Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   72   73   74   75   76   77   78   79   ...   88

31  may  2007‐ci  il  tarixli  357‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  qanunu 
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 579
ilə 213‐1‐ci maddənin ʺQeydʺ hissəsi yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
Qeyd: 
bu  maddədə  ʺxeyli  miqdarʺ  dedikdə,  şərti  maliyyə  vahidinin  500 
mislindən,  külli  miqdar  dedikdə  isə  şərti  maliyyə  vahidinin  min  mislindən  yuxarı 
olan məbləğ başa düşülür. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (“Azərbaycan”  qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6,  maddə  454)  ilə  213‐1‐ci 
maddənin  “Qeyd”ində  “şərti  maliyyə  vahidi  məbləğinin  beş  yüz  mislindən  iki 
min  mislinədək” və  “şərti  maliyyə  vahidi  məbləğinin  iki  min  mislindən”  sözləri 
müvafiq  olaraq  “beş  yüz  manatdan  iki  min  manatadək” və  “iki  min  manatdan” 
sözləri ilə əvəz edilmişdir. 
17  aprel  2007‐ci  il  tarixli  320‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  6, 
maddə 562) ilə Məcəlləyə 213‐2‐ci və 213‐3‐cü maddələr əlavə edilmişdir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (“Azərbaycan”  qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan 
Respublikasının Qanunvericilik  Toplusu,  2008‐ci  il, №  6,  maddə  454)  ilə  213‐2‐ci 
maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən beş min 
mislinədək” sözləri “min manatdan beş min manatadək” sözləri ilə əvəz edilmişdir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (“Azərbaycan”  qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan 
Respublikasının Qanunvericilik  Toplusu,  2008‐ci  il, №  6,  maddə  454)  ilə  213‐2‐ci 
maddənin  “Qeyd”ində  “şərti  maliyyə  vahidinin  yeddi  min  mislindən”  sözləri  və 
yeddi min manatdan” sözləri ilə əvəz edilmişdir. 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 


6,  maddə  454)  ilə  213‐3.1‐cü  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  min 
mislindən  beş  min  mislinədək”  sözləri  “min  manatdan  beş  min  manatadək”  sözləri  ilə  əvəz 
edilmişdir. 
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə 
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" 
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu  (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 
№ 5, maddə 258) ilə 214-cü maddə yeni redaksiyada verilmişdir.  Əvvəlki redaksiyada 
deyilirdi: 
Maddə 214. 
Terrorçuluq 
214.1. Terrorçuluq, yəni adamların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması, habelə başqa 
ağır nəticələrin baş verməsi təhlükəsi törədən partlayışların, yanğınların və ya digər hərəkətlərin edilməsi, bu 
hərəkətlər ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq, yaxud təqsirkarın tələbinə əsasən hakimiyyət 
orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədi ilə habelə həmin məqsədlə bu hərəkətlərin edilməsi 
hədəsi ilə törədildikdə ­
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
214.2. Eyni əməllər: 
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
214.2.2. təkrar törədildikdə; 
214.2.3. odlu silahdan istifadə etməklə törədildikdə ­
214.3 Bu Məcəllənin 214.1 və ya 214.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə 
tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb 
olduqda­
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar 
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin 
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə 
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" 
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 
№ 5, maddə 258) ilə Məcəlləyə 214-1-ci maddə əlavə edilmişdir. 
 05 mart 2010-cu il tarixli 973-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03, 
maddə 178) ilə 214-1-ci maddə yeni redaksiyada verilmişdir. 
əvvəlki redaksiyada deyilirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə