STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
100
(1.2.2)
bərabərliyinə əsasən
(1.2.4)
olduğuna görə diversifikasiya baxımından bu ölkələr arasında mövcud vəziyyət
qeyri-qənaətbəxş hesab edilməlidir.
1.3. İ-O modelinin bu dövlətlərin qarşılıqlı iqtisadi
münasibətlərinə tətbiqinin bəzi xüsusiyyətləri və alınmış
nəticələrin təhlili
Yuxarıda qeyd edildiyi kimi, xərclər-buraxılış modelinin balans cədvəli 3
hissədən ibarətdir. Birinci hissə aralıq məhsulların bizim misalda dövlətlərarası
axınını, ikinci hissə bu dövlətlərin son tələblərini və onun komponentlərini,
üçüncü hissə isə əlavə dəyərlərini və onun tərkibini xarakterizə edir. Qeyd edək
ki, təhlilə daxil edilmiş 70 dövlət üzrə xərclər-buraxılış modelinin cədvəlləri
həddən artıq iri həcmli alındığı üçün bu cədvəllərin mətnə daxil edilməsi
məqsədəuyğun deyil və biz təhlilə bu modelin konkret nəticələrini daxil etmişik.
Balans cədvəlinin 3-cü hissəsi tərtib edilərkən aralıq məhsul və aralıq
istehlakın statistik göstəriciləri BMT-nin “UNcomtrade” elektron statistik
məlumat bazasından əldə olunmuşdur [8]. Lakin bu mənbədə cəmi dünya üzrə
ümumi buraxılışın məbləği barədə məlumat əldə etmək mümkün olmasa da,
burada dünya üzrə ÜƏD və ÜDM məbləğləri verilmişdir
1
. Cəmi dünya üzrə
ümumi buraxılış aşagıdakı qaydada müəyyən edilmişdir.
1. Modelə daxil edilmiş 70 dövlətin əlavə dəyər normaları (hər bir ölkə üzrə
əlavə dəyərin ümumi buraxılışda payı) tapılmış,
2. Tapılmış əlavə dəyər normalarının ədədi ortası
müəyyənləşdirilmiş,
3. Müəyyənləşdirilmiş ədədi orta dünya üzrə əlavə dəyər norması kimi
götürülmüş,
4. Dünya üzrə əlavə dəyərin məbləği bu normaya bölünərək dünya üzrə
ümumi buraxılış alınmışdır.
Aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, 99.7% inamla
söyləmək olar ki, ana kütlədəki kəmiyyət əlamətinin ortası
intervalına daxildir. Deməli, modelə daxil olan ölkələrin əlavə dəyər normalarının
ədədi ortası dünya üzrə mövcud olan əlavə dəyər normasına böyük ehtimalla
yaxın olacaqdır. Statistik baxımdan əsaslandırma ilə bərabər bunu iqtisadi
cəhətdən də izah etmək olar. Belə ki, əlavə dəyər norması elə bir iqtisadi
kateqoriyadır ki, o, son məhsulların reallaşma qiymətləri ilə birbaşa əlaqədardır.
Bundan alınmış məhsulun istehsalında istifadə olunmuş aralıq məhsulların da
böyük əksəriyyəti beynəlxalq ticarət vasitəsilə əldə olunur. Alıcılıq qabiliyyəti
paritetinə görə dünya ölkələrində məhsulların qiymətləri ancaq qısa dövrdə
fərqli ola bilər, uzun müddətdə onların qiymətləri həmişə bir-birinə uyğunlaşır.
1
http://unstats.un.org/unsd/snaama/resQuery.asp
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
101
Satılan son məhsulların satış qiymətlərinin tərkibində onun maya dəyərinin,
istehsal xərclərinin və istehsalçının mənfəətinin dəyəri vardır. Deməli, dünya
bazarında bərabərləşməyə can atan əmtəə və xidmətlərin qiyməti əlavə dəyər
normalarını da bir-birinə uyğunlaşdırır.
Artıq modelin izahına keçmək olar. Təhlilə keçməmişdən əvvəl qeyd edək
ki, xərclər-buraxılış modelinin balans cədvəli və onun simuliyasiyaları böyük
həcmdə olduğuna görə onu tam şəkildə mətinə daxil etmək mümkün deyil.
Modelin balans cədvəllərinin hissələri əlavələrdə artıq verilib. Cədvəl 4-də isə
ölkələr üzrə bəzi əmsallar verilmişdir. Cədvəldə GO - ümumi buraxılışı (Gross
Output), D - son tələbi (Final Demand), GVA (Gross Value Added) - ümumi
əlavə dəyəri bildirir. ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Meksika, Argentina,
Kanada, Kipr, Gürcüstan, Yunanıstan, Hindistan, Qazaxıstan, Azərbaycan, Misir,
Norveç, Filippin, İsveçrə, Tunis, BƏƏ və Venesuelada son məhsul və ümimi əlavə
dəyər ümumu buraxılışın 50 faizdən çox hissəsini təşkil edirsə, qalan ölkələrdə
bu göstərici 50 faiz və ya 50 faizdən aşağı səviyyədə qərarlaşmışdır (Cədvəl 4).
Cədvəl 4. Əmsallar
Ölkələr
Son
məhsulların
ümumi
buraxılışda
payı,%
Əsas
qiymətlərlə
ƏD norması
əmsalı
Ölkələr
Son
məhsulların
ümumi
buraxılışda
payı,%
Əsas qiymətlərlə
ƏD norması əmsalı
D/GO
GVA/GO
D/GO
GVA/GO
Albaniya
0.492836
0.485600
Latviya
0.458115
0.452700
Argentina
0.552726
0.551971
Litva
0.509222
0.521700
Ermənistan
0.642447
0.645237
Lüksemburq
0.363481
0.360700
Avstraliya
0.477081
0.476000
Malayziya
0.491904
0.490000
Avstriya
0.481981
0.484000
Malta
0.440671
0.435826
Azərbaycan
0.683336
0.680887
Meksika
0.582434
0.582700
Belarus
0.354918
0.379982
Niderland
0.467411
0.470378
Belçika
0.423016
0.424400
Yeni Zelandiya
0.468848
0.468994
Braziliya
0.494926
0.493000
Norveç
0.521764
0.519872
Bolqarıstan
0.402440
0.401540
Pakistan
0.490536
0.490000
Kanada
0.516583
0.517000
Peru
0.492475
0.490000
Çili
0.500113
0.503600
Filippin
0.589674
0.585954
Çin
0.339607
0.341000
Polşa
0.447351
0.447496
Kolumbiya
0.533290
0.531800
Portuqaliya
0.461680
0.462257
Kipr
0.570072
0.560000
Koreya Resp.
0.403119
0.402299
Çex Resp.
0.340875
0.340000
Moldova
0.398173
0.399815
Danimarka
0.465040
0.465000
Rumıniya
0.459883
0.460192
Misir
0.621465
0.625000
Rusiya
0.490702
0.492340
Estoniya
0.420101
0.409875
Serbiya
0.433185
0.432253
Finlandiya
0.457871
0.428200
Singapur
0.490687
0.490000
Fransa
0.501290
0.504100
Slovakiya
0.384374
0.383806
Gürcüstan
0.584850
0.585555
Sloveniya
0.444389
0.441687
Almaniya
0.497030
0.496950
Cənubi Afrika
0.452204
0.452078