Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə25/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
64 
Onlar gənc və gözəl qadınları və qızları yaxalayır və zorlayırdılar” [18, s.169]. 
FİK-in materiallarında zərərçəkmiş qadınların çoxlu sayda şahid ifadələri vardır, 
lakin qız və qadınların bir çoxu utanır, ətraflı ifadə vermir, yaxud da ümumiyyətlə 
ifadə verməkdən boyun qaçırırdı.
Şahidlərin  və  hadisələri  bilavasitə  görənlərin  ifadələri  ilə  müəyyən  olun-
muşdu ki, ermənilər Cənubi Qafqazın müsəlman əhalisinin sistemli şəkildə qı-
rılması və onların ərazilərinin ələ keçirilməsi ilə əlaqədar bütöv bir plan hazır-
lamışdılar. Ermənilər azərbaycanlıları çox vaxt qeyri-adi, inanılmaz qəddarlıqla 
qətlə yetirirdilər: onların canlı-canlı dərisini soyur, divara mismarlayır, süngü 
ilə gözlərini oyur, qulaqlarını kəsir, ağaclardan asırdılar. Hətta təhqiqatı aparan 
təcrübəli  hüquqşünaslar  belə  erməni  şovinistlərinin  dəhşətli  cinayətlərindən 
sarsılmışdılar. FİK-in işinə cəlb olunmuş fotoqraf Vladimir Sokolov divara kazak 
çivi ilə mismarlanmış ikiyaşlı uşağı və digər kiçik uşaqları çəkərkən, bu vəhşiliyin 
ağırlığına dözməmişdi. Bundan sonra o, erməni cinayətlərinin izlərini çəkməyə 
davam etməkdən imtina etmişdi (19).
Amerika tarixçisi Firuz Kazımzadə 1951-ci ildə ABŞ-da nəşr olunmuş kita-
bında  yazırdı:  “Ermənilər  bolşevizm  maskası  altında  müsəlmanların  üzərinə 
hücum etdilər; bir neçə dəhşətli gün ərzində on iki min insanı qırdılar ki, on-
ların arasında qocalar, qadınlar, uşaqlar çox idi” [20, s.78]. Belə bir vəziyyətdə 
Bakının  başda  Osmanlı  qoşunları  olmaqla  Qafqaz  İslam  Ordusu  tərəfindən 
bolşeviklərdən və ermənilərdən azad edilməsi Bakı əhalisini ermənilərin son-
rakı terrorundan qurtardı. 1918-ci il sentyabrın 14-15-də ermənilər şəhəri tərk 
etdilər [21, s.16].
5. Azərbaycan qəzalarında qadınların soyqırımı 
Ermənilər Naxçıvan, Qarabağ, Zəngəzur, Cavanşir, Sürməli və digər qəzaların 
müsəlman əhalisinin də qanını axıtmış və qırmışdılar. Sözügedən ərazilərdə si-
lahlı quldurlarla yanaşı, əsasən Ermənistan Respublikasının hökumət qoşunları 
da fəaliyyət göstərirdi. Onlar nəinki müsəlman əhalisini məhv edir, eyni zaman-
da həmin əhalinin yaşamasının təsərrüfat əsaslarını təxrib edirdilər. Tədqiqatçı 
Aslan  Xəlilov  hesab  edir  ki,  “Qars  vilayətində  ermənilər  erməniləşdirmə  və 
müsəlmansızlaşdırma siyasətini yürüdürdülər” və bu məqsədə çatmaq üçün 
ən çirkin hərəkətlərə və cinayətlərə hazır idilər [22, s.55].
1918-ci il dekabrın 20-də Azərbaycan parlamentinin təcili çağırılmış iclasın-
da Gəncə quberniyasının müsəlman əhalisinə qarşı Ermənistan Respublikası-
nın təcavüzü müzakirə olunmuşdu. Qarabağdan olan deputat Allahverdibəyov 
hələ  1918-ci  il  dekabrın  15-də  “Qarabağda  Andranikin  bandaları  tərəfindən 
törədilən  azğınlıqlarla  əlaqədar  oradakı  hadisələr  haqqında  sorğu”  vermişdi 
[22, s.42]. Parlamentin iclasında deputat Məhərrəmov da insanların nə cinsinə, 
nə də sağlamlığına məhəl qoymadan müsəlman kişilərinin, qadınlarının, uşaq-
larının və qocalarının qanını tökmüş Andranikin bandalarının azğınlıqları haq-


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
65
qında məruzə etmişdi [22, s.43].
Təbiidir  ki,  bütün  bu  dəhşətli  qırğınlarda  hamıdan  çox  qadınlar  əziyyət 
çəkirdilər.  Onlar  öz  ərlərini,  oğullarını  və  qardaşlarını  itirir  və  bununla  da 
həyatda  dəstəkdən  məhrum  olur,  ev-eşiklərindən  didərgin  düşürdülər.  Bir 
azərbaycanlı  qadının  taleyinin  nümunəsində  eyni  taleyi  yaşamış  minlərlə 
müsəlman qadınının vəziyyətini təsəvvür etmək olar. Belə ki, Tavat adlı bir qı-
zın toy günü ermənilər onun Qubadlıdakı kəndinə hücum etmiş, bütün əhalini 
qırmış,  valideynlərini,  qardaşlarını,  bacılarını  və  nişanlısını  qətlə  yetirmiş, 
kəndi yandırmışdılar [23, s.509]. Sağ qalmış kişilər və hətta qadınlar doğma 
torpaqlarının müdafiəsinə qalxmışdılar. Gəlinliyini soyunmuş on səkkiz yaşlı 
qız  əlinə  silah  alaraq,  kişilərlə  bərabər  onların  kəndini  ələ  keçirmiş  erməni 
millətçilərinə  qarşı  savaşmışdı  [24,  s.87].  Öz  cəsarət  və  igidliyinə  görə  qız 
“Erkək Tavat” ləqəbini almışdı. Erməni daşnakları onun bütün həyatını alt-üst 
etmişdilər. İndidən belə onun nə ailəsi var idi, nə də doğmaları; o, qadınlığını 
və bir qadın kimi ev sahibəsi olmaq və uşaqlar böyütmək haqqını unutmaq 
məcburiyyətində qalmışdı. On minlərlə azərbaycanlı qadın da bu vəziyyətdə 
idi: erməni millətçilərinin öz qonşularının torpaqlarını ələ keçirmək siyasəti 
nəticəsində onların həyatı tar-mar olmuşdu. Prinsip etibarilə, 1918-1920-ci 
illərdə erməni-azərbaycanlı münaqişəsi iki ölkə – Azərbaycan və Ermənistan 
arasında  tammiqyaslı  müharibəyə  çevrilmişdi.  1919-cu  il  noyabrın  23-də 
bu  respublikalar  arasında  mübahisəli  ərazi  məsələlərinin  həllinədək  hərbi 
əməliyyatların  dayandırılması  haqqında  saziş  əldə  olunsa  da  [25],  erməni 
tərəfi Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və digər Azərbaycan 
torpaqlarında  etnik  təmizləmə  siyasətini  həyata  keçirməkdə  davam  edirdi. 
Təkcə İrəvan quberniyasında ermənilər 211 Azərbaycan kəndini yerlə yeksan 
etmişdilər [26, s.24-27]. Sarı Hacalı kəndindən demək olar ki, bütün qadın-
lar  aparılmışdı;  onların  döşü  kəsilmiş  cəsədləri  sonralar  tapılmışdı  [15,  v.4, 
arxa]. Axşam kəndində erməni əsgərləri 9 qadını və 10 azyaşlı uşağı qılıncdan 
keçirmişdilər.
Zəngəzurun Bayandur, Şayıflı, Qaraçiman və digər Azərbaycan kəndlərində, 
arxiv sənədlərinin məlumatlarına əsasən, ermənilər misli görünməmiş vəhşiliklər 
törətmişdilər.  Ermənilər  2254  insanı  qətlə  yetirmiş    (onlardan  257-si  qadın, 
153-ü uşaq),  304 nəfəri yandırmışdılar (onlardan 53-ü qadın, 39-u uşaq) [27]. 
Misal  üçün,  ermənilər  səhər  erkən  Ərəş  qəzasının  Kürd  kəndini  mühasirəyə 
almış, sonra kəndə soxularaq sakinləri öz evlərində öldürməyə başlamışdılar. 
İnsanların  bir  çoxu  hələ  yuxulu  olduğundan  qaçmağa  macal  tapmamışdı-
lar. Ermənilər 68 nəfəri öldürmüşdülər, özü də qətlə yetirilənlərin əksəriyyəti 
qadınlar və uşaqlar idi [28]. Sənədlərdə göstərilir ki, ermənilər kəndliləri “bu 
zaman  inanılmaz  dərəcədə  vəhşiliklə  öldürürdülər:  süngü  ilə  deşir,  xəncərlə 
şaqqalayır, insanların üzündən dərilərini soyur, çağaları havaya atır və tikə-tikə 
doğrayır, diri-diri evlərinin divarlarına mismarlayırdılar”. Kürd kəndinin bütün 
küçələri qana boyanmışdı [28].


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə