96
Kurs əhəmiyyət kəsb edən bir məqsədlə və düzgün istiqa-
mətdə götürülmüşdür. Lakin ali təhsil sistemlərinin daha çox
uyğunluğuna və müqayisə oluna bilməsinə nail olmaq üçün daimi
hərəkət tələb olunur ki, onlar tam yekunlaşmış olsunlar. Đlk maddi
nəticələr əldə etmək üçün biz bu kursu konkret tədbirlərin yerinə
yetirilməsi vasitəsi ilə dəstəkləməliyik. Đyunun 18-də bizim
ölkələrin hamısından nüfuzlu ekspertlərin və alimlərin iştirak
etdiyi görüş bizi qəbul edilməli olan təşəbbüslər üzrə çox faydalı
təkliflərlə təmin etdi. Biz xüsusilə, Avropa ali təhsil sisteminin
beynəlxalq rəqabət qabiliyyətinin artırılması məqsədini müzakirə
etməliyik. Hər bir sivilizasiyanın həyatiliyi və səmərəliliyi onun
mədəniyyətinin digər ölkələr üçün malik olduğu cəlbediciliyi ilə
şərtlənir. Biz əmin olmalıyıq ki, Avropa ali təhsil sistemi
cəzbediciliyin bizim ekstraordinar mədəni və elmi ənənələrimizə
uyğun olan ümumdünya səviyyəsini əldə edir.
Sorbon bəyannaməsində göstərilən ümumi prinsiplərə dəstə-
yimizi təsdiq edərək, biz yaxın perspektivdə (istənilən halda, -
üçüncü minilliyin birinci onilliyi ərzində) Avropa ali təhsil
Zonasının yaradılması və Avropa təhsil sisteminin bütün dünyaya
yayılması üçün birinci dərəcəli hesab edilən aşağıdakı məqsədlərə
çatmaq üçün öz siyasətimizi əlaqələndirmək öhdəlikləri qəbul
edirik.
- Avropa vətəndaşlarının işə düzəlmək imkanı ilə təmin
edilməsi və Avropa ali təhsil sisteminin beynəlxalq rəqabət
qabiliyyətinin artırılması üçün asan başa düşülən və müqayisə
edilə bilən dərəcələr sisteminin qəbul edilməsi, o cümlədən
diploma Əlavənin tətbiq edilməsinə əsaslanan sistemin qəbul
edilməsi. Đkinci mərhələyə keçmək üçün tədrisin üç ildən az
olmayaraq davam edən birinci mərhələsinin müvəffəqiyyətlə başa
vurulması tələb olunur. Birinci mərhələdən sonra verilən dərə-
cəyə müvafiq səviyyəli ixtisas kimi Avropa əmək bazarında
tələbat olmalıdır. Đkinci mərhələ Avropa ölkələrinin çoxunda
qəbul olunduğu kimi magistr və ya doktor dərəcəsinin alınmasına
gətirib çıxarmalıdır.
97
- Tələbələrin genişmiqyaslı mobilliyinini təmin edən lazımi
vasitə kimi dərslərin tutumluğunun ölçülməsinin Avropa
sisteminin - AKTS tipli kredit sisteminin tətbiqi. Qəbul edən
maraqlı olan universitetlər tanıyarlarsa. Kreditlər ali olmayan
təhsil, o cümlədən ömür boyu təhsil çərçivəsində də alına bilər.
- Aşağıdakılara diqqət yetirməklə sərbəst yerdəyişmənin
səmərəli həyata keçirilməsinə mane olan əngəllərin aradan
qaldırılması yolu ilə mobilliyə kömək etmək: tələbələrin təhsil
almağa və praktik hazırlığa, habelə uyğun xidmətlərdən istifadə
imkanına malik olmaları təmin edilməlidir. Müəllimlərə,
tədqiqatçılara və inzibati heyətinə Avropa regionunda aparılan
tədqiqatların, dərslərin və stajirovkasının vaxtının qanunla
müəyyən edilmiş hüquqlarını pozmadan hesaba alınması təmin
edilməlidir.
- Təhsilin keyfiyyətinin təmin edilməsi məqsədi ilə
müqayisə oluna bilən meyar və metodologiyasının hazırlanması
işində Avropa əməkdaşlığına kömək edilməsi.
- Ali təhsildə, xüsusilə tədris planlarının, institutlararası
əməkdaşlığın, mobillik sxemlərinin, birgə tədris proqramlarının,
praktik hazırlığın və elmi tədqiqatların aparılmasının inkişaf
etdirilməsi məsələlərində zəruri Avropa baxışlarına dəstək veril-
məsi.
Biz, bununla da, Avropa ali təhsil Zonasını möhkəmlən-
dirmək üçün bu məqsədlərə çatmağı (bizim institutsional
səlahiyyətlərimiz çərçivəsində və müxtəlif mədəniyyətlərə, dillərə,
milli təhsil sistemlərinə və universitetlərin muxtariyyətinə tam
hörmətlə yanaşmaqla) öhdəmizə götürürük və nəhayət, biz
Avropanın ali təhsil sahəsində səriştəli qeyri-hökumət təşkilatları
ilə birgə hökumətlərarası əməkdaşlıq yolundan istifadə edəcəyik.
Biz gözləyirik ki, universitetlər, həmişə olduğu kimi, buna tez və
müsbət cavab verəcəklər və bizim cəhdlərimizin müvəffəqiyyətinə
fəal şəkildə kömək edəcəklər.
Avropa ali təhsil Zonasının yaradılmasının daim dəstək,
diqqətli idarəçilik və inkişafın fasiləsiz olaraq dəyişən tələblərinə
98
adaptasiya olunmağı tələb etdiyini nəzərə alaraq, biz əldə
olunmuş irəliləyişi qiymətləndirmək və həyata keçiriləsi zəruri
olan tədbirləri işləyib hazırlamaq üçün yaxın iki il ərzində
yenidən görüşməyi qərara aldıq.
AVROPADA ALĐ TƏHSĐL ZONASI HAQQINDA
Ali təhsilə məsul Avropa nazirlərinin görüşünün komunikesi
Praqa şəhəri, 19 may 2001-ci il
Sorbonna bəyannaməsinin imzalanmasında üç il, Boloniya
bəyannaməsinin imzalanmasından iki il sonra bəyannaməni
imzalamış 32 ölkələrin təhsilə məsul olan nazirləri Praqada
yığışdılar ki, əldə edilmiş uğurları qiymətləndirsinlər və növbəti
illər üçün istiqamətləri və önəmli məsələləri müəyyən etsinlər.
Nazirlə 2010-cu ilə qədər Avropa ali təhsil Zonasını yaratmaq
öhdəliklərini bir daha təsdiq etdilər. Bu görüş üçün Praqanın
seçilməsi onların Avropa Đttifaqının genişlənməsi baxımından
bütün Avropanı bu prosesə cəlb etmək arzularını ifadə edirdi.
Nazirlər dəstək qrupu tərəfindən təqdim edilmiş “Boloniya
prosesinə kömək” hesabatını müzakirə etdilər və alqışladılar və
hesab etdilər ki, Boloniya Bəyannaməsində nəzərdə tutulan
məqsədlər bəyannaməni imzalamış ölkələrin əksəriyyəti, habelə
universitetlər və digər ali təhsil müəssisələri tərəfindən geniş
qəbul edilmiş və ali təhsilin inkişafının əsası kimi istifadə
olunmuşdur. Nazirlər bir daha təsdiq etdilər ki, mobilliyi
dəstəkləyən səylər davam etdirilməlidir ki, tələbələrə, müəllim-
lərə, tədqiqatçılara və idarə apparatına Avropa ali təhsil Zonasının
zənginliklərindən, o cümlədən onun demokratik dəyərlərindən, ali
təhsil sisteminin müxtəlifliyindən, mədəniyyət və dil müxtəlif-
liyindən bəhrələnmək imkanı verilsin.
Nazirlər Avropa ali təhsil müəssisələrinin 29-30 martda
Salamankada qəbul edilmiş Konvensiyasını və Avropa tələbə-
lərinin 24-25 martda Geteborqda qəbul edilmiş Konvensiyasının
Dostları ilə paylaş: |