Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 0,94 Mb.
səhifə11/14
tarix23.11.2017
ölçüsü0,94 Mb.
#11927
1   ...   6   7   8   9   10   11   12   13   14

Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 256.2.2-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləq başa düşülür.(1, 3, 45)

Maddə 257. Balıq ehtiyatlarının qorunması qaydalarını pozma

Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə suburaxıcı qurğuların istismarı balıq ehtiyatlarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıqların və ya digər su heyvanlarının kütləvi məhvinə səbəb olduqda—



    • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. (1, 45)

Maddə 258. Qanunsuz ov etmə

258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—



    • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

258.2. Eyni əməllər:

258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə;

258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;

258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə—


    • yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər:

258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—


    • altı yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləq başa düşülür. (1, 45)

Maddə 259. Qanunsuz ağac kəsmə

259.1. Meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda—

  • iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

259.2. Eyni əməllər:

259.2.1. təkrar törədildikdə;

259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə-

  • üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 259.1-ci maddəsində «xeyli miqdar» dedikdə üç yüz manatdan min manatadək olan məbləğ, 259.2.4-cü maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür. (1, 3, 21, 40, 45, 53)

Maddə 260. Meşələri məhv etmə və ya korlama

260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililərini məhv etmə və ya korlama—



    • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

260.2. Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv etmə və ya korlama—

    • iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 261. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma

Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—



    • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 261-ci maddəsində «əhəmiyyətli zərər» dedikdə iki yüz manatdan artıq olan məbləğ başa düşülür. (1, 3, 45)

İyirmi doqquzuncu fəsil. Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər

Maddə 262. Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma

262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—



    • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

262.2. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— (61)

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma

263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— (61)



    • iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda — (61)

    • üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— (61)

    • üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

    • beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur. (61)

Maddə 264. Yol nəqliyyat hadisəsi yerindən qaçma

Bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—



    • üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 265. Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki cəhətdən nasaz vəziyyətdə işə buraxma

265.1. Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—



    • yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 266. Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma

266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma

267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263 və 264-cü maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—



    • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma

268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—



    • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 269. Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi

Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək göstərməməsi—



    • iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 270. Beynəlxalq uçuş qaydalarını pozma

Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—



    • beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61)

Otuzuncu fəsil. Kompüter informasiyası sahəsində cinayətlər

Maddə 271. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma

271.1. Qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron-hesablayıcı maşınlarda (EHM), elektron-hesablayıcı maşınlar sistemində və ya onların şəbəkələrində olan infomasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

271.2. Eyni əməllər:

271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

271.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə yaxud elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxs tərəfindən törədildikdə;

271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—



    • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 272. Elektron-hesablayıcı maşınlar üçün ziyan verici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma

272.1. İnformasiyanın icazəsiz məhvinə, təcrid olunmasına, modifikasiya edilməsinə və ya surətinin çıxarılmasına, EHM, EHM sisteminin və ya onların şəbəkələrinin işinin pozulmasına səbəb ola biləcəyini bilə-bilə EHM proqramlarını yaratma və ya mövcud proqramlara dəyişikliklər etmə, habelə belə proqramlardan və ya belə proqramlarla yüklənmiş maşın daşıyıcılarından istifadə etmə və ya onları yayma—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

272.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 273. Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma

273.1. EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs tərəfindən EHM-ın, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarının pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olunması və ya modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—



    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

273.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Bölmə XI. Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər

Otuz birinci fəsil. Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər

Maddə 274. Dövlətə xəyanət

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—



    • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

Maddə 275. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə

275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—



    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 276. Casusluq

Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—



    • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 277. Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)

Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)—



    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama

Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—



    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

Maddə 279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma

279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə—



    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

279.2. Bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə—

    • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda—

    • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 280. Silahlı qiyam

Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etmə—



    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 281. Dövlət əleyhinə yönələn açıq çağırışlar

281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—



    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə—

    • beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə—

    • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 282. Təxribat

282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—



    • səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—

    • on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması

283.1. Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə—



    • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

283.2. Eyni əməllər:

283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;

283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—



    • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 15, 45)

Maddə 284. Dövlət sirrini yayma

284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda—



    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

    • beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 285. Məzmununda dövlət sirri olan sənədləri itirmə

Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda—



    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə