6, maddə 454) ilə 213‐3.1‐cü maddənin sanksiyasında “
şərti maliyyə vahidi məbləğinin min
mislindən beş min mislinədək” sözləri “
min manatdan beş min manatadək” sözləri ilə əvəz
edilmişdir.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin
maliyyələşdirilməsi ilə
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında”
Azərbaycan
Respublikasının Qanunu (
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il,
№ 5, maddə 258) ilə 214-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
Maddə 214.
Terrorçuluq
214.1. Terrorçuluq, yəni adamların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması,
habelə başqa
ağır nəticələrin baş verməsi təhlükəsi törədən partlayışların, yanğınların və ya digər hərəkətlərin edilməsi, bu
hərəkətlər
ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq, yaxud təqsirkarın tələbinə əsasən hakimiyyət
orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədi ilə habelə həmin məqsədlə bu hərəkətlərin edilməsi
hədəsi ilə törədildikdə
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan istifadə etməklə törədildikdə
214.3 Bu Məcəllənin 214.1 və ya 214.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə
tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb
olduqda
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa
cinayətin
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il,
№ 5, maddə 258) ilə Məcəlləyə 214-1-ci maddə əlavə edilmişdir.
05 mart 2010-cu il tarixli 973-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (
“Azərbaycan”
qəzeti 21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03,
maddə 178) ilə 214-1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi.