Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

Pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə 
terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin 
məqsədilə toplanılması ­
əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə 
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" 
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 
№ 5, maddə 258) ilə 216-cı maddədə  "Terror aktı" sözləri,  "Terrorçuluq" sözü ilə, 
"yeddi" sözü "beş ildən səkkiz" sözləri ilə əvəz edilmişdir. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə Məcəlləyə 219-1-ci maddə əlavə edilmişdir. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 221.2.1-ci maddədə  "tərəfindən" sözündən sonra "və ya təkrar" 
sözləri əlavə edilmişdir. 
14  may  2002‐ci  il  tarixli  321‐IIQD  nömrəli  ʺŞəhərsalmanın  əsasları  haqqındaʺ 
Azərbaycan 
Respublikası 
Qanununun 
tətbiqi 
ilə 
əlaqədar 
Azərbaycan 
Respublikasının  bəzi  qanunlarına  əlavələr və  dəyişikliklər  edilməsi  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının  qanunvericilik 
toplusu, 2002‐ci il, № 5, maddə 248) ilə Məcəlləyə 222‐1‐ci maddə əlavə edilmişdir. 
9  oktyabr  2007‐ci  il  tarixli  428‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  10, 
maddə 937) ilə 222‐ci və 222‐1‐ci maddələr yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik 
qaydalarını pozma 


222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu 
obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının 
təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin 
vurulmasına səbəb olduqda— 
şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki ilədək 
müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
edilməklə və ya edilməməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 222-1. Tikinti qaydalarını pozma 
222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını 
almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu 
tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma 
nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulması ­
şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
222-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb 
olduqda ­
bir ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
26 oktyabr 2004-cü il tarixli 781-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə  və 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinə əlavələr və  dəyişikliklər edilməsi haqqında” 
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, 
maddə 900) ilə Məcəlləyə 222-2-ci maddə əlavə edilmişdir. 
9  oktyabr  2007‐ci  il  tarixli  428‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  10, 
maddə 937) ilə 222‐2.l‐ci maddənin sanksiyası yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
şərti maliyyə vahidinin yeddi yüz mislindən min mislinədək miqdarda cərimə 
və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
9  oktyabr  2007‐ci  il  tarixli  428‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  10, 
maddə 937) ilə 222‐2.2‐ci maddədə ʺiki ildən dördʺ sözləri ʺüç ildən altıʺ sözləri ilə 
əvəz edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə