Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə20/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
49
Mahnı Müsabiqəsinin (ing. Eurovision Song Contest, fr. Concours Eurovision 
de la Chanson) (2012), Birinci Avropa Oyunlarının (2015) və s. Azərbaycanda 
keçirilməsi ingilis dilinin qlobal lingua franca kimi Azərbaycanın dil məkanında 
daha geniş istifadə edilməsinə və onun öyrənilməsi ilə əlaqədar marağın art-
masına da səbəb ola bilər. 
Bu  baxımdan  maraqlı  haldır  ki,  bakalavr  təhsil  pilləsi  üzrə  “Xarici  dil 
müəllimliyi ixtisası” üzrə təhsil alan tələbələrin dörddə üçü ingilis dili üzrə ix-
tisaslaşır.  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyinin  məlumatına  əsasən, 
2013-2014-cü tədris ilində bakalavr pilləsi üzrə “Xarici dil müəllimliyi ixtisası” 
üzrə ali təhsil alan 7180 tələbənin 76%-i (5459 nəfər) ingilis dili, 10,7%-i (767 
nəfər) rus dili, 7,4%-i ( 533 nəfər) fransız dili, 4,6%-i (333 nəfər)  alman dili, 
0,5%-i (33 nəfər) ərəb dili və 0,8 %-i (55 nəfər) türk dili üzrə ixtisaslaşmışdır 
[20]. 
Digər tərəfdən, Azərbaycanda “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası 
üzrə  əsas  ali  təhsil  müəssisəsi  hesab  edilən  və  Azərbaycan  Respublikasının 
Prezidenti Heydər Əliyevin 13 iyun  2000-ci il tarixli  fərmanı ilə M.F.Axundov 
adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yara-
dılmış Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Azərbaycan Respublikasının 
Təhsil Nazirliyinin məlumatına əsasən, 2013-2014-cü tədris ilində bu ali təhsil 
müəssisəsində bakalavr təhsil pilləsi üzrə “Rus dili və ədəbiyyatı müəllimliyi” 
ixtisası üzrə 433 tələbə təhsil almışdır [20]. Bu Universitetdə həmçinin Rusi-
ya Tədris-Mədəniyyət Mərkəzi (“Moskva auditoriyası”) 2002-ci ildən fəaliyyət 
göstərir.  O,  Moskva  hökumətinin  və  Rusiya  Federasiyasının  Azərbaycandakı 
səfirliyinin köməyi  ilə yaradılmışdır [25].
Eyni  zamanda  “Rus  dünyası”  Fondu  tərəfindən  2008-ci  ilin  noyabrında 
Bakı Dövlət Universitetində (BDU) də Rus Mərkəzi yaradılmışdır. Bu Mərkəzin 
məqsədi “rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olun-
ması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalq-
lararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə 
imza atmaqdır”[26]. 
Azərbaycanda  “Filoloq.  Rus  dili  və  ədəbiyyatı  müəllimliyi”  ixtisası  üzrə 
mütəxəssislər hazırlayan daha bir ali təhsil müəssisəsi M.V.Lomonosov adına 
Moskva Dövlət Universitetinin Bakı filialıdır. Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyevin 15 yanvar 2008-ci il 2621 saylı qərarı və Moskva Dövlət 
Universitetinin rektorunun 25 sentyabr 2007-ci il tarixli əmri ilə yaradılmış bu 
ali təhsil müəssisəsində hal-hazırda beş fakültə - filologiya, tətbiqi riyaziyyat, 
kimya, psixologiya və iqtisadiyyat fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində 
universitetə daxil olmuş 105 abituriyentdən 30 nəfəri filologiya, 21 nəfəri kim-
ya, 16 nəfəri tətbiqi riyaziyyat, 25 nəfəri iqtisadiyyat və 13 nəfəri psixologiya 
fakültələrində təhsil alır [27].
  Eyni zamanda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına 
əsasən, 1 fevral 2002-ci il tarixində imzalanmış hökumətlərarası müqavilələr 
çərçivəsində  2014-cü  ilin  iyununda  RF-nin  ali  təhsil  müəssisələrində  də  205 
azərbaycanlı tələbə təhsil almışdır (onlardan 102 nəfər bakalavr təhsil pilləsi 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
50 
üzrə,  1  nəfər  magistr  təhsil  pilləsi  üzrə,  2  nəfər  aspirantura  və  100  nəfər 
mütəxəssis), 292 məzun isə öz təhsilini artıq başa vurmuşdur [20].
Beləliklə,  beynəlxalq  dillər  olan  ingilis  və  rus  dilləri  Azərbaycanın  dil 
məkanında öyrənilməklə bərabər, eləcə də müvafiq olaraq istifadə edilir. La-
kin  qlobal  lingua  franca  olan  ingilis  dilinin  Azərbaycandakı  populyarlığına 
baxmayaraq, əhalinin bu dil ilə bağlı bilik səviyyəsi və ondan ictimai həyatda 
istifadəetmə  bacarıqları  SSRİ  dövründə  böyük  nüfuza  malik  olan  rus  dili  ilə 
müqayisədə hələlik zəifdir. 
2009-ci ildə Azərbaycan Respublikasında keçirilmiş siyahıyaalınmaya əsasən, 
rus dilini mükəmməl bilən Azərbaycan vətəndaşlarının sayı ingilis dilini bilənlərə 
nisbətən 9,5 dəfə daha çoxdur [28]. Məhz buna görə də rus dilinin Azərbaycanın 
informasiya məkanındakı hazırkı mövqeyi hələlik çox güclüdür. Buna misal ola-
raq əhalinin rusdilli televiziya kanallarından və rus dilində fəaliyyət göstərən in-
ternet resurslarından istifadə etməsi ilə bağlı trendləri təhlil etmək kifayətdir.
Məlumdur ki, Azərbaycan Respublikasında milli tezliklərdə xarici televiziya 
kanallarının birbaşa yayımlanmasına normativ hüquqi məhdudiyyətlər qoyul-
masına baxmayaraq, xarici dildə yayımlanan televiziya kanallarını peyk ante-
naları  və  ya  kabel  televiziya  şəbəkələrinin  xidmətləri  vasitəsilə  izləmək  olar. 
Məsələn, Azərbaycanda “BB TV Kommunikeyşn” MMC və “Connect” şirkətləri 
radio və televiziya kanallarının rəqəmsal efir-kabel yayım fəaliyyəti ilə məşğul 
olurlar. Hər iki şirkətin standart paketində rus, ingilis və türk dillərində olan 
televiziya kanalları əks edilmişdir. Əgər “BB TV Kommunikeyşn” MMC şirkətinin 
əsas paketində rusdilli kanalların payı 44%, ingilisdilli kanalların payı 12% və 
türkdilli kanalların payı 16%-dirsə [29],  “Connect” şirkətinin standart paketində 
rusdilli kanalların payı 55%, ingilisdilli kanalların payı 19%, türkdilli kanalların 
payı isə 14%-dir [30]. Beləliklə, hər iki şirkət tərəfindən yayımlanan rusdilli ka-
nalların sayı ingilis və türkdilli kanallara nisbətən üstünlük təşkil edir. 
Azərbaycanda  rus  dilində  fəaliyyət  göstərən  internet  resursları  da  ingilis 
dilində olanlara nisbətən daha populyardır. Məsələn, internet statistikası üzrə 
ixtisaslaşan “Alexa” şirkətinin məlumatlarına əsasən, Azərbaycanda 20 ən po-
pulyar  internet  resursunun  siyahısına  daimi  olaraq  rus  dilində  və  ya  rus  dili 
versiyası olan Azərbaycan xəbərlər portalları daxildir [31].
Beləliklə, Azərbaycanın dil məkanında beynəlxalq dillər olan ingilis və rus 
dilləri  əhalinin  müxtəlif  qrupları  tərəfindən  uğurla  istifadə  edilir.  Hər  iki  di-
lin öyrənilməsi və işlədilməsi üçün bütün imkanlar vardır. Eyni zamanda po-
pulyarlıq baxımından rus dilinin ingilis dilindən geri qalmasına baxmayaraq, 
Azərbaycanda onun mövqeyi hələlik güclüdür və bu, hələ sovet dövründən rus 
dilinin Azərbaycanın orta və ali təhsil müəssisələrində ikinci dil kimi öyrənilməsi 
və istifadə edilməsi ilə izah edilə bilər.
2.  Sabahın regional lingua franca axtarışında – ortaq türk dili? 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  qeyd  etdiyi  kimi 
“Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə