Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə19/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
47
üçün müvafiq şəraiti təmin etmək məqsədilə 
ahəngdar dil siyasəti həyata keçirir.
Bu baxımdan hamıya məlumdur ki, təhsil 
(ilk  növbədə  ümumi  təhsil)  hər  bir  xalqın 
milli  və  mədəni  kimliyinin  formalaşması-
na  təsir  edən  ən  vacib  amillərdən  biridir. 
Azərbaycan  Respublikasının  Təhsil  Nazir-
liyinin  məlumatına  əsasən,  2013-2014-cü 
tədris  ilində  ümumtəhsil  məktəblərinin 
şagirdlərinin  92.73%-i  (1197761  nəfər)  öz 
təhsilini Azərbaycan dilində, 7.04%-i (90896) 
rus  dilində,  0,10  %-i  (1261  nəfər)  ingilis 
dilində, 0,09 %-i gürcü (1196 nəfər) dilində 
və  0,04  %-i  (520  nəfər) türk dilində  almış-
dır  [20].  Eyni  zamanda  qeyd  etmək  lazım-
dır  ki,  Azərbaycanda  hələ  sovet  dövründə 
təlim  dili  Azərbaycan  dili  olan  ümumtəhsil 
məktəbləri ilə yanaşı təlim dili rus və gürcü 
dilləri olan məktəblər də fəaliyyət göstərmişdir. Təlim dili ingilis və türk dilləri 
olan ümumtəhsil məktəbləri isə ölkədə müstəqillik əldə edildikdən sonra ya-
radılmışdır.   
Beləliklə,  2013-2014-cü  tədris  ilində  Azərbaycanın  ümumtəhsil 
məktəblərindəki  şagirdlərin  8  faizə  yaxını  öz  təhsilini  xarici  dillərdə  almış-
dır.  Bu  qrupa  ilk  növbədə  Azərbaycan  Respublikasının  polietnik  əhalisinin 
nümayəndələrinin, o cümlədən etnik rus (1,3%), etnik gürcü (0,1%) və etnik 
türk (0,4%) (19) ailələrinin övladları daxildir. 
Eyni zamanda etnik azərbaycanlılar da təlim dili rus, ingilis və türk dilləri 
olan ümumtəhsil məktəblərində öz təhsilini davam etdirirlər. Bu, əsasən onların 
valideynlərinin seçimi ilə əlaqələndirilir və fərz edilir ki, qloballaşma şəraitində 
gənc  nəslin  xarici  dilləri  daha  yaxşı  bilməsi  onun  əmək  bazarında  rəqabətə 
daha davamlı olmasına imkan yaradacaqdır. 
Şübhəsiz ki, bu gün Azərbaycanda xarici dillərdən sərbəst istifadə etməyi ba-
caran yüksək səviyyəli peşəkar mütəxəssislərə böyük ehtiyac vardır. Dövlət bu 
məsələyə ciddi diqqət verir və ölkənin ümumtəhsil məktəblərində və ali təhsil 
müəssisələrində  müxtəlif  xarici  dillər  mütəmadi  olaraq  tədris  edilir.  Belə  ki, 
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına əsasən, 2013-2014-
cü tədris ilində ümumtəhsil məktəblərinin 87,05%-ində (3651 məktəb) ingilis dili, 
54,65%-ində (2292 məktəb) rus dili, 7,63%-ində (320 məktəb) fransız dili, 5,39%-
ində  (226  məktəb)  alman  dili,  0,33%-ində  (14  məktəb)  ərəb  dili,  0,24%-ində 
(10 məktəb)  türk dili və 0,12%-ində (5 məktəb) fars dili tədris  edilmişdir [20]. 
Azərbaycanda bir neçə pilot məktəblərdə ingilis və rus dillərinin eyni zamanda 
intensiv öyrənilməsi ilə bağlı layihələr də həyata keçirilmişdir [21].
Ölkənin ali təhsil müəssisələrində də təhsil Azərbaycan dili ilə yanaşı, xari-
ci dillərdə aparılır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına 
Azərbaycan Respublikasının 
Təhsil Nazirliyinin 
məlumatına əsasən, 2013-
2014-cü tədris ilində 
ümumtəhsil məktəblərinin 
şagirdlərinin 92.73%-i 
(1197761 nəfər) öz təhsilini 
Azərbaycan dilində, 7.04%-i 
(90896) rus dilində, 0,10 %-i 
(1261 nəfər) ingilis dilində, 
0,09 %-i gürcü (1196 nəfər) 
dilində və 0,04 %-i (520 
nəfər) türk dilində almışdır. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
48 
əsasən,  2013-2014-cü  tədris  ilində  baka-
lavr  təhsil  pilləsi  üzrə  tələbələrin  11,77%-i 
(15791  tələbə)  rus  dilində,  4,12  %-i  (5533 
nəfər) ingilis dilində və 0,32% (424 tələbə) 
türk  dilində,  magistr  təhsil  pilləsi  üzrə  isə 
tələbələrin 9.93%-i (1095 tələbə) rus dilində, 
8.02%-i (884 tələbə) ingilis dilində və 0,43%-
i (47 tələbə) türk dilində təhsil almışlar [20]. 
Xüsusi  olaraq  qeyd  edilməlidir  ki, 
Azərbaycan  Respublikasının  Prezidenti  İl-
ham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 
saylı  sərəncamı  ilə  təsdiq  edilmiş  “2007-
2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xa-
rici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 
çərçivəsində 5000 nəfər azərbaycanlı gəncin 
öz  təhsilini  Azərbaycan  Respublikası  üçün 
prioritet istiqamətlər üzrə dünyanın müxtəlif 
ali  təhsil  müəssisələrində  davam  etdirməsi 
nəzərdə  tutulmuşdur.  Azərbaycan  Respub-
likasının  Təhsil  Nazirliyinin  məlumatına 
əsasən, hal-hazırda 2286 tələbə bu proqram 
çərçivəsində xaricdə təhsil alır, 821 nəfər isə 
bu  proqramın  məzunudur  [22].  Maraqlıdır 
ki,  Birləşmiş  Krallıqda  fəaliyyət  göstərən 
universitetlər azərbaycanlı gənclər arasında 
öz populyarlığı ilə seçilir. Belə ki, bu proq-
ram  çərçivəsində  ən  çox  təhsil  alınan  beş 
ölkədən  ibarət  siyahıya  Birləşmiş  Krallıq 
(902  nəfər)  başçılıq  edir.  Ondan  sonra  siyahıda  Türkiyə  (662  nəfər),  Almani-
ya (427 nəfər), Kanada (221 nəfər) və Niderland Krallığı (144 nəfər) gəlir [22]. 
Beləliklə, tələbələrin əksəriyyətinin ingilisdilli ölkələrdə təhsil almağa üstünlük 
verdiyi müşahidə olunur. 
Azərbaycanda  fəaliyyət  göstərən  “British  Council”  təşkilatının  da  bu 
məsələdə  müəyyən  töhfəsi  vardır.  1993-cü  ildən  Azərbaycanda  fəaliyyət 
göstərən bu təşkilat ingilis dili, biznes inzibatçılığı və idarəetməsi sahəsində 
yerli ictimaiyyətə təlim xidmətlərinin təmin olunması məqsədilə təsis edilmiş-
dir və onun əsas hədəflərindən biri ingilis dili bacarıqlarının inkişaf etdirilməsi 
və beynəlxalq miqyasda tanınan imtahanların təmin olunmasıdır [23].
Vətəndaş Təşəbbüsləri Mərkəzi tərəfindən keçirilmiş sorğuya əsasən, ingilis 
dili Azərbaycanda xarici dil kursları çərçivəsində öyrənilən ən populyar xarici 
dil hesab edilir [24]. Məhz Azərbaycan hökumətinin apardığı fəal xarici siyasət 
nəticəsində son iyirmi il ərzində Xəzər hövzəsindəki qaz və neft yataqlarının 
istismarı ilə bağlı dünyanın aparıcı şirkətlərinin Azərbaycandakı fəaliyyəti, dün-
yanın  mötəbər  mədəniyyət  və  idman  tədbirlərinin,  o  cümlədən  “Avroviziya” 
Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevin 
16 aprel 2007-ci il tarixli 2090 
saylı sərəncamı ilə təsdiq 
edilmiş “2007-2015-ci illərdə 
Azərbaycan gənclərinin 
xarici ölkələrdə təhsili üzrə 
Dövlət Proqramı” çərçivəsində 
5000 nəfər azərbaycanlı 
gəncin öz təhsilini 
Azərbaycan Respublikası 
üçün prioritet istiqamətlər 
üzrə dünyanın müxtəlif 
ali təhsil müəssislərində 
davam etdirməsi nəzərdə 
tutulmuşdur. Azərbaycan 
Respublikasının Təhsil 
Nazirliyinin məlumatına 
əsasən, hal-hazırda 
2286 tələbə bu proqram 
çərçivəsində xaricdə təhsil alır, 
821 nəfər isə bu proqramın 
məzunudur.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə