Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDӘLӘRİN QANUNSUZ DÖVRİYYӘSİ İLӘ ƏLAQƏDAR CİNAYӘTLӘR



Yüklə 2,3 Mb.
səhifə19/36
tarix14.02.2018
ölçüsü2,3 Mb.
#26913
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDӘLӘRİN QANUNSUZ DÖVRİYYӘSİ İLӘ ƏLAQƏDAR CİNAYӘTLӘR


Maddə 234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma316

234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—



əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

234.3. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma —



əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

234.4. Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər:

234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

234.4.2. təkrar törədildikdə;

234.4.3. külli miqdarda törədildikdə—

əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin , psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması317

iki yüz manatdan min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.318

Qeyd:

1. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.319

2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı və digər miqdarları müvafiq qanunla müəyyən edilir. 320

Maddə 235. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə321

235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

235.2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə—



əmlakı müsadirə olunmaqla və ya olunmamaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

235.3.2. təkrar törədildikdə;

235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—



əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

235.4.1. mütәşәkkil dəstə tərəfindən törədildikdə;

235.4.2. külli miqdarda törədildikdə;

235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;

235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—



əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 236. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə

236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—



üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cәzalandırılır.

236.2. Eyni hərəkətlər:

236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ;

236.2.2. təkrar törədildikdə;

236.2.3. bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə;

236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda—

yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 237. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə322

237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə—

iki yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.323

237.2. Eyni hərəkətlər:

237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

237.2.2. təkrar törədildikdə;

237.2.3. külli miqdarda törədildikdə —

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Maddə 238. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama

238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə —

dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

238.2. Eyni hərəkətlər:

238.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

238.2.2. təkrar törədildikdə —

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 239. Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma

Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 240. Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi

240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

240.2. Eyni hərəkətlər:

240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

240.2.2. təkrar törədildikdə—

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər:

240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

240.3.2. külli miqdarda törədildikdə—

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması, buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda—

iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.324

(Çıxarılıb)325

27-ci fəsil


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə