Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə29/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
74 
sahədə  Azərbaycana  mühüm  xidmətlər 
göstərmiş,  torpaqlarımızın  müdafiəsi  ilə 
bağlı fəaliyyətində bir sıra  nailiyyətlər əldə 
etmişdi.  B.Şahtaxtinski  Azərbaycanın  mil-
li  taleyini  müəyyənləşdirən  məsələlərin,  ilk 
növbədə  ölkəmizin  ərazi  bütövlüyünün  və 
bununla  da  ərazi  problemlərinin,  ən  baş-
lıcası  isə  Naxçıvanla  bağlı  problemin  həlli 
istiqamətində  ciddi  səy  göstərmiş,  tor-
paqlarımızın  Azərbaycanın  tərkibində  qal-
masını  əzmkar  fəaliyyəti  ilə  şərtləndirən 
şəxsiyyətlərdən biri olmuşdur.
Moskvada B.Şahtaxtinski geniş fəaliyyətə 
başlamışdı.  V.İ.Leninə,  həmçinin  Xalq  Xa-
rici  İşlər  Komissarlığına  göndərdiyi  bir 
sıra  məruzə  və  məktublarında  o,  So-
vet  Azərbaycanının  daxili  və  beynəlxalq 
vəziyyətinin  yaxşılaşdırılmasına,  xüsusilə 
erməni  məsələsinə  dair  konkret  tədbirlər 
həyata  keçirməyin  zəruriliyini  bildirmiş, 
hətta  Amerikada  25  minlik  erməni  dəstəsinin  təşkil  edildiyini  və  Andranikin 
başçılığı altında Ermənistana yollandırıldığını V.İ.Leninin nəzərinə çatdırmışdı. 
Bu  kontekstdə  onu  da  qeyd  edək  ki,  Sovet  Rusiyasının  Azərbaycan  ilə 
Ermənistan  arasında  münaqişələrin  həlli  istiqamətində  tutduğu  mövqe  və 
atdığı  addımlarda  ermənipərəst  əhval-ruhiyyəsi  xüsusilə  Naxçıvan  diyarına 
münasibətdə özünü aydın göstərirdi. Ermənilərə ənənəvi meyil himayədarlıq 
amili  ilə  yanaşı,  Sovet  Rusiyasının  ermənipərəst  mövqe  tutmasında  konkret 
geosiyasi  motivlər  də  özünü  büruzə  verirdi.  Azərbaycanı  artıq  ələ  keçirmiş 
rus  bolşevikləri  öz  tərəfinə  keçirmək  üçün  erməniləri  torpaq  hədiyyələri  ilə 
şirnikləndirmiş və Zaqafqaziyadakı geosiyasi mübarizədə bu amildən lazımınca 
istifadə etməyi məqsədəuyğun hesab etmişdi.
Əslində,  bu  regionda  Rusiyanın  ikili  mövqe  sərgiləməsi  onun  “va-
hid  və  bölünməz”  imperiya  maraqlarından  irəli  gəlirdi.  Bu  haqda  sonra-
lar B.Şahtaxtinski demişdi: “Azərbaycan Türkiyə ilə Rusiya arasında bir əlaqə 
vasitəsidir. Şərqin oyanması üçün gələcək bəşər məqsədinin körpüsüdür” [8. 
f.195, s.1, iş 21, vərəq 8-9].
B.Şahtaxtinski  Sovet  Rusiyasının  Azərbaycanın  bəzi  torpaqlarının 
Ermənistana  verilməsi  planlarını  çox  gözəl  bildiyindən  1920-cı  il  avqustun 
4-də RSFSR XKS-nin sədri V.İ.Leninə və xalq xarici işlər komissarı G.V.Çiçerinə 7 
bölmədən ibarət məktub göndərmişdi [3, f.1, siy.2, iş.59, v.237-239]. Məktubda 
aşağıdakı fikirlər əksini tapmışdı: “Ermənistanla sülhün bağlanması ilə əlaqədar 
məlumatları nəzərə alaraq mən aşağıdakıları bildirməyi özümə borc bilirəm:
1. Ermənistana, demək olar ki, bütün Naxçıvan diyarının və Şahtaxtı-İrəvan 
dəmiryolu xəttinin verilməsi daşnaklara Bakı dəmiryolundan istifadə etməyə 
Sovet Rusiyasının Azərbaycan 
ilə Ermənistan arasında 
münaqişələrin həlli 
istiqamətində tutduğu 
mövqe və atdığı addımlarda 
ermənipərəst əhval-ruhiyyəsi 
xüsusilə Naxçıvan diyarına 
münasibətdə özünü aydın 
göstərirdi. Ermənilərə 
ənənəvi meyil himayədarlıq 
amili ilə yanaşı, Sovet 
Rusiyasının ermənipərəst 
mövqe tutmasında konkret 
geosiyasi motivlər də özünü 
büruzə verirdi. 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
75
və Maku xanlığından köhnə ehtiyatdan 8 mln. pud, təzə məhsuldan 3 mln. pud 
buğda, 20 mindən az olmayaraq iri qaramal, milyonlarla pud quru meyvələr 
çıxarmağa imkan verəcək. Azərbaycan və Sovet Rusiyasına, şübhəsiz ki, lazım 
olan  bu  ehtiyatlar  daşnaklar  tərəfindən  ən  qısa  müddət  ərzində  dəmiryolu 
vasitəsilə çıxarılacaq.
2.  Daşnaklara  Şahtaxtı-Maku,  Şahtaxtı-İrəvan,  Culfa-Təbriz  dəmiryolu 
xətlərinin  və  Urmiya  gəmiçiliyinin  verilməsi  ilə  zəngin  İran  ehtiyatlarının 
Ermənistan, Gürcüstan və Avropaya sərbəst ixracı baş verəcək. Qeyd edək ki, 
daşnaklar, İran kapitalistləri və İngiltərə buna üç il ərzində nail olmağa çalışır-
dılar.
3.  Bu  ehtiyatların  köməyilə  daşnak  hökuməti  erməni  xalqının  narazılığını 
azaltmaq, Antanta dövlətlərinin gücünə inamı möhkəmləndirmək, Sovet Ru-
siyasında  nüfuzunu yüksəltmək və tək özünü deyil, gürcü ordusunu da əla 
təmin etmək imkanı əldə edəcəkdir.
4.  Şahtaxtı-İrəvan  (100  verst)  və  Şahtaxtı-Culfa  dəmiryolu  xətlərinin 
Ermənistandan  keçməsi  daşnaklara  İran  Azərbaycanına  daxil  olmağa  imkan 
verir, bu həm də onları İrandakı ingilis qüvvələri ilə birləşdirir.
5.  Naxçıvan  diyarı  mühüm  siyasi,  iqtisadi  və  strateji  əhəmiyyətə  malik-
dir,  çünki  buradan  keçən  dəmiryolu  xətti  İranın  Maku  xanlığına  və  oradan 
Türkiyənin Bayəzid şəhərinə, digəri isə İranın Təbriz şəhərinə aparır. Beləliklə, 
mühüm dəmiryolu məntəqəsi kimi Naxçıvan diyarı bizi Türkiyə və İranın zəngin 
əraziləri  ilə  birləşdirir.  Azərbaycan  və  Rusiya  daşnakların  xeyirinə  bu  vacib 
birləşdirici məntəqədən imtina etməməlidirlər. 
6.  Naxçıvan  diyarının  əhalisi  1918-ci  ildə  türklərin  gedişindən  sonra 
müvəqqəti olaraq Araz Respublikasının yaradılmasına etiraz etmişdi. Bir neçə 
il ərzində Naxçıvan diyarının əhalisi öz müstəqilliklərini daşnaklardan qorudu... 
Diyarı ələ keçirmiş İngiltərənin müdaxiləsi nəticəsində bu ərazi zorla, əhalinin 
etirazına baxmayaraq, daşnaklara verildi. Ancaq ingilis qoşunları buranı tərk 
etdikdən dərhal sonra üsyan başladı, daşnak qoşunları... darmadağın edildi... 
Bu diyarın daşnaklara verilməsi xalqların özünütəyinetmə prinsipini və Sovet 
Azərbaycanının hüquqlarını açıq şəkildə pozurdu.
7.  Naxçıvan  diyarının  xalqı  sovet  quruluşunu  tətbiq  etdi,  kommunistlərin 
simasında  xilaskarlarını  gördü.  Xalq  ağlına  gətirməzdi  ki,  Sovet  Rusiyası 
əhalinin  iradəsinə  qarşı  çıxaraq,  diyarı  daşnaklara  verəcək,  hərcənd  ki  onla-
rın  hakimiyyəti  altında  nəinki  sovet  quruluşu  məhv  edilir,  həmçinin  daşnak 
Ermənistanın  ərazisində  yüzlərlə  müsəlman  kəndlərinin  başına  gəldiyi  kimi, 
əhalinin fiziki mövcudluğuna açıq-aydın təhlükə yaranır. Ümid edirəm ki, So-
vet  Rusiyasının  hökuməti  mənim  bəyanatımı  diqqətsiz  qoymayacaq,  Sovet 
Azərbaycanının və Sovet Rusiyasının özünün hüquqları və maraqlarının pozul-
masına yol verməyəcək.
B.Şahtaxtinskinin bu məktubu, sözsüz ki, çox mühüm siyasi sənəd idi. Çətin 
bir dövrdə Azərbaycanın ərazilərindən məhrum edilməsi ehtimalının yüksək ol-
duğu bir şəraitdə diplomat B.Şahtaxtinski Sovet Rusiyasının başçısı qarşısında 
ərazilərinin tutulması ilə razılaşmayan bir xalqın iradəsini qoymuşdu. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə