STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
284
qoyulan məqsədlər müəyyən edilib. Ölkəmizdə insan hüquq və azadlıqları-
nın müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının
təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının daha səmərəli təmin edilməsi
istiqamətində konkret tədbirlər nəzərdə tutulub. Belə ki, proqramda qanun-
vericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması,
Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə
qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul
edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artı-
rılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində
fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva
olunur.
18 mart 2009-cu il tarixində Azərbaycanda daha bir referendum keçi-
rilmişdir. Qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi haqqında” referen-
dum aktına uyğun olaraq, Konstitusiyaya bir
sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və
dəyişikliklər ölkəmizin “İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında”
Avropa Konvensiyasına qoşulması, eləcə də
məhkəmə islahatları nəticəsində yaranan
öhdəliklərə əməl olunması, Milli Məclisin
fəaliyyətinin və seçki sisteminin daha da
təkmilləşdirilməsi kimi mühüm məqsədlərə
xidmət edirdi. Bu mənada, qeyd olunan
əlavə və dəyişikliklər Konstitusiyanı yeni
müddəalarla zənginləşdirib.
Məhz insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində
həyata keçirilən islahatların məntiqi davamı olaraq, insan hüquq və azad-
lıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin in-
kişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin
təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 de-
kabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı təsdiq edilmişdir.
Qeyd etmək lazımdır ki, Milli Fəaliyyət Proqramı konseptual və geniş-
miqyaslı xarakter daşıyır. Proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası çərçivəsində qarşıya qoyulan məqsəd və vəzifələr kontekstində
nəzərdən keçirilməlidir [7, s. 13].
6 fəsil və 75 bəndi əhatə edən Azərbaycan Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qrupla-
rının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi,
insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin
Qeyd etmək lazımdır ki, Milli
Fəaliyyət Proqramı konseptual
və genişmiqyaslı xarakter
daşıyır. Proqram “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası çərçivəsində
qarşıya qoyulan məqsəd
və vəzifələr kontekstində
nəzərdən keçirilməlidir.