Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə62/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   58   59   60   61   62   63   64   65   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
168 
qaz (LNG) kanalları ilə daha yaxından əlaqələndirilir.
Bəs Avropada bu strateji məhsul ilə bağlı işlərin cari vəziyyəti necədir? Sta-
tistikaya istinad edərək qeyd edə bilərik ki, Aİ-nin mühüm təbii qaz ehtiyatları 
Şimal dənizində yerləşir. Ən böyük istehsalçılar Böyük Britaniya, Hollandiya və 
Norveçdir. Regiona idxal olunan qazın üçdə iki hissəsi isə dünyanın ən böyük 
təbii qaz təchizatçısının – Rusiyanın inhisarçı “Qazprom” şirkətinin payına dü-
şür. Bu həcmin 80%-i Ukraynaya məxsus olan boru kəmərləri və Baltik dənizinin 
dibində çəkilən yeni yaradılmış “Nord Stream” kəməri vasitəsilə nəql olunur. 
Digər hissəsi isə kiçik boru şəbəkələri ilə Belarus üzərindən Polşa və Almaniya 
istiqamətində keçir. Avropaya idxal edilən qazın qalan hissəsi Əlcəzairdən gəlir. 
Avrostatın 2011-ci ildəki məlumatına görə, təbii qazın istehsalı Aİ-nin 27 
üzv ölkəsində 2010-cu illə müqayisədə 9,8% azalaraq 153.7 milyon ton neft 
ekvivalentində olmuşdur. Aİ-17 (“avro” pul vahidinin işləndiyi ölkələr – avro-
zona  ölkələri)  üçün  isə  azalma  4,3%  təşkil  edib  və  istehsal  84,9  milyon  ton 
neft ekvivalentində olmuşdur. Təbii qazın əsas Aİ istehsalçıları arasında Böyük 
Britaniyada istehsalın azalması 20,7%-ə qədər, Danimarkada 13,5%, Almaniya-
da 5,4%, Hollandiyada 4,6% və Macarıstanda 1,5%  qeydə alınıb. Polşada isə 
əksinə, təbii qazın istehsal olunmasında 3,3% artım müşahidə edilmişdir.
Toplam  olaraq  Aİ-nin  27  ölkəsində  391,2  milyon  ton  neft  ekvivalentində 
olan təbii qaz idxalı 0,9% azalmışdır. Avrozonaya daxil olan 17 ölkədə bu idxal 
302,8 milyon ton neft ekvivalentində olmuş, istehsal 3,5% azalmışdır. Rusiya 
Federasiyası təbii qazın əsas qaynaq ölkəsi olduğundan idxalda 33,0% (daxi-
li Aİ ticarəti istisna edilməklə), Norveç 26,6%, Əlcəzair 12.9%, Qətər 11.0% və 
Nigeriya 4.3% verir.
Statistikanın  verdiyi  məlumatlara  əsaslanaraq  belə  bir  ümumi  nəticəyə 
gəlmək olar ki, daxili resurs bazasının məhdud olması səbəbindən Aİ xarici ener-
ji təchizatından əhəmiyyətli dərəcədə asılıdır. Bəzi hesablamalara görə, növbəti 
20  il  ərzində  Aİ-nin  enerjiyə  olan  tələbatı  daha  35-40%  arta  bilər.  Beləliklə, 
bu gün Aİ-nin enerji təminatı bazar konyekturasından, geosiyasi amillərdən, 
tranzit və hasilatçı ölkələrdəki siyasi sabitlikdən əhəmiyyətli dərəcədə asılıdır.
Böyük Qara dəniz məkanının formalaşması
Enerji  balansında  olan  bu  dəyişiklik  müasir  Avropanın  geosiyasi 
prioritetlərində necə öz əksini tapmışdır? Məlumdur ki, ötən əsrin ortalarında 
elektroenergetikanın istehsalında kömürdən neftə keçilməsi iqtisadi və siyasi 
sistemlərə  özünəməxsus  bir  inqilabi  dəyişiklik  gətiridi.  Gələcəkdə  isə  “üstün 
tutulan yanacağ”ın seçimi nəticəsində istehsalın neftdən təmiz qaza və bunun 
nəticəsində təmiz energetikaya keçid üçün şərait yaradılmalıdır. Onillər ərzində 
formalaşdırılmış  və  inkişaf  etdirilmiş  neftə  söykənən  enerji  təhlükəsizliyinin 
təbii qaza keçidi ilə yenicə inkişaf edən enerji təhlükəsizliyinin daha dinamik 
və regional təmayüllü olacağı görünür. Bundan əlavə, enerji təhlükəsizliyinin 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
169
formalaşmasına  və  müzakirəsinə  təsir  edən  maraqlı  tərəflərin  artan  sayı  ilə 
neftdən qaza baş verən keçid qaçılmaz olaraq regional enerji siyasətinin ortaya 
çıxmasına səbəb olacaq. Belə ki, təbii qaz əsasında yaranan enerji siyasətinin 
regional ölçüsü üçün xüsusi olaraq səmərəliliyini nəzərə alaraq, texnoloji, ge-
osiyasi, iqtisadi aspektlərinin kəsişməsi Aİ-nin müasir enerji siyasətinin fərqli 
cəhətlərinə öz töhfəsini verir.
Yuxarıda  qeyd  etdiyimiz  bu  aspekt,  Slavomir  Raşevski  kimi  müasir 
geosiyasətin bir çox yeni tədqiqatçılarına əsasən, Avropa və onun yaxın qon-
şularını, o cümlədən Rusiya, Orta Şərq, Şimali Afrika, “Böyük Qara dəniz” adı 
altında  birləşdirilən  Qara  və  Xəzər  dənizləri  regionları  kimi  böyük  bir  coğ-
rafi  ərazini  əhatə  edən  sahənin  birləşdirilməsinə  imkan  vermişdir.  Dünyanın 
təsdiq edilmiş ən böyük qaz ehtiyatlarının eyni zamanda ümumi bir qonşu-
luqda  yerləşməsi  təbii  qazın  əldə  edilməsi 
üçün  siyasi  fəaliyyətin  dinamika  vektorunu 
qaçılmaz  olaraq  inteqrasiyaya  hədəfləyir 
və  müvafiq  tədbirlər  görməyi  tələb  edir. 
Geosiyasətdə  və  enerji  sənayesinin  siyasi 
iqtisadiyyatında Böyük Qara dəniz regionu-
nun yeni siyasi əhəmiyyəti müvafiq qərarlar 
gəbul etməyə təkan verir. Tədqiqatçılar açıq 
dənizlərə çıxış imkanları məhdud olan Xəzər 
regionunun  coğrafi  spesifikasını,  neft  və 
qaz  ehtiyatlarının  zənginliyi  əsasında  for-
malaşmış  regional  eyniliyini  qəbul  edərək, 
eyni zamanda enerjini istehsal edən Qafqaz, 
Mərkəzi Asiya regionlarını və Avropa ilə is-
tehlak ölkələr arasında tranzit məkanı kimi 
Qara dəniz regionunu, xüsusilə Türkiyəni və 
Xəzəri vahid bir məkanda birləşdirirlər. Bö-
yük Qara dəniz regionunun genişləndirilmiş 
ərazisi  buradaki  enerji  istehsalçılarının, 
Azərbaycan da daxil olmaqla, eləcə də tranzit ölkələrin, xüsusilə Türkiyənin bir 
“ümumi evi”dir [3, s. 295]. 
Ancaq istehlakçılar və enerji istehsalçıları arasındakı mövcud balansda əks 
tərəfin üstünlük qazanması prosesinin davam etməsi səbəbindən maraqlı tərəflər 
kimi satıcıların və xüsusən enerji resurslarının tranzitinə malik olan dövlətlərin bu 
danışıqlar prosesində çəkiləri artır. Ümumiyyətlə, Raşevskinin nəticələri ilə razı-
laşaraq onu da əlavə etməliyik  ki, biz bu yenicə təyin edilmiş geosiyasi məkan 
komponentlərinin mövcudluğu kimi müstəqil aktorların meydana gəlməsini də 
unutmamalıyıq. Nəticədə, beynəlxalq hüquqda dövlətlərin suverenliyi məsələsi 
prioritet  müzakirə  obyektindən  çıxmasına  baxmayaraq,  qlobal  resurs  və  siya-
si, eyni zamanda, təhlükəsizlik məsələlərinin özünəməxsus məhdudiyyətlərinə 
Tədqiqatçılar açıq dənizlərə 
çıxış imkanları məhdud olan 
Xəzər regionunun coğrafi 
spesifikasını, neft və qaz ehti-
yatlarının zənginliyi əsasında 
formalaşmış regional eyniliyini 
qəbul edərək, eyni zamanda 
enerjini istehsal edən Qafqaz, 
Mərkəzi Asiya regionlarını və 
Avropa ilə istehlak ölkələr ara-
sında tranzit məkanı kimi Qara 
dəniz regionunu, xüsusilə 
Türkiyəni və Xəzəri vahid bir 
məkanda birləşdirirlər. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə