Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə15/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
37
2.    İqtisadi problemlər
2.1.   Sənaye,  yaşayış  və  sosial  obyektlərə  dəyən  zərərlər  və  onların  aradan 
qaldırılması
2.2.   Azərbaycan  Respublikasının  sosial  və  iqtisadi  inkişaf  strategiyasının 
həyata keçirilməsində işğal faktorunun neqativ rolu.
Ümumiyyətlə,  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi 
nəticəsində doğma torpaqlarından didərgin salınmış 1 milyonadək azərbaycanlı 
qaçqın və məcburi köçkünün sosial problemləri Azərbaycan dövlətinin gündəlik 
probleminə çevrilmişdir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından 
sonra  bu  problemin  həlli  istiqamətində 
görülən ən böyük tədbirlərdən biri 1998-ci 
ildə  Azərbaycan  Respublikası  Prezidentinin 
sərəncamına  əsasən,  “Qaçqınların  və 
məcburi  köçkünlərin  problemlərinin  həlli 
üzrə  Dövlət  Proqramı”nın  təsdiq  edilməsi 
olmuşdur. 1999-cu ildə isə ölkə prezidentinin 
fərmanı  ilə  dünya  təcrübəsində  ilk  dəfə 
olaraq  Məcburi  Köçkünlərin  Sosial  İnkişafı 
Fondu təşkil edilmişdir. Sosial problemlər ilk 
növbədə öz torpaqlarından qovulmuş və ya 
məcburi  köçmüş  azərbaycanlıların  yaşayış 
yeri  ilə  təmin  olunması  məsələsindən 
ibarətdir. 
Qaçqın  və  məcburi  köçkünlərin  bütün 
sosial  problemləri,  o  cümlədən  onların 
yaşayış  yerləri  ilə  təmin  edilməsi  məsələsi 
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 
2004-cü il tarixli 298 saylı Sərəncamı ilə təsdiq 
edilmiş “Qaçqınların və məcburi köçkünlərin 
yaşayış  şəraitinin  yaxşılaşdırılması  və 
məşğulluğunun  artırılması  üzrə  Dövlət 
Proqramı”nda  və  həmin  Sərəncamın  icrası 
ilə  əlaqədar  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  4  noyabr  2004-cü  il 
232c  saylı  Sərəncamı  ilə  təsdiq  edilmiş 
Tədbirlər Planında öz əksini tapmışdır [4]. 
Bu  plana  uyğun  olaraq,  həlli  nəzərdə 
tutulmuş  problemlər  əsasən  aşağıdakılar 
olmuşdur:  22.921  ailə  -  110  min  məcburi 
köçkünün həyat şəraitinin yaxşılaşdırılması, 
o cümlədən 21.354 ailənin yeni qəsəbələrə 
Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsi 
nəticəsində doğma 
torpaqlarından didərgin 
salınmış 1 milyonadək 
azərbaycanlı qaçqın və 
məcburi köçkünün sosial 
problemləri Azərbaycan 
dövlətinin gündəlik 
probleminə çevrilmişdir. 
Heydər Əliyevin Azərbaycan 
rəhbərliyinə qayıdışından 
sonra bu problemin həlli 
istiqamətində görülən ən 
böyük tədbirlərdən biri 
1998-ci ildə Azərbaycan 
Respublikası Prezidentinin 
sərəncamına əsasən, 
“Qaçqınların və məcburi 
köçkünlərin problemlərinin 
həlli üzrə Dövlət 
Proqramı”nın təsdiq edilməsi 
olmuşdur. 1999-cu ildə isə 
ölkə prezidentinin fərmanı ilə 
dünya təcrübəsində ilk dəfə 
olaraq Məcburi Köçkünlərin 
Sosial İnkişafı Fondu təşkil 
edilmişdir. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
38 
köçürülməsi,  1567  ailənin  isə  müvəqqəti  məskunlaşdıqları  ictimai  binaların 
təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini yeni təşkil 
olunacaq kiçik sexlərdə) yaradılması [4]. Azərbaycan Respublikası Prezidentinin 
4 fevral 2004-cü il tarixli 80 saylı Sərəncamına [3] və yeni Dövlət Proqramına 
uyğun olaraq, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat 
olan Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən Ağdam rayonunda 
12,  Ağcabədi  rayonunda  1  qəsəbənin  tikintisi  başa  çatdırılmış,  məcburi 
köçkünlərin  həmin  qəsəbələrə  köçürülməsi  və  4  çadır  düşərgəsinin  ləğv 
edilməsi təmin edilmişdir [6, s.268].
Azərbaycan  Respbulikasının  Prezidenti  tərəfindən  2006-cı  il  martın  1-də 
təməli qoyulmuş Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman 
Kompleksinin tikintisi 2007-ci ildə başa çatdırılmış və 2008-ci il yanvarın 17-də 
keçirilmiş açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Ağdam 
və  Ağcabədi  rayonlarında  yeni  salınmış  qəsəbələrdə  ümumi  sahəsi  190.632 
kv.m  olan  3860  yaşayış  evi  ilə  yanaşı,  15  məktəb  binası,  5  uşaq  bağçası,  1 
xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 
hamam, 10 inzibati bina, 1 yanğın postu tikilmiş, 113,8 km yol, 139,2 km su 
xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkilmiş, 
124 artezian quyusu qazılmışdır. İnşaat işlərinə respublikanın 30-dan çox şəhər 
və rayonundan təxminən 20 min nəfər cəlb olunmuşdur. 
Bundan  əlavə,  Naxçıvan  Muxtar  Respublikasında  100  qaçqın  və  məcburi 
köçkün  ailəsi  üçün  yaşayış  evləri  tikilib  istifadəyə  verilmiş,  Saatlı  rayonunda 
Yunanıstanın  Bakı–Tbilisi–Ceyhan  boru  kəmərinin  Azərbaycan  sektorunun 
tikintisini həyata keçirən “Contractors İnternational Company” (CCİC) şirkətinin 
vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi 
təmin edilmişdir [6, s.268].
2001-2009-cu illərdə Dövlət Neft Fondundan (612,9 milyon manat) və digər 
mənbələrdən (33,2 milyon manat) ayrılan 6436,1 milyon manat vəsait hesabına 
18.190  ailə  (81,8  min  nəfər)  -  daimi  məskunlaşmamış  qaçqın  və  məcburi 
köçkünlər üçün 10.168 min kv.m sahəsi olan 63 qəsəbə və fərdi ev, həmçinin 
123 məktəb, 4 musiqi məktəbi, 37 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi 
tikilmiş, 542 km yol, 645 km su xətti, 1007 km hava elektrik xətti çəkilmiş, 81,5 
km qaz, 33,1 km kanalizasiya, 1,27 km istilik xətləri çəkilmiş, 11 min ha torpaq 
sahəsində irriqasiya işləri aparılmış, 537 elektrik transformatoru quraşdırılmışdır. 
Ermənistandan  qaçqın  düşmüş  azərbaycanlıların  məskunlaşdırılması  üçün 
1330 ev tikilərək onların istifadəsinə verilmişdir [6, s.269].
2009-cu ildə respublikanın ayrı-ayrı şəhər və rayonları üzrə 90 müvəqqəti 
məskunlaşma  obyektində  39  ədəd  müxtəlif  markalı  güc  transformatoru,  66 
ədəd artezian və digər su nasosu quraşdırılmış, həmçinin 2925 metr müxtəlif 
markalı  güc  kabeli,  67.000  metr  elektrik  naqili  verilmişdir.  Həmin  ildə  “Bakı 
elektrikşəbəkə”  və  “Sumqayıt  elektrikşəbəkə”  ASC  tərəfindən  fərdi  evlərdə 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə