Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə16/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
39
və  570  kompakt  yaşayış  yerlərində  elektrik  sayğaclarının  quraşdırılması  işi 
tam  başa  çatdırılmışdır.  “Azərenerji”  Səhmdar  Cəmiyyətinin  “Regional  Enerji 
Təchizatı” MMC-ləri tərəfindən nəzərdə tutulan ümumi 83.730 sayğacdan fərdi 
evlərdə 36.193, 1180 kompakt məskunlaşma obyektində olan 32.182 mənzildən 
isə 23.914 mənzildə sayğac quraşdırılmışdır. “Azərenerji” Səhmdar Cəmiyyəti 
tərəfindən ümumilikdə 60.107 ədəd sayğac quraşdırılmışdır [6, s.271].
Hazırda məcburi köçkünlərin 50 min nəfəri yataqxanalarda, 25.550 nəfəri 
fin evlərində, qalanları isə ictimai binalarda, tikintisi yarımçıq qalmış binalarda, 
sanatoriya,  pansionat  və  sair  kommunal  şəraiti  çox  aşağı  olan  yerlərdə 
yaşayırlar.  Nəticədə,  qaçqın  və  məcburi  köçkünlərin  yaşayış  vəziyyətinin 
yaşxılaşdırılması istiqamətində 2001-2010-cu illər ərzində qaçqın və məcburi 
köçkünlərin müvəqqəti məskunlaşması üçün 20 min ailəlik 67 yeni qəsəbə və 
fərdi ev tikilərək onların istifadəsinə verilmişdir [6, s.261].
Hal-hazırda  Azərbaycan  Respublikasının  ərazisində  378  min  505  nəfər 
əmək qabiliyyətli məcburi köçkündən 35 min 872 nəfəri işsizdir. İş yerlərinin 
yaradılması,  o  cümlədən  aqrar  sənayedə  görülən  böyük  həcmli  işlərə 
baxmayaraq,  işsizlik  probleminin  tamamilə  aradan  qaldırılması  bir  sıra 
maneələrlə üzləşir. 
Azərbaycan  Respublikası  Prezidentinin  1  iyul  2004-cü  il  tarixli  298  saylı 
Sərəncamı  ilə  təsdiq  edilmiş  “Qaçqınların  və  məcburi  köçkünlərin  yaşayış 
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”  
və ona Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 
saylı  Sərəncamı  ilə  edilmiş  əlavələrin  icrası  nəticəsində  məcburi  köçkünlər 
arasında yoxsulluq həddi 75 faizdən 23 faizə enmişdir. 
Yeni salınmış qəsəbələrdə 27.814 yeni iş yeri yaradılmış, Nazirlər Kabinetinin 
6 noyabr 2000-ci il tarixli 204 saylı “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün 
məcburi  köçkünlərə  kreditlərin  verilməsi  Qaydalarının  və  şərtlərinin  təsdiq 
edilməsi  haqqında”  qərarına  uyğun  olaraq,  2001-2002-ci  illərdə  büdcədən 
ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə 
kənd təsərrüfatı ilə məşğul olmaq üçün mikrokreditlər verilmişdir. Sahibkarlığa 
Yardım Milli Fondu tərəfindən isə 150 ailəyə 3,4 milyard manat kredit verilmişdir. 
Məcburi köçkünlərə müvəqqəti istifadə üçün dövlət və bələdiyyə fondlarından 
60 min ha torpaq sahəsi ayrılmış, 47 min məcburi köçkünün əhatə olunduğu 
760 fermer təsərrüfatı yaradılmışdır [6, s.264].
Yeni salınmış qəsəbələrə köçürülmüş qaçqın və məcburi köçkün ailələrinə 
kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmış, hər ailəyə 1 
milyon  manat  məbləğində  əvəzsiz  maliyyə  yardımı  göstərilmişdir.  Həmin 
qəsəbələrdə 60-dan çox fermer təsərrüfatı yaradılmışdır [6, s.264].
Azərbaycan  Respublikası  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə 
Dövlət  Komitəsinin  2013-cü  ilin  əvvəllərinə  olan  məlumatlarını  təhlil  etsək, 
Azərbaycan  Respublikasında  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
40 
münaqişəsi  nəticəsində  məcburi  köçkün  düşmüş  vətəndaşların  içərisində 
əməkqabiliyyətli  olanların  sayı  378.505  nəfər,  məşğulluğu  təmin  olunmuş 
məcburi köçkünlərin sayı 342.633 nəfər olmuşdur ki, onlardan 160.895 nəfəri 
büdcə  təşkilatlarında  və  digər  sahələrdə  daimi  işlə,  181.738  nəfəri  isə  kənd 
yerlərində  torpaq  sahəsi  və  məşğulluqla  təmin  edilmişdir.  Yeni  qəsəbələrdə 
məşğulluğu  təmin  edilmiş  köçkünlərin  sayı  45.325  nəfər,  Əmək  və  Əhalinin 
Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə düzələnlərin sayı 9872 nəfər olmuşdur 
[6, s.289-290].
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün 
yaratdığı iqtisadi problemlər öz-özlüyündə sosial problemləri kəskinləşdirən 
faktorlardan  biridir.  Keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  (DQMV)  ilə 
Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdur: 
istehsalın kooperasiya əlaqələri, əmtəə-mal dövriyyəsi, maddi-texniki təchizat, 
nəqliyyat-yük  əlaqələri,  elmi-texniki  əlaqələr,  dövlət  idarəetmə  əlaqələri, 
mədəni-maarif əlaqələri. 
Bu əlaqələrin hər birinin təhlili Dağlıq Qarabağın Azərbaycanla sıx iqtisadi 
əlaqəsindən  xəbər  verir.  Məsələn,  1985-ci  ildə  Xankəndidəki  (Stepanakert) 
İpək Kombinatına daxil olan barama xammalının cəmi 8 faizi Dağlıq Qarabağın 
özündə istehsal olunurdu, qalan 92 faiz isə Azərbaycanın digər rayonlarından 
gətirilirdi.  DQVM-nin  1986-cı  ildə  həyata  keçirdiyi  xarici  iqtisadi  əlaqələrin 
həcminin cəmi 0,3 faizi və idxalının 1,4 faizi Ermənistanın, onun ixracatının 33,3 
faizi isə Azərbaycanın payına düşürdü [6, s.265].
Nəticə
Nəzərdən keçirdiyimiz bu faktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin sosial problemlərinin iqtisadi yönünü də göstərir. Bu gün həmin 
münaqişənin  Azərbaycan  üçün  doğurduğu  ağır  sosial  problemlərin  əslində 
önəmli faktorlarından biri və birincisi erməni işğalının ölkənin iqtisadiyyatına, 
konkret  Dağlıq  Qarabağın  və  ətraf  rayonların,  həmçinin  coğrafi  baxımdan 
bölgədən uzaq olan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına vurduğu 
böyük  ziyandır.  Azərbaycan  dövləti  üçün  münaqişənin  doğurduğu  sosial 
problemlərin  həlli  iqtisadiyyata  dəymiş  külli  miqdarda  ziyanın  da  aradan 
qaldırılması kimi böyük bir problemi də doğurmuşdur.
İstifadə edilmiş ədəbiyyat:
1.  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Qanun”, 2009, - 56 s.
2.  Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir.  Çıxışlar.  Nitqlər.  Bəyanatlar.  Məktublar. 
Müsahibələr. VI c., mart 1996 – iyun 1996 /Redaktor: Ramiz Mehdiyev. Bakı: Azərnəşr, 
1998,  -512 s. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə