış  fundamental  prinsiplərə  əməl  edə-
rək, onlara aid olan sahədə çağırışı qəbul etdilər və Avropa ali təh-
sil zonasının qurulmasında əsas rolu oynamağa başladılar. Bu, çox 
böyük  əhəmiyyətə  malikdir,  belə  ki,  universitetlərin  müstəqilliyi 
və  muxtariyyəti  inam  verir  ki,  ali  təhsil  və  elmi  tədqiqatlar 
sistemləri  fasiləsiz  olaraq  cəmiyyətin  dəyişən  ehtiyac  və  tələbat-
larına  və elmi biliklərin inkişafı zərurətinə fasiləsiz olaraq adap-
tasiya olunacaqlar. 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə