Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə23/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
56 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
57
ERMƏNİSTAN-AZƏRBAYCAN 
DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİ “ERMƏNİ 
MƏSƏLƏSİ”  KONTEKSTİNDƏ


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
58 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
59
Açar sözlər: 1918-ci il mart soyqırımı, erməni terroristləri, daşnaklar, Bakı 
Soveti, Azərbaycan Xalq Cümhuriyyəti, Fövqəladə İstintaq Komissiyası 
 
Key words: March genocide of 1918, the Armenians terrorist, Dashnaks, of 
Baku Council, Azerbaijani Democratic  Republic, Extraordinary Investigation 
Commission
 
Ключевые  слова:  мартовский геноцид 1918 года, армянские терро-
ристы, дашнаки, Бакинский Совет, Азербайджанская Демократическая 
Республика, Чрезвычайная Следственная Комиссия
Ermənilər 
tərəfindən 
soyqırıma məruz 
qalmış Azərbaycan 
qadınları 
(1918-1920-ci illər)
Lətifə 
ƏLİYEVA
Azərbaycan  Respublikası Prezidentinin
İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
elmi işlər üzrə direktor müavini, tarix üzrə 
fəlsəfə doktoru
latifa-aliyeva@rambler.ru


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
60 
Giriş
Azərbaycan tarixşünaslığında bu vaxtadək 1918-1920-ci illərdə soyqırıma 
məruz qalmış qadınların aqibəti və vəziyyəti xüsusi tədqiqat obyekti olmamış-
dır.  Azərbaycanın  dövlət  müstəqilliyini  bərpa  etməsindən  sonra  on  minlərlə 
qurbanlar bahasına başa gələn soyqırımı faciəsinin hərtərəfli və obyektiv elmi 
dərki prosesinə başlamaq mümkün oldu. On illər boyu arxivlərdə məxfilik qrifi 
altında gizlədilmiş faciəli hadisələrlə əlaqədar tarixi həqiqətin aşkara çıxarılma-
sı bu gün aktual problemlərdən biridir. 
Arxivlərdə  1918-1920-ci  illərdə  erməni  millətçilərinin  müsəlman  əhalisini 
total şəkildə qırmaları haqqında məlumat və faktları ehtiva edən sənədlər sax-
lanılır.  Azərbaycanlıların  soyqırımı  haqqında  mühüm  sənədlərə  Azərbaycan 
Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində də  rast 
gəlinir.
 
1. Türk-müsəlman əhalisinin qətliamı
1918-ci ilin mart hadisələrinə dövlət səviyyəsində ilk dəfə azərbaycanlıların 
soyqırımı kimi rəsmi siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyev tərəfindən verilmişdir. Prezidentin “Azərbaycanlıların soyqırımı haqqın-
da” 26 mart 1998-ci il tarixli Fərmanında xüsusi olaraq vurğulanır: “Azərbaycan 
xalqına  qarşı  dəfələrlə  törədilmiş  və  uzun 
illərdən  bəri  öz  siyasi-hüquqi  qiymətini 
almamış  soyqırımı  da  tarixin  açılmamış 
səhifələrindən biridir” [1].
XX  əsrin  əvvəllərində  baş  vermiş  bu 
qanlı  hadisələrə  Azərbaycanın  dövlət  və 
siyasi  xadimləri  tərəfindən  də  münasibət 
bildirilmiş,  ətraflı  təhlil  edilmişdir.  Mart 
hadisələrinin  ildönümünə  həsr  olunmuş 
məqaləsində  M.Ə.Rəsulzadə  bunu  “türk-
müsəlman əhalisinin qətliamı” adlandırmış-
dı  [2].  O  hesab  edirdi  ki,  bu,  bolşeviklərin 
ətraflı  düşünülmüş,  ölçülüb-biçilmiş  planı 
idi və daşnakların köməyi ilə həyata keçiril-
mişdi [2].
Azərbaycanın  ovaxtkı  görkəmli  dövlət 
xadimlərindən olan Ə.M.Topçubaşov hesab 
edirdi ki, bolşeviklər Bakıda hakimiyyəti ələ 
keçirmək  məqsədilə  müsəlman  əhalisinin 
qırğınını  çoxdan  hazırlayırdılar  və  qadın-
uşaq demədən hamını məhv etməyə hazır 
idilər [3, s.130]. 
1918-ci ilin mart hadisələrinə 
dövlət səviyyəsində ilk 
dəfə azərbaycanlıların 
soyqırımı kimi rəsmi siyasi 
qiymət Azərbaycan xalqının 
ümummilli lideri Heydər 
Əliyev tərəfindən verilmişdir. 
Prezidentin “Azərbaycanlıların 
soyqırımı haqqında” 26 mart 
1998-ci il tarixli Fərmanında 
xüsusi olaraq vurğulanır: 
“Azərbaycan xalqına qarşı 
dəfələrlə törədilmiş və 
uzun illərdən bəri öz siyasi-
hüquqi qiymətini almamış 
soyqırımı da tarixin açılmamış 
səhifələrindən biridir”. 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
61
Başda Stepan Şaumyan olmaqla bolşeviklərin rəhbərlik etdiyi daşnakların 
cinayətlərini azərbaycanlı bolşeviklər də tənqid etmişdilər. Görkəmli dövlət xa-
dimi Nəriman Nərimanov yazırdı: “Şamaxıda daşnak Əmirovun və Styopa Lala-
yevin törətdiklərinə nə ad qoymaq olar?” [4, s.185]. Bəlli olduğu kimi, 1918-ci il  
aprel ayının əvvəlində S.Şaumyan tərəfindən Şamaxıya göndərilmiş S.Lalayev 
müsəlman  qadın  və  uşaqları  məscidə  toplayaraq,  onları  canlı-canlı  yandır-
mışdı [5, s.20]. N.Nərimanov kədər hissi ilə qeyd edirdi: “Nəticədə müsəlman 
qadınları  uşaqları  ilə  kütləvi  şəkildə  daşnakların,  yəni  “sovet  hakimiyyətinin 
müdafiəçilərinin”  əsirliyində  bulunmuş  oldular”  [6,  s.59-60;  7,  s.176].  “Bura-
daca bizim müdafiəçilərimiz – daşnaklar tərəfindən qadınlara qarşı törədilmiş 
iyrənc təhqirlər haqqında necə susmaq olar?” – deyə N. Nərimanov yazırdı [5, 
s.60]. Bu hadisələrə qiymət verən Mir Cəfər Bağırov Azərbaycan Kommunist 
(bolşeviklər) Partiyasının XXII qurultayındakı çıxışında qeyd edirdi: “1918-ci ildə 
Amazasp, Abram Valuyants, polkovnik Avetisov sovet hakimiyyəti uğrunda sa-
vaşmırdılar. Mən iştirakçı idim, təəssüflər olsun ki, Amazaspın dəstəsinin üzvü 
idim və onların Qubada nələr etdiklərini görmüşdüm. Hələ mən Şamaxıda və 
başqa yerlərdə törədilənlərdən danışmıram” [7].
1918-ci ildə Birinci Dünya müharibəsi başa çatdı. Xalqlar sülh əldə etdilər. 
Fəqət  Azərbaycan  xalqı  savaşmaq,  öz  qonşularının  hücumlarını  dəf  etmək 
məcburiyyətində qalmışdı. Ermənilər yaranmış mürəkkəb vəziyyətdən yararla-
naraq, Azərbaycan ərazilərini zəbt etməyə və onların hesabına öz dövlətlərini 
qurmağa  can  atırdılar.  Erməni  əraziləri  haqqında  söz  salan  Bakı  şəhərinin 
ovaxtkı rəisi Martınov bu hadisələrdən xeyli əvvəl bildirirdi ki, “ermənilərin... 
Qafqazda öz əraziləri yoxdur. Nəinki quberniya, hətta elə bir qəza yoxdur ki, 
o, müstəsna erməni ərazisi hesab edilsin. O zaman soruşulur: gələcək erməni 
dövləti üçün ərazi haradadır?” [8].
Qarşıya  qoyulmuş  məqsədin  həyata  keçirilməsi,  yəni  ərazilərin  onların 
həqiqi sahiblərindən – azərbaycanlılardan “azad” edilməsi üçün erməni silah-
lıları  etnik  təmizləmə  siyasəti  aparır  və  torpaqları  qəsb  edirdilər.  Onlar  yerli 
müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri öz evlərindən didərgin 
salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və öldürürdülər. 
 2.  Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Ko-
missiyasının (FİK) materialları o illərin qanlı hadisələrini öyrənmək baxımından 
xüsusi əhəmiyyət kəsb edir. 1918-ci ildə müstəqil respublikanın gənc hökuməti 
qarşısında bir sıra mürəkkəb vəzifələr dururdu. Bu vəzifələrdən biri də 1918-
ci ildə ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri cinayətlərin açılma-
sı üçün istintaq hərəkətlərinin təşkil edilməsi idi. Hər şeydən öncə Bakıda və 
onun  qəzalarında  ermənilər  tərəfindən  azərbaycanlıların  soyqırımının,  yəni 
dinc əhalinin etnik əlamətə – türk-müsəlman mənşəyinə görə kütləvi qırğını-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə